çarlıq sözü azərbaycan dilində

çarlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çarlıq • 81.2500%
  • Çarlıq • 15.6250%
  • ÇARLIQ • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Çjao (çarlıq)
Çjao (çin. sadə. 趙, pinyin: Zhào) — Döyüşən çarlıqlar dörünə aid e. ə. 403 — e. ə. 222 ci illərdə mövcud olmuş yeddi əsas çarlıqdan biri. Çjao dövləti e.ə. V əsrdə süqut etmiş Çzin dövlətinin əsasında yaranmışdır. Beləki, üç qüdrətli ailən - Han, Vey və Çjao tərəfindən e.
Şu (çarlıq)
Şu (çin. ənən. 蜀漢, sadə. 蜀汉, pinyin: Shǔ Hàn, hərfi mənası: "Şu Han") — Üç çarlıq dövründə 221 — 263 cü illərdə mövcud olmuş dövlət . Şu çarlığının əsası, özünü Han sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, ya Vey çarlığının hökmdarı Çao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusu U çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərək Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək, Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur.
Üç çarlıq (dövr)
Üç çarlıq, Саньго (çin. ənən. 三國, sadə. 三国, pinyin: Sānguó) — Qədim Çində 220–280-ci illərdə üç Vey, U, Şu, çarlıqlarının bir-biriləri ilə çəkişdikləri dövr. == Tarixi == II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220-ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.
Döyüşən çarlıqlar
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən.
Döyüşən çarlıqlar (dövr)
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən.
On altı barbar (çarlıqlar)
On altı barbar çarlıqları (çin. 十六国, pinyin: shí liù guó) — Qədim Çinin ərazisində 304 - 439-cu illərdə Şimali Çinin çökməsindən meydana çıxmış konqlomerat dövlətlər. Barbar çarlıqlara Çen, Şimali Xan, Sonrakı Çjao, Erkən Lyan, Sonrakı Lyan, Qərbi Lyan, Şimali Lyan, Cənubi Lyan, Erkən Tsin, Sonrakı Tsin, Qərbi Tsin, Erkən Yan, Sonrakı Yan, Şimali Yan, Cənubi Yan və Sya aiddirlər. Bu dövrlərdə həmin ərazilərdə, eyni zamanda Jan Vey, Qərbi Şu, Qərbi yan, Duan, Yuven, Çouçi, Erkən Vey və Day dövlətləri mövcud olsalar da tarixçilər onları 16 barbarlara aid etmirlər. == Beş barbar == === Hunlar === Hunlara aid ilk tarixi mənbələr Çin mənbələridir. E.ə. 244-cü ildə adı çəkilən hunlar Çin sərhədlərinə axınlar edirdilər. Buna görə 29 il sonra Sin Şi Xuandi Böyük Çin Səddini çəkdirdi. Sin Şi Xuandinin əmrilə hunlara hücum edən Menq Tyan adlı general hun hökmdarı Tumanı məğlub edərək qovur. Teomandan sonra taxta keçən Mete xaqan hakimiyyətinin ikinci ilində şərq qonşuları olan Tunqhuların torpağını işğal edərək konfederasiyanın tərkibinə qatdı.
Suriya-Het çarlıqları
Son Het, Yeni Het və ya Suriya-Het çarlıqları — Anadolunun cənub-qərbində və müasir Suriyanın şimalında erkən Dəmir dövrünə aid siyasi formasiyalar. Bu dövlətlər e.ə. 1180-ci ildə yaranmış, təxminən e.ə. 700-cü ilə qədər mövcudluğunu qorumuşdur. Bu çarlıqların əhalisi əsasən luvi, arami və Finikiya dillərində danışırdılar. == Terminologiya == Müasir ingilisdilli ədəbiyyatda "Yeni Het çarlıqları" termini dar mənada Milid və Karkemiş kimi luvilərin hakimiyyətdə olduğu dövlətlərə istinad etmək üçün istifadə edilir. Bundan başqa, "Suriya-Het krallıqları" termini daha geniş bir termin olub, cənubi və mərkəzi Anadoluda, eləcə də Suriyada yaranmış bütün dövlətləri – Tabal və Kue kimi Het dövlətinin süqutundan sonra yaranmış padşahlıqları əhatə edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2013 •••••••• 0.15
2014 ••••••••• 0.17

çarlıq sözünün leksik mənası və izahı

  • 1 bax çarizm. O zaman mən gəzərkən Gürcüstan torpağında; Qanlı bir ləkə gördüm; Çarlığın bayrağında. Ə.Cavad. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / çarlıq

çarlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çarlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. царизм; 2. царство, царствование;

    Azərbaycanca-rusca lüğət / çarlıq
  • 2 I сущ. 1. царство (государство, управляемое царём) 2. царствование. İvan Qroznının çarlıq dövrü период царствования Ивана Грозного 3. царизм (форма государственного правления, при которой верховная власть принадлежит царю); царский режим. Çarlığın devrilməsi свержение царизма II прил. царский (относящийся к царю – титулу монарха). Çarlıq tacı царский венец, çarlıq titulu царский титул

    Azərbaycanca-rusca lüğət / çarlıq

çarlıq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#çarlıq nədir? #çarlıq sözünün mənası #çarlıq nə deməkdir? #çarlıq sözünün izahı #çarlıq sözünün yazılışı #çarlıq necə yazılır? #çarlıq sözünün düzgün yazılışı #çarlıq leksik mənası #çarlıq sözünün sinonimi #çarlıq sözünün yaxın mənalı sözlər #çarlıq sözünün əks mənası #çarlıq sözünün etimologiyası #çarlıq sözünün orfoqrafiyası #çarlıq rusca #çarlıq inglisça #çarlıq fransızca #çarlıq sözünün istifadəsi #sözlük