çarıq sözü azərbaycan dilində

çarıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çarıq • 89.4737%
  • Çarıq • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Çarıq (Əsədabad)
Çarıq (fars. چارق‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 142 nəfər yaşayır (36 ailə).
Həsənabad-i Çarıq (Bicar)
Həsənabad-i Çarıq (fars. حسن آباد چاروق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 165 nəfər yaşayır (32 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çarıqdaş (Germi)
Çarıqdaş (fars. چاروق داش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır.Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir.Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir. O, 1930-cu ildə Şuşada vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2010 ••••••••••• 0.09
2011 •••••••••• 0.09
2012 •••••••••• 0.09
2013 ••••••••••••••••• 0.15
2016 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14

çarıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Keçmişdə: kəndlilərin geydiyi aşılanmış göndən tikilən ayaqqabı. Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi. “Koroğlu”. Vəliqulu kənarda çömbəlib başladı çarıqları çıxartmağa. C.Məmmədquluzadə. 2. Yüngül ev ayaqqabısı, şap-şap növü. Qadın çarığı.

    Azərbaycan dilinin izahlı lüğəti / çarıq

çarıq sözünün etimologiyası

  • 1 Tuva dilində yol əvəzinə, yoruq, çoruq sözləri işlədilir. Çarıq və yerik (yoruq, yol) eyni kökə malik ola bilər. Deməli, çarıq yerimək sözü zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çarıq

çarıq sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. чарык, чарых; мн. ч. чарыки: 1. в прошлом: род лёгкой мужской самодельной обуви (наподобие русских лаптей) из дубленой или сыромятной кожи. Çarıq geyinmək носить чарыки, çarıqlarını soyunmaq снять чарыки 2. сандалки, сандалеты, тапочки (род лёгких туфель без каблуков, шлёпанцы). Qadın çarıqları женские чарыки

    Azərbaycanca-rusca lüğət / çarıq

çarıq sözünün inglis dilinə tərcüməsi

çarıq sözünün fransız dilinə tərcüməsi

çarıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. шалам (алатай девирра: табагъ авур лидин кӀвачинкъапар); 2. тӀирихар, чапатӀрин са жуьре (кӀвале алукӀдай).

    Azərbaycanca-ləzgicə lüğəti / çarıq

çarıq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Aşılanmış göndən tikilən kəndli ayaqqabısı. (“Koroğlu” dastanının lüğəti) O necə deyərlər, çəkdi çarığının dabanını, qırdı yerin damarını, günə bir mənzil, az getdi, üz getdi, dərə-təpə düz getdi, günlərin birisində gəlib Çənlibelə çatdı. (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası

"çarıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çarıq nədir? #çarıq sözünün mənası #çarıq nə deməkdir? #çarıq sözünün izahı #çarıq sözünün yazılışı #çarıq necə yazılır? #çarıq sözünün düzgün yazılışı #çarıq leksik mənası #çarıq sözünün sinonimi #çarıq sözünün yaxın mənalı sözlər #çarıq sözünün əks mənası #çarıq sözünün etimologiyası #çarıq sözünün orfoqrafiyası #çarıq rusca #çarıq inglisça #çarıq fransızca #çarıq sözünün istifadəsi #sözlük