çavuşlu sözü azərbaycan dilində

çavuşlu

Yazılış

  • çavuşlu • 75.0000%
  • Çavuşlu • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çavuşlu
Çapışlu və ya Çavuşlu — İranın Rəzəvi Xorasan ostanının Dərgəz şəhristanının Çapışlu bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,247 nəfər və 616 ailədən ibarət idi.
Çavuşlu oymağı
Çavuşlu oymağı — Ustaclı elinin böyük qollarından biri. Çavuşlu oymağı Sivas vilayətindən Azərbaycana gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağı bir çox qızılbaş əmiri, elçisi, mədəniyyət xadimi yetirmişdi. Əbumüslüm xan Çavuşlu Yusif bəy Çavuşlu Behbud xan Çavuşlu Baba xan Çavuşlu Allahyar xan Çavuşlu Seydəli xan Dərgəzi Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Allahyar xan Çavuşlu
Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — Azərbaycan (türk) əsilli İran hərbçisi, briqada generalı. Qızılbaşlara aid ustaclu tayfasının Çavuşlu oymağındandır. == Həyatı == Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı. Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqada generalı rütbəsinə layiq görülmüşdü. Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Baba xan Çavuşlu
Baba xan Çapışlı, (ya:Çavuşlu/Çapışı) Nadir şah Əfşarın yoldaşı və sərkərdələrindən. == Həyatı == Baba xan Çapışlı, Çavuşlu oymağından idi ki, Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçünAzərbaycandan Xorasana köçürülmüşdürlər və Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdırlar. Babaxan, Mehmandust savaşında ki Nadir və Əfqanların qoşunları arasında baş verdi, özündən kifayət və cəsarət göstərdi və II Şah Təhmasib, Nadirin bir neçə sərkərdəsi ilə birlikdə onu təqdirləndirdi. Nadir şah Əfşarın Muğanda tacqoyma zamanı, Babaxan onun hakimiyyətə çatmasının tərəfdarı olmuşdur. Nadir şah hakimiyyətə yetişəndən sonra Luristan və Heratın bəylərbəyi olmuşdur. O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etdi, amma sonra Şəlavək(Şəlduk) qalasına baxarkən güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu. == Ailəsi == Baba xanın Behbud xan adlı oğlu vardı.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Yusif bəy Çavuşlu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
Əbumüslüm xan Çavuşlu
Əbumüslüm xan Çavuşlu (?-?) — Ustaclı elinin Çavuşlu oymağının əmiri, Əsfərainin hakimi. Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi. Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin hakimi Əbumüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibircan orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xarəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ayrılaraq Xarəzmə qayıtmaq zorunda qaldı . Beləliklə də Səfəvi və Xarəzm qoşunları-nın özbəklərə qarşı birgə savaşı baş tutmadı. Fərhad xan Əbdülmömin xana qarşı təkbaşına savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmömin xanın qoşunları Səbzəvara, Məzinanı, Cacərmi, Səğanı və Curbədi də ələ keçirdikdən sonra Bəlxə qayıtdı.

çavuşlu sözünün leksik mənası və izahı

"çavuşlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çavuşlu nədir? #çavuşlu sözünün mənası #çavuşlu nə deməkdir? #çavuşlu sözünün izahı #çavuşlu sözünün yazılışı #çavuşlu necə yazılır? #çavuşlu sözünün düzgün yazılışı #çavuşlu leksik mənası #çavuşlu sözünün sinonimi #çavuşlu sözünün yaxın mənalı sözlər #çavuşlu sözünün əks mənası #çavuşlu sözünün etimologiyası #çavuşlu sözünün orfoqrafiyası #çavuşlu rusca #çavuşlu inglisça #çavuşlu fransızca #çavuşlu sözünün istifadəsi #sözlük