çaydanı sözü azərbaycan dilində

çaydanı

Yazılış

  • çaydanı • 82.6087%
  • Çaydanı • 17.3913%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Elektrik çaydanı
İlk elektrik qızdırıcı cihazı çaydanın alt hissəsində yerləşdirilirdi. Su ilə qızdırıcı arasında metal təbəqə olduğundan o, çox gec qaynayırdı. 1923-cü ildə Artur Larqc xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərsində yerləşdirdi. Bu çaydanda su çox sürətlə qızırdı.
Rasselin çaydanı
Rasselin çaydanı və ya səmavi çaydan — filosof Bertran Rassel tərəfindən dinlərin təkzibolunmaz tərəflərinin təkzib olunması vəzifəsinin şübhəçilərin öhdəsinə düşdüyü düşüncəsini yox etmək məqsədilə ortaya atılan bir oxşarlıqdır. Illustrated jurnalının 1952-ci ildəki nəşrinə daxil edilməsi nəzərdə tutulan (buna baxmayaraq jurnalın bu sayı dərc olunmadı) "Bir Tanrı varmı?" məqaləsində Bertran Rassel öz düşüncələrini aşağıdakı şəkildə ifadə etmişdir: Riçard Dokinz yazmış olduğu Bir Şeytanın Keşişi kitabında bu düşüncəni bir az daha da irəliyə apararaq aşağıdakı şəkildə ifadə etmişdir: Rasselin çaydanı anlayışının daha yumoristik və dinləri parodiya edən formaları inkişaf etmişdir. Bunlara misal olaraq Tək buynuzlu gözəgörünməz çəhrayı at və Uçan spagetti əjdahasını göstərmək olar.
Hitler çaydanı
Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan və ya tanınan adı ilə Hitler çaydanı – 2013-cü ildə ABŞ-də "JCPenney" mağazalar şəbəkəsi tərəfindən satılmış polad çaydan. Nasist Almaniyasının diktatoru Adolf Hitlerə oxşadılması səbəbilə sosial mediada diqqət cəlb etmişdir. == Tarixi == Çaydan ABŞ memarı və dizayneri Maykl Qreyvs tərəfindən "JCPenney" üçün dizayn edilmiş məhsullar kolleksiyasının bir hissəsi idi. Kaliforniya ştatının Kalver-Siti şəhərinin 405-ci ştatlararası avtomagistralında quraşdırılmış reklam lövhəsinin fotolarının 2013-cü ilin mayında sosial şəbəkələrdə paylaşılmasından sonra çaydan internet, xüsusilə də, Reddit istifadəçi tərəfindən Nasist Almaniyasının diktatoru Adolf Hitlerə bənzədilmişdir. Çaydanın qara rəngdə olan qulpu və qapağı Hitlerin saç stili və bığı ilə, lüləyi isə nasist salamı verən sağ qolu ilə müqayisə olunmuşdur. "KPCC" dinləyiciləri arasında keçirilmiş sorğuda iştirakçıların 31%-i çaydanın diktatoru xatırlatdığını, 25%-i xatırlatmadığını bildirmişdir. == Cavab == Medianın diqqətindən sonra "JCPenney" məhsula marağın səbəb olduğu reklam lövhəsini yığışdırmış və çaydanın Hitlerlə bənzərliyinin təsadüfi olduğunu açıqlamışdır: "Əgər biz bir kəsə oxşayan çaydan dizayn etsəydik, biz bunu qar adamı ilə edərdik". Hitler çaydanı pareydoliyaya bir nümunə kimi göstərilir. "Haaretz" üçün yazan Qavriel Rozenfeld Hitler çaydanının populyarlığının "hitlerləşdirmə"nin və Hitler memləri fenomeninin bir parçası olduğunu bildirmişdir. Populyarlığı səbəbilə "JCPenney" mağazalarındakı bütün Hitler çaydanları satılmış, daha sonra eBay-da 199 ABŞ dolları qiymətində (orijinal qiyməti 40 ABŞ dolları) satışa çıxarılmışdır.

"çaydanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çaydanı nədir? #çaydanı sözünün mənası #çaydanı nə deməkdir? #çaydanı sözünün izahı #çaydanı sözünün yazılışı #çaydanı necə yazılır? #çaydanı sözünün düzgün yazılışı #çaydanı leksik mənası #çaydanı sözünün sinonimi #çaydanı sözünün yaxın mənalı sözlər #çaydanı sözünün əks mənası #çaydanı sözünün etimologiyası #çaydanı sözünün orfoqrafiyası #çaydanı rusca #çaydanı inglisça #çaydanı fransızca #çaydanı sözünün istifadəsi #sözlük