Çexovun sözü azərbaycan dilində

Çexovun

Yazılış

  • Çexovun • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çexovun silahı
Çexovun silahı (rus. Чеховское ружьё) — hekayədəki hər elementin zəruri olması və əlaqəsiz elementlərin çıxarılmasının lazım olduğunu ifadə edən dramatik prinsip. Bu elementlər pyesə "yalan vəddlər" vermək üçün daxil edilməməlidir. Bu prinsip Anton Çexov tərəfindən bir neçə dəfə məktublarında açıqlanmışdır: "Hekayə ilə əlaqəsi olmayan hər şeyi çıxardın. Birinci fəsildə "divarda bir tüfəng asıldığını" deyirsinizsə, ikinci və ya üçüncü fəsildə o mütləq işə düşməlidir. Atəş açılmayacaqsa, orada asılmamalıdır." "Atəş açılmayacaqsa, heç vaxt dolu bir tüfəngi səhnəyə yerləşdirməyin. Yerinə yetirə bilməyəcəyiniz vəddlər vermək səhvdir." Çexovun Aleksandr Semenoviç Lazarevə məktubu (A. S. Gruzinskinin təxəllüsü), 1 noyabr 1889. Burada "silah" Çexovun lazımsız və tamaşanın qalan hissəsi ilə əlaqəsiz hesab etdiyi monoloqdur. "Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın." Qurliyandın Reminiscences of A. P. Chekhov tədqiqatından Teatr i iskusstvo 1904, No.
Anton Çexovun evi
Anton Çexovun evi — Rusiyanın Taqanroq bölgəsində məşhur yazıçı Anton Çexovun anadan olduğu evdir. Hal-hazırda yazıçının ev muzeyi kimi fəaliyyət göstərir. Ev 1859-cu ildə Çexov küçəsində (əvvəlki adı ilə Kupeçeskaya küçəsi. Yazıçının ölümündən dərhal sonra 1904-cü ildə şərəfinə adlandırılıb) başqa şəxsə malik bağda kiçik tikili şəklində inşa edilib. Kiçik tikilinin sahəsi 30.5 m2 idi. Ev və torpaq sahələri 1860-cı ildə tacir Qnutov, 1880-1915-ci illərdə isə burjua Kovalenkoya məxsus olmuşdur. Pavel Yeqoroviç Çexov və ailəsi (həyat yoldaşı Yevqeniya Yakovlevna və onların iki oğlu - dörd yaşlı Aleksandr Çexov və 2 yaşlı Nikolay Çexov) 1859-cu ilin dekabrında bu tikilini icarəyə götürdülər. Anton Çexov 17 yanvar 1860-cı ildə bu evdə anadan olub. 1861-ci ilin mart ayında Pavel Yeqoroviç Çexov ailəsi ilə başqa bir mənzilə köçdü. 1910-cu ildə 1905-ci ildə yazıçı Yevgeni Qarşin tərəfindən qurulan Çexov Dərnəyinin təşəbbüsü sayəsində Çexovun doğulduğu evə xatirə lövhəsi qoyuldu.1916-cı ildə Taqanroq şəhər bələdiyyəsi Çexov dərnəyinin təşəbbüsünü dəstəklədi və Anton Çexovun evini qorumaq üçün Çexov küçəsi 69-da ev və torpaq sahələrini satın aldı.
Anton Çexovun büstü (Taqanroq)
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir. == Büst == Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir. == Tarixi == Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir. Morozova heykəltaraş olsa da bu sahə ilə bağlı heç bir təhsil almamışdır. Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir.
A. P. Çexovun heykəli (Rostov-na-Donu)
A. P. Çexov abidəsi — bürüncdən ibarət olan abidə yazıçı Anton Pavloviç Çexovun yuz əlli illiyi şərəfinə ucaldılmışdır. Abidə Rostov-na-Donu şəhərində Çexov prospekti ilə Puşkinskaya küçələrinin kəsişdiyi ərazidə ucaldılmışdır. == Tarixi == Anton Pavloviç Çexovun şərəfinə müxtəlif şəhərlərdə heykəllər ucaldılmışdır: Moskva, Taqanroqе Yujno-Saxalin, Krasnoyarsk, Tomsk və bir çox elə də böyük olmayan şəhər və qəsəbələrdə. 2010-cu ilin yazında Rostov-na-Donu şəhərində Anton Pavloviç Çexova heykəl ucaldılması düşünülürdü. İdeyanın gerçəkləşdirilməsi üçün təşkilatlanma həyata keçirilir. Kommisiya təşkil edilir. Üstəlik müsabidə elan edilir. Müsabiqənin nəticəsində rostovlu heykəltaraş Anatoli Andreyeviç Sknarinin layihəsi bəyənilmişdir. Anatoli Andreyeviç Sknarin Rusiyanın əməkdar rəssamıdır. Müəllif Anton Pavloviç Çexovun arxiv şəkilləri əsasında heykəlini düzəltmişdir.

Oxşar sözlər

#çexovun nədir? #çexovun sözünün mənası #çexovun nə deməkdir? #çexovun sözünün izahı #çexovun sözünün yazılışı #çexovun necə yazılır? #çexovun sözünün düzgün yazılışı #çexovun leksik mənası #çexovun sözünün sinonimi #çexovun sözünün yaxın mənalı sözlər #çexovun sözünün əks mənası #çexovun sözünün etimologiyası #çexovun sözünün orfoqrafiyası #çexovun rusca #çexovun inglisça #çexovun fransızca #çexovun sözünün istifadəsi #sözlük