Çimn sözü azərbaycan dilində

Çimn

Yazılış

  • Çimn • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çimnaz Aslanova
Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı. == Həyatı == Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur. == Fəaliyyəti == 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.
Çimnaz Babayeva
Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir. == Yaradıcılığı == Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar: == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə == İstinadlar == == Ədəbiyyat == Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред.
Çimnaz Mirzəzadə
Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru == Həyatı == Çimnaz Mirzəzadə 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinə baş laborant vəzifəsinə işə götürülmüşdür. İnstitutda çalışdığı müddət ərzində Ç. H. Mirzəzadə baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Ç. H. Mirzəzadə 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olmuş, 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. == Elmi və pedaqoji fəaliyyəti == Mirzəzadə Çimnaz Hadı qızı 1992-ci ildən 2007-ci ilə kimi BDU İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs demişdir. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini aparmış, kurs və buraxılış işlərinə rəhbərlik etmişdir. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olmuşdur.
Çimnaz Mədətova
Çimnaz Mədətova (tam adı: Mədətova Çimnaz Yaqub qızı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Fəaliyyəti == Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyinin baş elmi işçisi vəzifəsində işləmişdir.
Çimnaz Salmanova
Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının baş elmi işçisi, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Salmanova Çimnaz Qafar qızı, 1948-ci il fevral ayının 20-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Göyçay şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1966-cı ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildən 1975-ci ilə qədər Göyçay şəhərindəki 7 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmışdır. 1975-ci ildən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1985-ci ildə Azərbaycan MEA-nın NKPİ-in nəzdində aspiranturaya qəbul olmuş, 1990-cı ildə “Neft kimyası” ixtisası üzrə “Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi” mövzusunda namizədlik dissertasiyasınını müdafiə etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə böyük elmi işçi adını almışdır. 2011-ci ildə “Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri” mövzusunda “Neft kimyası” və “Fiziki kimya”ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Çimnaz Əliyeva
Çimnaz Rizvan qızı Əliyeva (4 noyabr 1949, Ağdam) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Çimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Çimnaz Əliyeva ailəlidir, üç övladı var. Respublikanın Əməkdar Mədəniyyət işçisidir. == Fəaliyyəti == 1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Çimnaz Əliyeva Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

"çimn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çimn nədir? #çimn sözünün mənası #çimn nə deməkdir? #çimn sözünün izahı #çimn sözünün yazılışı #çimn necə yazılır? #çimn sözünün düzgün yazılışı #çimn leksik mənası #çimn sözünün sinonimi #çimn sözünün yaxın mənalı sözlər #çimn sözünün əks mənası #çimn sözünün etimologiyası #çimn sözünün orfoqrafiyası #çimn rusca #çimn inglisça #çimn fransızca #çimn sözünün istifadəsi #sözlük