çimərliyi sözü azərbaycan dilində

çimərliyi

Yazılış

  • çimərliyi • 96.5969%
  • Çimərliyi • 3.4031%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amager çimərliyi
Armager çimərliyi (dan. Amager Strandpark) — çinərlik və park Kopenhagendən 4,6 km uzaqlıqda yerləşir. Amager adasının şərq sahillərində qərarlaşır. Öresund boğazının suları sahillərini yuyur. Çimərlik «Mavi bayraq» sahibidir. Park 1934-ci ildə təşkil edilmişdir. 2005-ci ildə uzunluğu 2 km olan ada düzəldilmişdir. Çimərlik iki hissəyə bölünür. Şimal hissə qumdan ibarətdir və üstəlik dyunlara rast gəlinir. Cənub hissəsi yaxtların qəbuluna imkan verir.
Aniva çimərliyi
Aniva çimərliyi — Saxalin vilayətinin cənubunda, Aniva rayonu, Aniva şəhəri sahilində yerləşən çimərlik. Qumlu sahil zolağı Aniva körfəzindən Losos buxtasına, Susya çayı mənsəbindən Baçimskaya daşlarına qədər 33 km məsafədə uzanır. Cənubi Saxalin şəhərindən 40 km aralıdadır. Çimərlik Saxalində və bütün Oxot dənizi sahillərində ən məşhur çimərlikdir. Çimərliyin önündə dayanacaq vardır. Burada biotualetlər, uzanmaq üçün taxtçalar, geyinib-soyunma yerləri vardır. kafe belə fəaliyyət göstərir. Bura avtovağzaldan gəlmək olar. Burada çimmək olduqca təhlükəsizdir. Belə ki, güçlü dalğalar və axınlar nadir halda müşahidə edilir.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir. Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10–20 manat arasında dəyişir. Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib. 2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. == Tarix == Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. == Tarix == Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. == Çimərliyin xüsusiyyəti == Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsada, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 −17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bugünkü, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Novxanı çimərliyi
Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Panjin çimərliyi
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Preveli çimərliyi
Preveli (yun. Πρέβελη, bəzən isə Palmalı çimərlik adlanır) — Yunanıstanda çimərlik və laqun. Çimərlik Krit adasının cənub hissəsində yerləşir. Çimərlik Liviya dənizinin sularına aiddir. Çimərliyin adı ərazidə yerləşən Preveli monastrında götürülmüşdür. Çimərlik Kurtaliotiko dərəsinin dənizə çıxısında yerləşir. Dərə ilə Meqalopotamos çayı axır. Məhs Meqalopotamos çayının hesabına çimərlik suyunun temperaturu digər akvatoriyalarla müqayisədə aşağıdır. Preveli çimərliyinin uzunluğu təxminən 210 metr, eni isə maksimum 50 metrdir. Çimərlik qumunun rəngi tünd-bozdur.
Solneçnı çimərliyi
Solneçnı çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik yaxınlığında kiçik park vardır. Çimərliyin uzunluğu 100 metrdir. 1970-ci ildə təşkil edilən çimərlik Xerson muzeyinə məxsus olmuşdur. Əvvəllər «Soldatski» çimərliyi adlanırdı. Bunun səbəbi isə yaxınlıqda olan hərbi hissələrdən əsgərlərin əsasən burada çimməsi idi. Kiçik və çınqıllardan təşkil olunmuşdur. Altda isə qum yerləşir. Çimərlyinin sağ və solunda qayalı sahil mövcuddur. 1960-cı illərdə burada «Saltan çarı haqqında nağıl» filmi çəkilmişdir.
Sumqayıt çimərliyi
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Yəşəm çimərliyi
Yəşəm çimərliyi — Sevastopol şəhərinin Balaklan rayonu ərazisində yerləşən çimərlik. Bir çoxları bu çimərliyi Krımın ən gözəl çimərliyi hesab edir. Yəşəm çimərliyi öz növbəsində ensiz olaraq 450 m məsafədə uzanır. Çimərlik təmizliyi ilə seçilir. 150 mln il öncə fəaliyyətdə olan vulkanın yerində olan çimərlik. Dənizin fəaliyyəti nəticəsində meydana gələn çimərlik minerallarla zəngindir (Yəşəm, Halsedron və b.). Burada olan yəşəm mineralına görə bu cür adlandırılmışdır. Çimərliyin yaxınlığında Qeorqievski qayası yerləşir. Çimərlikdən bir qədər aralıda Balaklavski Müqəddəs-Qeoeqievski məbədi vardır. Məbədə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə 800 pilləkən inşa edilmişdir.
İpanema çimərliyi
İpanema (port. Ipanema; Tupi-quarani dilində «pis su» və ya «iyli su» mənasını verir) Rio-de-Janeyroda yerləşən yaron və dəniz çimərliyi. İpamenanın böyük qismi nə zamansa «baron İpanemaya» mənsub olmuşdur. İlk əvvəllər isə İpanema adı təkcə San-Pauluda yerləşən mülklərinə şamil edilirdi. Sonradan isə bu ad Rio-de-Janeyro mülklərinə şamil edilir. Rio-de-Janeyronun cənubunda yerləşən Kopakabana çimərliyinə nisbətdə okean dalğaları zəif müşahidə edilir. Çimərlik turistlər və şəhər sakinləri arasında məşhurdur. Çimərlikdən 5 km aralıda Kaqarras arxipelaqı yerləşir. Rayon ərazisində Rodriqu-di-Freytaş laqununu okeanla birləşdirən kanal keçir.
Şıxov çimərliyi
Şıxov çimərliyi — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Ceyms Bond çimərliyi
Ceyms Bond çimərliyi (ing. James Bond Beach) - Yamaykanın şimalında, Orakabessa şəhərinin şimal-qərbində yerləşir. Sahillərini Karib dənizinin suları yuyur. Bu hissədə Orakabessa qoruğu yerləşir. Çimərlik yarımadanın üç hissəsini əhatə edir və 10 000 m² əraziyə sahibdir. Uzunluğu 350 metrdir. Adsız çimərlik «Doktor Nou» filminin çəkilişləri zamanı öz adını almışdır. Məhz bu filmdə Ceyms Bondun istəklisi Ursula Andress ağ çimərlik paltarında sudan çıxaraq dünyanı heyran qoymuşdur.
Taqanroq mərkəzi çimərliyi
Taqanroq mərkəzi çimərliyi — Taqanroq şəhərinin ən qədim çimərliyidur. Çimərlik sakinlər üçün 25 may 1934-cü ildə açıq elan edilmişdir. Çimərlik Rostov vilayətinin Taqanroq şəhərinin mərkəzi sahilində qərarlaşırdı. == Tarixi == 1920-ci illərin sonları, 1930-cu ilin əvvəllərində Taqanroq şəhərindı mərkəzi çimərliyin tipintisi gerçəkləşmişdir. Onun təntənəli açılışı 25 may 1934-cü ildə gerçəjləşmişdir. Çimərlik Taqjilsoyuzun balansında yerləşir. Çimərliyə giriş pulludur. 1940-ci illərdə şəhər çimərliyinin genişləndirilməsi həyata keçirilirdi. 1962-ci ildə burada bir çox işlər görülmüşdur. Uçurumda istinad divarı quraşdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 13.70
2004 0.67
2006 •• 0.90
2007 0.42
2008 0.24
2009 •• 0.96
2010 ••• 1.54
2011 •• 0.69
2012 •• 0.95
2013 •••••• 3.50
2014 •• 1.20
2015 ••• 1.53
2016 ••• 1.56
2017 •• 1.14
2018 •••• 2.55
2019 ••• 1.67
2020 0.53

"çimərliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çimərliyi nədir? #çimərliyi sözünün mənası #çimərliyi nə deməkdir? #çimərliyi sözünün izahı #çimərliyi sözünün yazılışı #çimərliyi necə yazılır? #çimərliyi sözünün düzgün yazılışı #çimərliyi leksik mənası #çimərliyi sözünün sinonimi #çimərliyi sözünün yaxın mənalı sözlər #çimərliyi sözünün əks mənası #çimərliyi sözünün etimologiyası #çimərliyi sözünün orfoqrafiyası #çimərliyi rusca #çimərliyi inglisça #çimərliyi fransızca #çimərliyi sözünün istifadəsi #sözlük