Çiçəklər körpüsü (hadisə)
Çiçəklər körpüsü (rum. Podul de Flori) — Moldova SSR ilə Rumıniya sərhədində Prut çayının sahilində baş vermiş iki hadisənin adı. Bu hadisələr zamanı Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən Moldova SSR-Rumıniya sərhədindən keçid həyata keçirilib. Aksiyalar zamanı bu hadisələrə ad verən Prut çayının hər iki sahilində suyun üzərinə güllər düzülmüşdü.
== 6 may 1990 ==
İlk nümayiş 6 may 1990-cı ildə yerli vaxtla saat 13:00-dan 19:00 aralığında baş verib. Birinci “Çiçəklər Körpüsü” zamanı Rumıniya sakinlərinə heç bir sənəd təqdim etmədən Prut çayından Moldova SSR-ə keçməyə icazə verildi. Prut çayı boyunca uzunluğu 700 km olan sərhəddə 8 sərhəd keçid məntəqəsi: Moykani-Pererita, Stınka-Kosteşti, Yassı-Unqen, Unqen körpüsü, Albitsa-Leuseni, Felçiu-Gipsi, Oança-Kaqul, Qalats - Djurtjuleşti təchiz edilmişdir.Nümayişdə 1,2 milyona yaxın insan iştirak edib. Şahidlər bu hadisəni bir çox ailələrin yenidən birləşməsinə imkan verən Berlin divarının yıxılması ilə müqayisə edirdilər - Prut çayı "Su Berlin Divarı" adlanırdı.. Unqen bölgəsindən 250 minə yaxın insan sərhədi keçir.Nümayiş "Dünyada Rumınların Birliyinin Mədəniyyət İttifaqı", "Buxarest-Kişinyov" Mədəniyyət Cəmiyyəti və Moldova Xalq Cəbhəsi tərəfindən təşkil olunmuşdu. Artıq səhər saatlarında minlərlə vətəndaş Rumıniya sahillərində çiçəklər daşıyaraq suya endirərək görünmüyə başladı.