çob sözü azərbaycan dilində

çob

Yazılış

  • çob • 50.0000%
  • Çob • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir == Xüsusiyyətləri == Alman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır.
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Avropa çobandüdüyü
Avropa çobandüdüyü (lat. Asarum europaeum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Aydın Çobanoğlu
Aydın Çobanoğlu — yaradıcı və ifaçı aşıq. == Həyatı == Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb. 1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb. 1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb.
Aşağı Çobanlı (Salmas)
Aşağı Çobanlı (fars. چوبانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (35 ailə).
Balaca çoban (film, 1985)
Balaca çoban qısametrajlı cizgi filmi rejissor Əsgər Məmmədov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. == Məzmun == Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.Nəticədə, valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Dadaş Mehdi Rejissor: Əsgər Məmmədov Operator: Antonina Korotnitskaya Rəssam: Vaqif Məmmədov Bəstəkar: Vasif Adıgözəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Bela Çobel
Bela Çobel (4 sentyabr 1883[…], Budapeşt – 30 yanvar 1976, Budapeşt) — Budapeştdə XX əsrin əvvəllərində G8 ilə əlaqəsi ilə tanınan bir Macar rəssamı idi. Onlar Macarıstanda fovizm, kubizm və ekspresyonizmlə yanaşı postimpressionist üslubların tətbiqi ilə tanınırdılar. == Bioqrafiya == Bela Çobel 1883-cü ildə Budapeştdə yəhudi-macar ailəsində anadan olub. Rumıniyanın Baia Mare şəhərində rəssamların koloniyasında keçirilən Nadibanya Azad Məktəbində Bela İvani-Qrunvald şagirdi oldu. 1902-ci ildə Münihdə təhsil alıb, burada Jules Pasquin, Rudolf Levy və Walter Bondi ilə dost oldu. 1904-cü ildə, Macarıstandan gələn bir çox gənc sənətçi kimi, əlavə işlər üçün Parisə getdi; Julian Akademiyasında Jean-Paul Lawrencein tələbəsi olaraq oxudu. Onun tərzi əvvəlcə Nagybaniya məktəbinin təbiət prinsiplərini əks etdirirdi. 1905-ci ildə Parisdə Foves qrupunun rəssamları ilə görüşdükdən sonra eyni il Salon d'Avtome-də nüfuzlu sərgidə işlərini görəndən sonra, əsərlərində parlaq rənglər daxil etməyə başladı.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. == Həyatı == 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 === Hərb təhsili === Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. == Süjet == Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. == Personajlar == == I Pərdə == === Ariyalar === №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış hökmdarlarından biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Həsən Kərimov (çoban)
Həsən Kərimov və ya Çoban Həsən (tam adı: Həsən Rza oğlu Kərimov; 5 may 1925, Qarayusifli – 1983, SSRİ) — Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatı. == Həyatı == Həsən Kərimov SSRİ Ali Sovetinin 22 mart 1966-cı il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin Ordeni" (№ 378938) və "Oraq və Çəkic" (№ 12827) medalı ilə təltif edilmişdir. O, iki çağırış SSRİ Ali Sovetinin deputatı da seçilmişdir. 1970-ci illərdə fermada külli miqdarda yeyintiyə yol verməsi bəhanəsi ilə ona 1983-cü ildə güllələmə hökmü verilmişdir. SSRİ Ali Sovet-nin qərarı ilə üzərindən ölüm hökmü götürülmüş, məhbusluqdan azad edilməsinə bir gün qalmış saxlandığı təcridxanada infarktdan vəfat etmişdir. Onun güllələnmə cəzası almasının əsas səbəbkarı kimi Bərdənin o zamanlardakı birinci katibi Rüstəm Səfərəliyevin adı çəkilir. Heydər Əliyev onun haqqında belə demişdir: Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi. Adı Həsən, ya nə idi… …Çoban Həsən, o, məlumat verirdi ki, guya hər yüz qoyundan 140–150 bala alır.
Kanada çobandüdüyü
Kanada çobandüdüyü (lat. Asarum canadense) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü. == Sinonimləri == Asarum acuminatum Asarum canadense var. acuminatum Asarum canadense var. ambiguum Asarum canadense var.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. == Həyatı == 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Murad Çobanoğlu
Murad Çobanoğlu (türk. Murat Çobanoğlu; 1940, Türkiyə – 26 mart 2005, Ankara) — qarapapaq mənşəli Türkiyə aşığı. == Həyat və fəaliyyəti == Murad Çobanoğlu 1940-cı ildə Türkiyədə, Qars vilayətinin Arpaçay rayonunun Qoçköyü kəndində fermer ailəsində anadan olmuşdur. O, qarapapaq əsillidir və əsl soyadı Çobanlardır. Anası Lalə xanım, atası Aşıq Şənliyin şagirdlərindən olan Aşıq Gülüstandır. Atası Arpaçayın Qoçköyü kəndindən idi və 1920-ci ildə Qars şəhərində məskunlaşmışdır. Həyat yoldaşı erkən vəfat etdiyinə görə o, oğlunu özü böyütmüşdür. Atası 1970-ci ildə oğlu Murad Çobanoğlu ilə birlikdə İzmirə köçmüşdür.Murad Çobanoğlu 1951-ci ildə yuxusunda badə içdikdən sonra saz çalmağa və şeir oxumağa başlamışdır. O, 1966-cı ildən bəri Konya Aşıqlar Festivalına qatılmışdır. Artvin, Konya, Ərzurum və Mutda keçirilən müsabiqələrdə dərəcə almışdır.
Müşfiq Çobanlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Müşfiq Çobanov
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. == Həyatı == 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda,Azərbaycan EA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Mərkəzi Asiya çoban iti
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Nelli Çobanu
Nelly Çobanu (28 oktyabr 1974, Kantemir rayonu[d]) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Orxan Çobanov
Orxan Zahid oğlu Çobanov (2 avqust 1997; Xaçmaz rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Orxan Çobanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Çobanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. == Həyatı == 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.

"çob" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çob nədir? #çob sözünün mənası #çob nə deməkdir? #çob sözünün izahı #çob sözünün yazılışı #çob necə yazılır? #çob sözünün düzgün yazılışı #çob leksik mənası #çob sözünün sinonimi #çob sözünün yaxın mənalı sözlər #çob sözünün əks mənası #çob sözünün etimologiyası #çob sözünün orfoqrafiyası #çob rusca #çob inglisça #çob fransızca #çob sözünün istifadəsi #sözlük