Çobanoğlu sözü azərbaycan dilində

Çobanoğlu

Yazılış

  • Çobanoğlu • 93.9394%
  • ÇOBANOĞLU • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aydın Çobanoğlu
Aydın Çobanoğlu — yaradıcı və ifaçı aşıq. == Həyatı == Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb. 1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb. 1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. == Həyatı == 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Murad Çobanoğlu
Murad Çobanoğlu (türk. Murat Çobanoğlu; 1940, Türkiyə – 26 mart 2005, Ankara) — qarapapaq mənşəli Türkiyə aşığı. == Həyat və fəaliyyəti == Murad Çobanoğlu 1940-cı ildə Türkiyədə, Qars vilayətinin Arpaçay rayonunun Qoçköyü kəndində fermer ailəsində anadan olmuşdur. O, qarapapaq əsillidir və əsl soyadı Çobanlardır. Anası Lalə xanım, atası Aşıq Şənliyin şagirdlərindən olan Aşıq Gülüstandır. Atası Arpaçayın Qoçköyü kəndindən idi və 1920-ci ildə Qars şəhərində məskunlaşmışdır. Həyat yoldaşı erkən vəfat etdiyinə görə o, oğlunu özü böyütmüşdür. Atası 1970-ci ildə oğlu Murad Çobanoğlu ilə birlikdə İzmirə köçmüşdür.Murad Çobanoğlu 1951-ci ildə yuxusunda badə içdikdən sonra saz çalmağa və şeir oxumağa başlamışdır. O, 1966-cı ildən bəri Konya Aşıqlar Festivalına qatılmışdır. Artvin, Konya, Ərzurum və Mutda keçirilən müsabiqələrdə dərəcə almışdır.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. == Həyatı == 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu — Jurnalist, redaktor, siyasi yazıçı. == Həyatı == Şahvələd Çobanoğlu 1969-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru, "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru olub. Hazırda köşə yazarı kimi sərbəst jurnalist fəaliyyəti göstərir. 2010-cu ildə Almaniyanın "Zite-Ştivtunq" və Norveçin "Azad söz" fondlarının təsis etdiyi Gerd Buserius adına "Şərqi Avropada Söz Azadlığı" mükafatı ilə təltif olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2010 •••• 0.09
2011 •••••• 0.17
2013 •••••••••••••••••••• 0.58
2014 •••••••••••• 0.34
2015 •••••• 0.17
2020 ••••• 0.13

Oxşar sözlər

#çobanoğlu nədir? #çobanoğlu sözünün mənası #çobanoğlu nə deməkdir? #çobanoğlu sözünün izahı #çobanoğlu sözünün yazılışı #çobanoğlu necə yazılır? #çobanoğlu sözünün düzgün yazılışı #çobanoğlu leksik mənası #çobanoğlu sözünün sinonimi #çobanoğlu sözünün yaxın mənalı sözlər #çobanoğlu sözünün əks mənası #çobanoğlu sözünün etimologiyası #çobanoğlu sözünün orfoqrafiyası #çobanoğlu rusca #çobanoğlu inglisça #çobanoğlu fransızca #çobanoğlu sözünün istifadəsi #sözlük