çobanyastığı sözü azərbaycan dilində

çobanyastığı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çobanyastığı • 77.9661%
  • Çobanyastığı • 22.0339%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çobanyastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Ümumi məlumat == Mollabaşı (Çobanyastığı) – Chamomilla recutita (L.) Rauschert. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq “vulgare” kimi təqdim edilmişdir. Sonralar 1708-1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə “matircaria” adı vermişdir. Matircaria latın sözü olub “balalıq” və “uşaqlıq”, “mater” isə “ana” mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də “uşaqlığı” müalicə edirmişlər. Bitkinin növ adı isə “rectuta”dır (recutitus - hamar, çılpaq sözlərindən götürülmüşdür).
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Roma çobanyastığı
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. == Sinonimləri == Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.
Ətirli çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Çobanyastığıkimilər
Mürəkkəbçiçəklilər (lat. Asteraceae) — i̇kiləpəlilər sinfinin astraçiçəklilər sırasına aid bitki fəsiləsi. Bu fəsiləyə daxil olan 900–1000 cinsin 25000-ə yaxın növü var. Demək olar ki, Yer kürəsinin hər tərəfinə yayılmışdır, və bütün iqlim zonalarında mövcuddur və əksəriyyəti otşəkilli bitkidir. Çiçəyinin quruluşu : Çiçəkləri səbət çiçək qrupunda toplanmışdır. Səbəti təşkil edən çiçəklərdə bəzən kasa yarpaqları olmur, və ya tükşəkilli olub kəkil əmələ gətirir. Erkəkcikləri 5 ədəddir. Onların tozluqları bitişərək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri 2 ağızcıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər.
Çobanyastığıkımılər

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.65 dəfə / 1 mln.
2004 •••• 0.67
2005 •••• 0.67
2007 •• 0.21
2009 •••••••••• 1.60
2010 •••••• 1.00
2011 ••••• 0.77
2012 •••• 0.52
2013 0.15
2014 •••••••••••••••••••• 3.43
2015 ••• 0.51
2017 •••• 0.65
2018 0.15
2019 •• 0.28
2020 ••• 0.40

çobanyastığı sözünün leksik mənası və izahı

  • 1 is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən xırda sarı çiçəklər açan birillik ot bitkisi. Məğrur lalə, xumar nərgiz, həsrət bənövşə, çobanyastığı və başqa çiçəklər səhər nəsiminin ahəngilə yırğalanır… (Qəzetlərdən).

    Azərbaycan dilinin izahlı lüğəti / çobanyastığı

çobanyastığı sözünün rus dilinə tərcüməsi

  • 1 бот. ромашка

    Azərbaycanca-rusca lüğət / çobanyastığı
  • 2 I сущ. бот. пупавка (травянистое растение сем. сложноцветных с ромашковидными соцветиями). Boyaq çobanyastığısı красильная пупавка II прил. пупавковый (относящийся к пупавке). Çobanyastığı yarpaqları пупавковые листья, çobanyastığı çiçəkləri пупавковые цветки

    Azərbaycanca-rusca lüğət / çobanyastığı

çobanyastığı sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#çobanyastığı nədir? #çobanyastığı sözünün mənası #çobanyastığı nə deməkdir? #çobanyastığı sözünün izahı #çobanyastığı sözünün yazılışı #çobanyastığı necə yazılır? #çobanyastığı sözünün düzgün yazılışı #çobanyastığı leksik mənası #çobanyastığı sözünün sinonimi #çobanyastığı sözünün yaxın mənalı sözlər #çobanyastığı sözünün əks mənası #çobanyastığı sözünün etimologiyası #çobanyastığı sözünün orfoqrafiyası #çobanyastığı rusca #çobanyastığı inglisça #çobanyastığı fransızca #çobanyastığı sözünün istifadəsi #sözlük