çomaq sözü azərbaycan dilində

çomaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çomaq • 87.7551%
  • Çomaq • 10.2041%
  • ÇOMAQ • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 ••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.34

çomaq sözünün leksik mənası və izahı

  • 1 is. Başı yumru ağac; dəyənək. Çomaqla ilanı öldürmək. – Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. (Məsəl). Kişi əlində çomaq; Sürür yüklü öküzü. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / çomaq

çomaq sözünün etimologiyası

  • 1 “Kitabi-Dədə Qorqud”da çokan kimi işlədilib. Qədim mənası “toppuz” demək olub. Sancaq yerinə, “çomaqlı iynə” işlədiblər. Qoyunu ayağından tutmaq üçün olan koğaya da çokan (çovkan) deyiblər. Sözün arxetipi çaxmaq feili ilə bağlıdır. Çomaqdan zərbə aləti kimi istifadə olunub, çovkan isə çomağa oxşadığı üçün belə adlanıb (bu söz fars mənşəli hesab edirlər, inandırıcı deyil). Başqa yozum: mənbələrdə çoxmaq kəlməsi “yumru” kimi şərh olunub. Çomağın başı yumru (top­puz) olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çomaq

çomaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ÇOMAQ Paltonun köhnəliyini sübut etmək üçün biçarə Paşa bəy bir çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kimi ətrafı tutdu (Çəmənzəminli); DƏYƏNƏK [Qulu:] Əliqulu divandan elə qorxur, necə ki it dəyənəkdən (S.S.Axundov); TOPPUZ (başı girdə çomaq) Teymurun başına yenə də elə bil ağır bir toppuz endirirdilər (H.Seyidbəyli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / çomaq

çomaq sözünün rus dilinə tərcüməsi

  • 1 дубина с круглой головкой, пастушья палка

    Azərbaycanca-rusca lüğət / çomaq
  • 2 сущ. пастушеская палка, дубинка с круглой головой; qerlıqa (длинный посох пастуха с крючком на верхнем конце) ◊ itlə dostluq elə (ancaq), çomağı yerə qoyma с собакой дружи, но палку наготове держи (но камень за пазухой держи); keçinin əcəli çatanda (yetəndə) çobanın çomağına sürtünər не задевай того, кто сильнее тебя (кого не одолеешь); çomağın o biri başından yapışmaq (çomağın o biri başını çevirmək) перегнуть палку (впасть в крайность, переусердствовать в чём-л.)

    Azərbaycanca-rusca lüğət / çomaq

çomaq sözünün inglis dilinə tərcüməsi

çomaq sözünün fransız dilinə tərcüməsi

çomaq sözünün ləzgi dilinə tərcüməsi

"çomaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çomaq nədir? #çomaq sözünün mənası #çomaq nə deməkdir? #çomaq sözünün izahı #çomaq sözünün yazılışı #çomaq necə yazılır? #çomaq sözünün düzgün yazılışı #çomaq leksik mənası #çomaq sözünün sinonimi #çomaq sözünün yaxın mənalı sözlər #çomaq sözünün əks mənası #çomaq sözünün etimologiyası #çomaq sözünün orfoqrafiyası #çomaq rusca #çomaq inglisça #çomaq fransızca #çomaq sözünün istifadəsi #sözlük