çoxçiçəkli sözü azərbaycan dilində

çoxçiçəkli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çoxçiçəkli • 81.2500%
  • Çoxçiçəkli • 18.7500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çoxçiçəkli dioskoreya
Çoxçiçəkli dioskoreya (lat. Dioscorea floribunda) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Çoxçiçəkli evkalipt
Çoxçiçəkli evkalipt (lat. Eucalyptus polyanthemos) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı cənub-şərqi Avstraliya, Aralıq dənizi sahilləri, Afrika, Mərakeşdir. Qara dəniz sahillərində geniş əkin sahələrinə malikdir. == Botaniki təsviri == Hündürlüyü 18 m, diametri 30 sm-ə qədər olan, ortaboylu, həmişəyaşıl ağacdır. Gövdəsinin qabığı tünd qırmızı rəngli, ağır, bərk, pulcuqlu-lifli, cavan zoğlarda isə hamardır. Cavan yarpaqları 3-5 ədəd olmaqla növbəli yerləşmiş, saplaqlı, forması dairəvi, uzunluğu 4-8 sm, eni 4 sm, mavi çalarlı və ya bozumtuldur. Yetkin yarpaqları saplaqlı, növbəli düzülmüş, dar və ya enli neştərə bənzəyir, uzunluğu 5-14 sm, eni 1,5-4,5 sm olmaqla, açıq kül rənglidir. Çiçək qrupu 3–6 çiçək çətirindən ibarət olub, üst tərəfdən çətir çiçək qrupu əmələ gətirir. Çətir saplağı silindrvari, uzunluğu 5-10 mm, qönçələrin saplağı boz rəngli, sancaqvari olub, uzunluğu 7 mm, diametri 4 mm, konusvari qapaqcıqlı, lakin çiçək yatağının saplağından qısadır; tozcuq qutusu bitişik yuvacıqlı, xəncərvari və ya dördbucaqlı, sonunda məsamələri vardır.
Çoxçiçəkli fallopiya
Reynoutria multiflora (lat. Reynoutria multiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin reynoutria cinsinə aid bitki növü.
Çoxçiçəkli itburnu
Çoxçiçəkli itburnu (lat. Rosa multiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Albaniya, Belçika, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norveç, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belarus, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır.
Çoxçiçəkli zirinc
Çoxçiçəkli zirinc (lat. Berberis polyantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində Sıçuan əyalətinin qərbində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-dək olan, düzdayanan gövdəli, çılpaq və ya xırda tükcüklü budaqlıdır. Zoğları bozumtul-qonur və ya tutqun qonurdur. Yarpaqları yumurtavari, uzunluğu 1,5-3 sm, ucu yumru, xırda dişli və ya kənarları bütöv, üstü tutqun yaşıl, alt tərəfi parlaq, bozumtuldur. İynələri tək və ya 3 hissəli, uzunluğu 1-2 sm-dir. Çiçəkləri parlaq sarı, xırda, diametri 0,5 mm, uzunluğu 8 mm, eni 3-4 mm-dir. Meyvəsi sentyabrda yetişir. == Ekologiyası == Qışa davamlılığı aşağıdır.
Çoxçiçəkli dovşanalması
Çoxçiçəkli dovşanalması (lat. Cotoneaster multiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qafqaz, Orta Asiya, Qərbi Sibir və Qərbi Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Cavan budaqları nazik, tüklü olub, aşağıya doğru əyilir. Enli yumurtavari yarpaqlarının uzunluğu 5 sm-dir, yazda gümüşü-boz, yayda tünd yaşıl, payızda isə tünd qırmızı rəngdə olur. 6-20 ədəd iri ağ çiçəkləri qalxanşəkilli çiçək qrupuna yığılmışdır. Çiçəkləmə may ayında başlayır və 16-25 günə qədər davam edir. Bu dövr bitki çox gözəl görünür. Meyvələri avqustda yetişir.

çoxçiçəkli sözünün leksik mənası və izahı

çoxçiçəkli sözünün rus dilinə tərcüməsi

çoxçiçəkli sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#çoxçiçəkli nədir? #çoxçiçəkli sözünün mənası #çoxçiçəkli nə deməkdir? #çoxçiçəkli sözünün izahı #çoxçiçəkli sözünün yazılışı #çoxçiçəkli necə yazılır? #çoxçiçəkli sözünün düzgün yazılışı #çoxçiçəkli leksik mənası #çoxçiçəkli sözünün sinonimi #çoxçiçəkli sözünün yaxın mənalı sözlər #çoxçiçəkli sözünün əks mənası #çoxçiçəkli sözünün etimologiyası #çoxçiçəkli sözünün orfoqrafiyası #çoxçiçəkli rusca #çoxçiçəkli inglisça #çoxçiçəkli fransızca #çoxçiçəkli sözünün istifadəsi #sözlük