çörək sözü azərbaycan dilində

çörək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çörək • 91.7783%
  • Çörək • 8.1230%
  • ÇÖRƏK • 0.0987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çörək
Çörək ― xəmiri bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. == Tarixi == Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. == Adət və mərasimlər == Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Çörək (1970)
Çörək ağacı
Çörək ağacı (lat. Artocarpus altilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin artokarpus cinsinə aid bitki növü. Malayziya, İndoneziyavə Papua Yeni Qvineyada bitir. Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir. == Meyvəsi == Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməzdir.
Çörək muzeyi
Çörək muzeyi (Ağdam) — Azərbaycanın Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Çörək muzeyi (Ulm) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi.1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə. Onlar göstərdi ki böhranın ağırlığı, ümumən ölkədən geriyə qalmış mərkəz və cənub rayonlarda daha çox təzahür edir.
Aloo düz çörək
Aloo düz çörək Trinidad mətbəxindən bir növ xəmir qızartmasıdır. Xəmirin doldurmasını hazırlamaq üçün qaynadılmış və soyulmuş kartoflar kimyon, duz, istiot, acı qırmızı bibər (sous və ya toz) və sarımsaq ilə birlikdə əzilir. Trinidad'da küçə yeməyi olaraq satılır.
Ağdam Çörək Muzeyi
Çörək muzeyi — Azərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.
Tunisdə çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi.1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə. Onlar göstərdi ki böhranın ağırlığı, ümumən ölkədən geriyə qalmış mərkəz və cənub rayonlarda daha çox təzahür edir.
Çörək (film, 1970)
Çörək muzeyi (Ağdam)
Çörək muzeyi — Azərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.
Çörək muzeyi (Ulm)
Çörək muzeyi (alm. Deutsches Brotmuseum Ulm‎) — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. == Tarixi == Almaniyada, Dunay çayının sahilində yerləşən Ulm şəhərindəki Çörək muzeyi 1955-ci ildən fəaliyyət göstərir. Dünyada ikinci, bəzi mənbələrdə isə birinci yarandığı göstərilir. Muzeyin adının birinci sırada çəkilməsini onun çörək muzeyləri arasında ilk rəsmi dövlət statusu alması ilə əlaqələndirirlər. Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist Villi Ayzelenə məxsusdur. == Fəaliyyəti == Hazırda muzey şəxsi olmasına baxmayaraq, qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə giriş pulludur. Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır. Əlavə olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.
Çörək qırıntısı menyusu
Çörək qırıntısı menyusu — veb-səhifədə yerləşən və iyerarxik təşkil olunmuş veb-saytda həmin səhifənin yerini bildirən menyu. Bu menyuda sonuncudan başqa bütün elementlər, adətən, daxili hiperistinadlar olur. "Çörək qırıntısı" menyusunun adı Qrim qardaşlarının "Hansel və Qretel" nağılındakı süjetdən götürülüb: ikinci dəfə meşədə olanda uşaqlar geriyə yolu tapa bilmirlər, çünki bu dəfə onlar yola nişanə kimi kiçik daşların əvəzinə çörək qırıntıları atırlar. Çörək qırıntılarını isə meşə quşları yeyirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çörək və tamaşa
Çörək və tamaşa (lat. panem et circenses) — Qədim Roma satirik şairi Yuvenalın 10-cu satirasından Roma xalqının müasir arzularını təsvir etmək üçün istifadə etdiyi ifadə. == Təməl == Yuvenal burada Romada siyasi hakimiyyəti qazanmaq vasitəsi kimi vətəndaşlara pulsuz taxıl, habelə bahalı sirk tamaşalarını və digər əyləncə formalarını verməyə istinad edir. Bu ənənə e.ə. 123-cü ildə Qay Semproni Qrakx tərəfindən başlamışdır. Bu təcrübə Roma imperatorları tərəfindən nəzarət altına alınana qədər siyasi mübahisə mövzusu olaraq qalmışdır."Çörək və tamaşa" ifadəsi pleblərə pul və yemək paylamaqla, həmçinin sirk tamaşaları ilə şirnikləşdirlə Qədim Romada hakimiyyəti ələ keçirən və əlində saxlayan dövlət xadimlərinin siyasətini təsvir etmək üçün istifadə olunurdu. Siyasi kontekstdə bu ifadə dövlət qulluğunda və ya dövlət siyasətində üstün olmaq yolu ilə deyil, diqqəti yayındırmaq və əhalinin ən aktual ehtiyaclarını ödəmək yolu ilə ictimaiyyətin rəğbətini qazanmaq deməkdir. Yuvenal bu ifadəni adi insanların eqoizmini, onların daha geniş maraqlardan xəbərsizliyini və prioritetlər arasında vətəndaşlıq borcunun olmamasını pisləmək üçün istifadə edir. İfadə həm də müasir siyasətdə mənfi seçici alışını və populizmi təsvir etmək üçün istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Panem et circenses // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
N1 Gilan Çörək Zavodu
№1 Çörək zavodu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2012-ci ildən inşa olunmağa başlamışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. Bu uğurlu siyasətin nəticəsi olaraq zavodun yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təcəssümüdür. Respublika əhəmiyyətli belə böyük müəssisələrin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub. İnşaat işləri yüksək standartlara uyğun şəkildə aparılıb. Müəssisənin ümumi sahəsi 3 hektara yaxındır və gündəlik istehsal gücü 168 ton təşkil edir. Zavodun açılışı 2013-cü ilin oktyabr ayının 18-də Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Çörək əzəldən bəri ağız dadının təməlidir. Bir qitədən digərinə növü və forması dəyişsə də, bütün dünya əhalisi hər gün çörək yeməkdədir.
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Şərikli çörək (film, 1969)
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir.Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsənin əsas girişi cənub tərəfdəndir. Buna baxmayaraq, şimal divarında da giriş qapısı olmuş, lakin, sonrakı dövrdə həmin qapı hörülərək qapadılmışdır.
Mənim Çörəkli Dünyam (1991)
== Məzmun == Kinolent Azərbaycanda taxılçılığın inkişafı və əhalinin çörək məhsulları ilə təminatında qarşılaşdığı problemlərdən söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mənim çörəkli dünyam (film, 1991)
== Məzmun == Kinolent Azərbaycanda taxılçılığın inkişafı və əhalinin çörək məhsulları ilə təminatında qarşılaşdığı problemlərdən söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Türk çörəkləri
Türk çörəkləri == Tərkibi == 500 q un 10 q duz 1 xörək qaşığı zeytun yağı 10 q şəkər (və ya 2 çay qaşığı bal) 1 paket quru maya (və ya yarım paket təzə maya) 350 ml su 1 yumurta == Hazırlanması == Bütün inqridiyentləri qarışdırdıqdan sonra, onları təxminən 8 dəqiqə, formaya salmaq üçün asan olan xəmir əmələ gələnə qədər yoğurun. Bir kasanı yağlayın, xəmiri ora qoyun və təxminən 1,5 saat gözlədin. Xəmir qalxdıqdan sonra, tavaya bişirmə kağızı sərin. Xəmiri 2 hissəyə bölün, iki dənə yumru və ya kvadrat çörək düzəldin. Yumurtanı sındırın, bir çay qaşığı su əlavə edin, çalın, sonra isə çörəyin üstünə yayın. Xəmiri bir neçə yerdən barmaqlarınızla deşin, üstünə küncüt və qara zirəni səpin. Təxminən 20 dəqiqə gözlədin. 250 dərəcə temperaturda 7–9 dəqiqə sobada bişirin.
Çörəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. == Çörəkli şorbanın müxtəlifliyi == Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Çörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. == Qara zirənin tarixi == Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.48 dəfə / 1 mln.
2002 •• 68.52
2003 21.65
2004 21.90
2005 16.19
2006 14.87
2007 16.28
2008 11.69
2009 20.48
2010 30.77
2011 34.92
2012 40.53
2013 37.34
2014 35.01
2015 20.58
2016 21.00
2017 8.13
2018 8.09
2019 12.52
2020 22.41

çörək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Undan bişirilən qida məhsulu. Buğda çörəyi. Ağ çörək (buğda unundan bişirilən çörək). Qara çörək (qarabaşaq unundan bişirilən çörək). – Mirzənin zamanında bazarda ucuzluq idi; yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, yağın pudu dörd manat, çörəyin girvənkəsi iki qəpik idi. Ə.Haqverdiyev. Ortalığa bal, çörək, şit yağ və xırda boşqablarda südlüsıyıq qoyuldu. Ə.Əbülhəsən. 2. məc. Ümumiyyətlə, yemək, xörək. Çörəyimi yenicə yeyib qurtarmışdım ki, qonşumuz Hüseyn salamsız dərviş kimi qapını açıb içəri girdi. Qantəmir. [Mərcan bəy:] Ağız, Minnət!… Çörək yeyibsən? Ü.Hacıbəyov. 3. məc. dan. bax çörəkpulu. [Durna:] İstəyirdi, qardaşım kimi şəhərə gedib işləsin, bir az çörək qazansın… C.Cabbarlı. ◊ Çörək kəsmək məc. – 1) dostluq etmək, yoldaşlıq etmək, dost olmaq; 2) çörək yemək, yemək yemək. [Qoca:] Əxilər məclisində səninlə bir süfrədə çörək kəsmişik ki, bala! Ə.Məmmədxanlı. Çörəyi dizinin üstündə – nankor, yaxşılıq itirən adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / çörək

çörək sözünün etimologiyası

çörək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ÇÖRƏK [Əsgər bəy:] Yolda qamın tutunca biz sənə çörək verrik (M.F.Axundzadə); LOĞMA Yemə namərd loğmasın, Seyyid (S.Ə.Şirvani); ƏKMƏK Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək (M.S.Ordubadi); ƏPPƏK Ziba xanım: Sənin bacın xəsislikdən pendiri şüşəyə qoyub çöldən əppək batırır, elə oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi? (M.F.Axundzadə); ƏTMƏK (köhn.) Azər: Hər əməkdən çıxıyorkən ətmək; Böylə arsızca dilənmək nə demək? (H.Cavid); NAN (arx.) Vətənim verdi mənə namü-nəmək; Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət); PƏPƏ/ PƏPƏŞ (uşaq dilində).

    Azərbaycan dilinin sinonimlər lüğəti / çörək

çörək sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. 1. хлеб (пищевой продукт, выпекаемый из муки). Buğda çörəyi пшеничный хлеб, ağ çörək белый хлеб, təzə çörək свежий хлеб, yaxşı bişmiş çörək пропечённый хлеб, bayat çörək черствый хлеб, bir tikə çörək кусок хлеба, bir dilim çörək ломоть хлеба, bir buxanka çörək буханка хлеба, çörək bişirmək печь, испечь хлеб, çörək almağa getmək сходить за хлебом, çörək doğramaq нарезать хлеб 2. чурек (национальный азербайджанский хлеб особой выпечки) 3. перен. в знач. еда, кушанье. Çörəyini yedin (yeyibsən)? ты покушал? 4. перен. см. çörəkpulu; çörəyim (çörəkpulum) burdan çıxır я здесь зарабатываю на хлеб II прил. хлебный: 1. относящийся к хлебу. Çörək qırıntıları хлебные крохи 2. являющийся хлебом, состоящий из хлеба, связанный с хлебом. Çörək məmulatları хлебные изделия, çörək mağazası хлебный магазин, çörək zavodu хлебозавод 3. свойственный хлебу. Çörək dadı хлебный вкус, çörək ətri хлебный запах 4. приготовленный из хлеба. Çörək kvası хлебный квас 5. предназначенный для хлеба. Çörək mayası (xaşı) хлебные дрожжи (закваска для теста), çörək təhnəsi хлебная квашня (кадка для теста), çörək bıçağı хлебный нож; çörək yemək есть, поесть; кушать, покушать ◊ çörək boğazından getmir kimin кусок в горло не идёт, не лезет кому; çörək qazanmaq зарабатывать на хлеб; çörəyi itirmək забыть хлеб-соль; çörək kəsmək kimlə делить хлеб и соль с кем, вместе хлеб есть (как символ дружбы); пуд соли съесть (длительное время проработать, пробыть и т.д. с кем-л. вместе); çörək gözünü tutsun! проклятие: чтобы ты подавился! çörək haqqı! (çörəyə and olsun!) клянусь хлебом! çörəkdən düşmək лишиться авторитета (уважения, благосостояния); çörəyə çatdırmaq kimi 1. поставить на ноги, вырастить, воспитать 2. вывести в люди; çörəyə çatmaq встать на ноги; начать зарабатывать; çörəyi qulağımızın dibinə yemirik ki, … я не так уж глуп, чтобы …; çörəyi daşdan çıxmaq с большим, неимоверным трудом добывать себе хлеб насущный; çörəyini it yeyər, boynunu bit хлеб его едят псы, затылок вши; çörək çörəyə borcludur (qonşu çörəyi qonşuya borcdur) хлеб хлебу – должник; çörəyi ver çörəkçiyə, birini də üstəlik поручи дело мастеру этого дела; çörəyi dizinin üstündə olmaq быть неблагодарным, быстро забыть хлеб-соль; çörəyi tapdalamaq см. çörəyi itirmək; çörəyimizin duzu yoxdur о том, когда кому-л. за добро отвечают неблагодарностью, злом; забывают чьё-л. добро, доброе дело; çörəyinə bais olmaq, çörəyini əlindən almaq kimin отбивать, отбить хлеб у кого, лишить источника дохода, заработка кого; çörəyini kəsmək kimin лишить кого работы, хлеба, источника дохода, заработка; halal çörək праведный хлеб, хлеб, заработанный честным трудом; haram çörək неправедный хлеб

    Azərbaycanca-rusca lüğət / çörək
  • 3 хлебо … (первая составная часть некоторых сложных слов). Çörəkbişirən хлебопёк, пекарь: çörəkverən хлебосольный и т.п.

    Azərbaycanca-rusca lüğət / çörək

çörək sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bread; qara ~ brown bread; ağ ~ white bread; ev çörəyi home-made bread; bayat ~ stale bread; təzə ~ fresh baked / newly-baked bread; yağ ~ bread and butter; gündəlik ~ daily bread; ~ pulu qazanmaq to make* one’s bread, to earn one’s living; ◊ başqasının çörəyini yemək ≅ to be* a dependant, to live at smb. else’s expense; to be* a useless mouth idiom.; ◊ kiminsə çörəyini əlindən almaq ≅ to take* the bread out of smb.’s mouth II. s.: ~ dükanı baker’s (shop); ~ talonu bread-ticket; ~ ölkəsi grain-raising country, grain producing country; ~ zavodu mechanical bakery, bread-baking plant

    Azərbaycanca-ingiliscə lüğət / çörək

çörək sözünün fransız dilinə tərcüməsi

  • 1 I is. pain m, qara ~ pain noir ; ağ ~ pain blanc ; bayat ~ pain rassis ; təzə ~ pain frais ; gündəlik ~ pain quotidien ; 2) sif. de pain, panane adj ; ~ dükanı boulangerie f ; ~ zavodu usine f de panification II qazanan)

    Azərbaycanca-fransızca lüğət / çörək

çörək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. фу; buğda çörəyi къуьлуьн фу; çörək bişirmək фу чурун; // фан; çörək ovuntusu фан гъвелер; 2. пер. тӀуьн, къафун, хуьрек; günorta çörəyi нисинин фу; çörək yemək фу тӀуьн; 3. пер. рах. кил. çörəkpulu; ** çörək kəsmək пер. а) фу атӀун, дуствал авун, юлдашвал авун, дуст хьун; б) фу тӀуьн, тӀуьн тӀуьн; çörəyi dizinin üstündə фу метӀел алайди (авур хъсанвал квадардай касдин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / çörək

çörək sözünün türk dilinə tərcüməsi

"çörək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çörək nədir? #çörək sözünün mənası #çörək nə deməkdir? #çörək sözünün izahı #çörək sözünün yazılışı #çörək necə yazılır? #çörək sözünün düzgün yazılışı #çörək leksik mənası #çörək sözünün sinonimi #çörək sözünün yaxın mənalı sözlər #çörək sözünün əks mənası #çörək sözünün etimologiyası #çörək sözünün orfoqrafiyası #çörək rusca #çörək inglisça #çörək fransızca #çörək sözünün istifadəsi #sözlük