çörəyi sözü azərbaycan dilində

çörəyi

Yazılış

  • çörəyi • 92.2249%
  • Çörəyi • 7.5359%
  • ÇÖRƏYİ • 0.2392%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ay çörəyi
Ay çörəyi yoxsa Ayçörəyi , Türkiyə mətbəxinə aid olaraq, ümumiyyətlə darçın , qoz , fındıq , kakao və kişmiş yerləşdirilərək, aypara şəklində hazırlanan çörək növü. Aypara şəklində olmayan, eyni materiallardan istifadə edərək düzəldilmiş düzbucaqlı pastiç ( İzmir çörəyi kimi də tanınır), çox zamanlar ayçörəyi adı ilə də satılır. == Ərzaqlar: == 3 stəkan un 100 qr. marqarin 1 qəhvə fincanı süd 1 ədəd yumurta ağı bir miqdar yaş maya 1 stəkan döyülmüş fındıq 1/ 2 stəkan şəkər tozu 1 dilim bayat çörək içi 1 yemək qaşığı quru üzüm 1 çay qaşığı da == HAZIRLANMASI == 3 su stəkanı un , 100 qr marqarin , 1 qəhvə fincanı süd və 1 ədəd yumurta ağını bir kasada çalın. Bir çimdik yaş mayanı ilıq suda əridib digər qarışıqların içinə əlavə edin. Yoğuraraq xəmir edin. Üzərini nəmli bir dəsmalla örtün. 1 saat köpməsi üçün saxlayın. Ayrı bir qabda 1 su stəkanı döyülmüş fındıq, yarım su stəkanı toz şəkər , 1 dilim bayat çörək içi , 1 xörək qaşığı quru üzüm , 1 çay qaşığı darçın qoyun . Xəmirdən limon böyüklüyündə parçalar qoparın.
Baget çörəyi
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Cad çörəyi
Cad çörəyi — darı unundan bişirilən çörək.Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar. Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kövrək çörəyi
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kəsmə çörəyi
Kəsmə çörəyi (az.-əbcəd کَسمه چؤرگی،کَسمه‎) - Qəzvin bölgəsində daha çox hazırlanan şiriniyyat növü ki quruluşuna görə incə, uzunsov və quru olaraq, üstü isə küncüt ilə bəzədilir. == Etimologiyası == Kəsmə sözü Azərbaycan türkcəsi və başqa türk dillərindəki kəsmək məsdərindən alınıb ki buda bu çörəyin hazırlanması ilə əlaqəlidir. == Lazım olan ərzaqlar == 1 kq un 200 q şəkər tozu 1 stəkan bitki yağı və ya kərə yağı 2 ədəd yumurta sarısı 2 yemək qaşığı bərk qatıq 1 yemək qaşığı vanil 1 çay qaşığı soda 1 yemək qaşığı çörəkçi mayasıÜzü üçün 1 ədəd yumurta Lazım olan miqdarda küncüt == Hazırlanma qaydası == Şəkər və suyu odun üstünə qoyub, 1 dəqiqə qaynadandan sonra oddan götürüb və tamamilə soyudun, qatığı soda ilə qarışdırıb və kənara qoyun.Xəmiri 1/4 ilıq su və 1 yemək qaşığı şəkərlə qarışdırıb və işləyənə kimin isti bir yerə qoyub (10 dəqiqə), sonra bir qabda yumurtanı parçalayıb və üzərinə yağ əlavə edin. Üzərinə hil və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın, sonra soyudulmuş qatıq və ərinmiş şəkər əlavə edərək, sonra çörəkçi mayasını əlavə edin.Bütün maddələr qarışdırıldıqdan sonra unu süzüb və az-az üzərinə tökün. Xəmir əllərə yapışmırsa, təxminən 2 ilə 3 saat arasında üstünü örtüb, sonra xırda topları xəmirin içərisindən götürün, vərdənə ilə açıb, üzərinə bir yumurta sürtəndən sonra küncüt səpib və sobanın üst qatına 5 - 10 dəqiqə 170 dərəcə üstünə qoyun.Çörəyin rəngi qonur olandan sonra sobadan götürün.
Noxud çörəyi
Noxud çörəyi (az.-əbcəd نوخود چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramlarında hazırlanır. == Lazım olan ərzaqlar == 100 q şəkər tozu 200 q noxud unu 100 q qatı yağ 1 çay qaşığı hil tozu 0,25 çay qaşığı püstə tozu yoxsa püstə dilimləri üstünü bəzəmək üçün == Hazırlanma qaydası == İşə başlamazdan öncə şəkər tozu və noxud ununu ələndiyinizdən əmin olun. Şəkər tozu və qatı yağı böyük bir qaba töküb və elektrikli qarışdırıcı ilə qarışdırın. Mikserlə qarışdırmağa təxminən 4-5 dəqiqə davam edin. Hil tozunu noxud unu ilə qarışdırın. Sonra ələnmiş noxud ununu bir neçə addımda şəkər tozu və qatı yağ qarışığına əlavə edin. Sonra maddələri bir qaşıq və ya bir çəngəl ilə qarışdırıb və hamar olduqdan sonra əl ilə yoğurmağa başlayın. Bu şirniyyatın xəmirləri əvvəlcə yapışqandır və birləşdirici bir quruluşa sahib deyil, ancaq xəmiri yoğurduqca daha az yapışqan olaraq, yumşaq olur. Xəmir tamamilə qabın ortasına yığıldıqda və birləşdirici və yumşaq bir toxuma tapdıqda xəmir hazırdır. Kiçik bir xəmir götürün və şəklini düzəldin, xəmiri yoğurmağa davam etməlisinizsə.
Qənd çörəyi
Qənd çörəyi (az.-əbcəd قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q ağ un 250 q şəkər tozu 250 q qatı yağ 1 mürəbbə qaşığı qabartma tozu 1 mürəbbə qaşığı hil tozu == Hazırlanma qaydası == Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın. === Nöktələr === Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır. Xəmirin yarısını kakao ilə rəngləndirib və çörəyi iki rəngdə hazırlaya bilərsiniz.
Sac çörəyi
Sac çörəyi və ya tava çörəyi Azərbaycanın Yaxın Şərq və Cənubi Asiya mətbəxlərində sac və ya tava adlanan qabarıq metal qabda bişmiş mayasız yastı çörəkdir.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Vəqfikəbir çörəyi
Vəqfikəbir daş soba çörəyi Trabzon eli Vəqfikəbir mahalında çıxarılan çörəkdir. Türkiyənin bir çox elində edilməkdədir. Ümumiyyətlə ad Trabzon çörəyi olaraq bilinər. Trabzon da yayla mədəniyyəti gərəyi heyvandarlıqla məşğul olan və yazda yaylaya çıxan ailələr 2-3 gün davam edən yayla səfəri etməkdə idilər. Bunun təbii nəticəsi olaraq 2-3 gün boyunca pozulmayan çörəyə duyulan ehtiyac daş soba çörəyinin icadına gətirib çıxarmışdır. Keçmişi əsrlər əvvəlidir. == Çörəyin Xüsusiyyətləri == Vəqfi kəbir Çörəyi, dadımlıq deyil doyumluqdur. Çörəklərin böyük edilməsi nəticəsi bişirmə müddəti uzandığından xarici qabıq qalın, çörəyin iç qisimi yumşaq, bişmiş və arzu edilən böyüklüklərdə məsamələrə sahib olar. Çörəyin pozulma müddəti uzun olar. Uyğun saxlama şərtlərində 5-15 gün qədər pozulmadan saxlana bilər.
Yoxa çörəyi
Yoxa çörəyi (az.-əbcəd یوخا چؤرَگی‎) — Azərbaycan türklərinin ənənəvi çörəklərindən biri ki Azərbaycan Respublikası və Güney Azərbaycanın bir çox yerlərində o cümlədən Qəzvin, Təbriz və Qaradağ bölgələrində hazırlanır. == Lazım olan ərzaqlar == 5 stəkan ağ un 3 stəkan şəkər 3 yemək qaşığı qatı yağ Lazım olan miqdarda su == Hazırlanma qaydası == Un, şəkər və yağı xəmir və su ilə qarışdırıb, xəmiri otaq temperaturunda 10 saat dincəlməyə qoyun. Sonra xəmiri xüsusi çubuqlarla açıb və hamarlaşdırmaqdan sonra, sac üzərində bişirin.
Çarx çörəyi
Çarx çörəyi (az.-əbcəd چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab == Hazırlanma qaydası == İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Çay çörəyi
Çay çörəyi (Qəzvin)
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.
Gediz kənd çörəyi
Gediz kənd çörəyi- Uzun müddət söykən/dözə bilən, hətta sərtləşdiyi üçün kənarları tapdalana bilmədiyindən bıçaq ilə qabıqları soyularaq içi istehlak edilən, qabıqları bir neçə ay yığılaraq isladılıb, sobalanaraq "soba qurusu" edilən bu ləzzətli çörəkdə, digər yerli çörəklər kimi yalnız ustalarının könüllərində qeyd altındadır. Kütahya və Uşak ətrafında seçilərək yerli hala gəlmişdir. Ləzzəti və dayanıqlılığı səbəbiylə seçilməsi, məhdud ədəddə istehsalla qarşılana bilməyincə sənaye tipi istehsala keçilmişdir. Bu an az sayda gerçək turş maya istehsal edilməkdə, daha çox turş maya yanında yaş maya qatılaraq edilən çörəklər dəzgahlarda özünə yer tapmaqdadır. Gediz Kənd Çörəyi, Gediz mahalı ətrafında əldə edilən sərt və zülal nisbəti yüksək buğdadan, çörəklik un və tam buğda unu qarışdırılaraq edilməkdədir. Maya olaraq bir əvvəl edilən çörəyin ayrılmış xəmirindən istifadə edilməkdədir. Bir gecə əvvəldən yenə havanın vəziyyətinə uyğun olaraq yazın soyuq, qışın ilıq su və un ilə çoxaldılaraq turşudulan maya, sabahısı gün çörək istehsalında istifadə edilməkdədir. Təəssüf ki, bu yerli çörəyin də standart bir tərif inkişaf etdirilmədiyi üçün ustasının könülünə və elminə görə tamamilə özünə xas bir istehsal söz mövzusudur. Çörəyin bişirilməsi əsnasında yaxşı qabarması məqsədiylə sobanın ağızında ayrıca "Yalaz" adı verilən bir atəş yandırıldığını, xəmirlər isti sobaya atılar atılmaz yandırılan 50-60 sm. diametrindəki bu atəşin həm çörəkləri yaxşıca qabartdığını və həm də digər çörəklərdə görülməyən tünd karamel qabıq toxumasını meydana gətirdiyini ifadə etdilər.
Gəncə Çörəyi (1972)
== Məzmun == Film Gəncə çörək-bulka kombinatında işləyən fəhlələr haqqındadır.
Qula ev çörəyi
Qula ev çörəyi — uzun zamandır Manisa-Qula ətrafında bəyənilərək seçilən çörək Qula Çörəyi mövzusunda edilən araşdırmalar nəticəsində çörəyin ticariləşməsi səbəbiylə sənaye tipi istehsala sürüşdüyü, çox istehsal səbəbiylə turş mayadan çox yaş maya ilə çıxarıldığı görülmüşdür. Qulada Qula çörəyini turş maya istifadə edərək məhdud ədəddə öz daş sobasında çıxaran bir neçə usta qaldığını kədərlənərək müşahidə etdik. Qula ev çörəyində istifadə edilən maya, bir əvvəlki çörək istehsalından ayrılmış xəmir. Bu xəmir bir gün əvvəldən isladılaraq (ümumiyyətlə qurumuş halda tapılar) ediləcək çörək sayına uyğun olaraq un ilə çoxaldılar və kobudca yoğurularaq gecə boyunca gözlədilər. Yazın sərin, qışın ilıq su istifadə edilərək mayalanma müddəti nəzarət edilər, sürətli mayalanmanın qabağına keçilər. Sabahısı gün Tam buğda unu, duz, su və bir gün əvvəldən hazırlanan turş maya ilə xəmir yoğurularaq konsistensiya götürməsi gözlənilər. Yumşaqca olan konsistensiyaya gəlincə barmaqları yoğurmağı kəsilər. Xəmir maye olsa yayılar qatı olsa qabarmaz. Daha sonra kəsilərək şəkilləndirilər və son qabarma üçün yenə hava vəziyyətinə uyğun olaraq gözlənilər, odun parçaları ilə isidilərək hirsləndirilmiş daş sobada bişirilər.
Çay çörəyi (Qəzvin)
Çay çörəyi (Qəzvin) (az.-əbcəd قزوین چای چؤرگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == Dörd nəfərliyə: 3 ədəd yumurta 1 stəkan kərə yağı 1 xörək qaşığı qatıq 1 stəkan şəkər tozu 1 çay qaşığı hil tozu Yarım çay qaşığı qabartma tozu Lazım olan miqdarda duz == Hazırlanma qaydası == Kərə yağını şəkər tozu ilə qarışdırıb, elektrikli qarışdırıcı ilə yumşaq olana kimin qarışdırın. Sonra yağ və şəkər tozu qarışığına 2 yumurta sarısı ilə birlikdə 1 yumurta əlavə edin və yaxşı qarışdırın. Bir az sonra qarışığın üzərinə qatıq, qabartma tozu və hil tozunu töküb və qarışdırın. Sonda unu xəmirə az-az əlavə edin və mayenin xəmirə çevrilməsinə qədər qarışdırın. Xəmir hamar və hamar olduqda, düz bir səthə sürün və bir santimetr diametrə qədər bir yayla açın. Sonra xəmiri istədiyiniz qəliblər ilə şəkilləndirin. Bir çörək qabına qəliblənmiş xəmiri və üzərinə bir az yumurta sarısı düzün və odun küncütü üzərinə töküb qızardın , sobada 170 °C-ə 30 dəqiqə və ya xəmir bişənə qədər çiləyin.
Çay çörəyi (Zəncan)
Çay çörəyi (Zəncan) (az.-əbcəd چای چؤرگی (زنگان)، چای چؤرک‎) - Zəncan bölgəsinin yerli və ənənəvi çörəklərindən (şiriniyyatlarından) biri olmaqla daha çox orucluq aylarında hazırlanıb və çay ilə birlikdə süfrəyə verilir. == Lazım olan ərzaqlar == 1 kq un 2 bütün yumurta və 1 yumurta sarısı Yarım stəkan süd 1 stəkan şəkər Yarım çay qaşığı vanil Yarım çay qaşığı hil tozu 1 mürəbbə qaşığı qabartma tozu Yarım stəkan maye yağ 1 çay qaşığı xama 2 xörək qaşığı qızılgül 1 mürəbbə qaşığı Dəmlənmiş zəfəran Lazım olan miqdarda küncüt == Hazırlanma qaydası == İlk olaraq bir qaba iki qırılmış yumurta, şəkər, hil və vanil töküb və tamamilə qaraldıqca elektrikli qarışdırıcı ilə yaxşı qarışdırın. Sonra maye yağı, süd və gül suyu əlavə edin. Süzülmüş unu xama və qabartma tozu ilə qarışdırın və tərkibinin üstünə az-az töküb yavaşca qarışdırın. Tərkibləri qarışdırdıqdan sonra yumşaq xəmir əldə etmək üçün xəmiri əllə yoğurmağa başlayın. İndi xəmiri bir qaba qoyun və neylon və ya selofanla örtün və xəmir hazırlamaq və həcmini artırmaq üçün, xəmiri bir saat otaq temperaturunda qərar verin. Sonra xəmiri balaca bir naringi ölçüsündə kəsin, əlinizə gəzdirin və təxminən on santimetrlik bir ip düzəldin. Sonra xəmiri yayıb düz edin. Qalınlığının yarım ilə bir santimetr arasında olmasına diqqət yetirin. İndi hazırlanmış xəmirləri yağlanmış çörək qabından və ya yağlı kağızdan bir məsafədə qoyun.
Gəncə çörəyi (film, 1972)
== Məzmun == Film Gəncə çörək-bulka kombinatında işləyən fəhlələr haqqındadır.
Ölü çörəyi
Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır. == Məzmun == İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox. Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir.
Çörəyin Fəthi
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır. Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur. Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.66 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 ••••• 2.36
2004 0.34
2005 •• 0.67
2006 •••• 2.03
2007 0.42
2008 0.24
2009 •••• 1.92
2010 ••••••••••• 5.26
2011 •••••• 2.83
2012 ••••••• 3.36
2013 ••••••••••• 5.25
2014 •••••••••••••• 6.86
2015 ••• 1.36
2016 •• 0.69
2017 •••• 1.95
2018 •••• 1.95
2019 •• 0.70
2020 ••••• 2.25

"çörəyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çörəyi nədir? #çörəyi sözünün mənası #çörəyi nə deməkdir? #çörəyi sözünün izahı #çörəyi sözünün yazılışı #çörəyi necə yazılır? #çörəyi sözünün düzgün yazılışı #çörəyi leksik mənası #çörəyi sözünün sinonimi #çörəyi sözünün yaxın mənalı sözlər #çörəyi sözünün əks mənası #çörəyi sözünün etimologiyası #çörəyi sözünün orfoqrafiyası #çörəyi rusca #çörəyi inglisça #çörəyi fransızca #çörəyi sözünün istifadəsi #sözlük