çıxması sözü azərbaycan dilində

çıxması

Yazılış

  • çıxması • 99.9707%
  • Çıxması • 0.0293%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: == Təsviri == Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
İşlənmiş qazın çıxması sistemi
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.
Gün çıxması əməliyyatı (Vyetnam müharibəsi)
Gün çıxması əməliyyatı (ing. Operation Sunrise) — Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamın Vyetkonqa (VC) qarşı uzunmənzilli əks-hücumunun ilk mərhələsi. 1962-ci ilin martında Birləşmiş Ştatlarla birlikdə başladılan əməliyyatın məqsədi müasir ABŞ hökumət sənədlərinə görə "Vyetkonqu Sayqondan 40 mil şimal-qərbdəki ərazidən təmizləmək" idi. Sayqondan 35 mil (56 km) uzaqlıqda yerləşən Binzıonq vilayətinin Benkat rayonundan Teynin və Fıoktuy vilayətlərini əhatə etmişdir. "Strateji hamletlər" anlayışı "Gün çıxması" əməliyyatının bir hissəsi kimi formalaşdırılmışdı və əməliyyat bunun əsasında yaranmış Strateji Hamlet Proqramı üçün "sınaq sahəsi" rolunu oynayırdı. Əməliyyat daha geniş Ürəklər və ağıllar kampaniyasının bir hissəsi olaraq istənilən effekti verə bilməmişdir. Ərazidə Vyetkonq elementlərinin sayının azaldılmasında uğur qazanılmasına baxmayaraq, yerli vətəndaşlar öz evlərindən çıxarılmasının əleyhinə idilər. 70 ailənin könüllü olaraq köçürülməsi və daha 140 ailənin hədə-qorxu ilə köçürülməsi nəticəsində yerli əhalinin müharibə səylərinə dəstəyi şübhə altına düşmüşdü. ABŞ Beynəlxalq İnkişaf Agentliyi köçürülən ailələrə 300 min dollar təzminat ayırmışdı. ABŞ əsgərlərinin hamletlərə baxışları bəzən rəğbətlə qarşılanırdı, general Tomas Bovenin saxladığı əsgər mahnılarından ibarət mahnılar toplusunda hamletlərdə saxlanılan kəndlilər ilə empatiya hissi nümayiş olunurdu.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. == Tarixçə == Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.

"çıxması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıxması nədir? #çıxması sözünün mənası #çıxması nə deməkdir? #çıxması sözünün izahı #çıxması sözünün yazılışı #çıxması necə yazılır? #çıxması sözünün düzgün yazılışı #çıxması leksik mənası #çıxması sözünün sinonimi #çıxması sözünün yaxın mənalı sözlər #çıxması sözünün əks mənası #çıxması sözünün etimologiyası #çıxması sözünün orfoqrafiyası #çıxması rusca #çıxması inglisça #çıxması fransızca #çıxması sözünün istifadəsi #sözlük