Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi.
== Məzmun ==
Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.