* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Arıq, sısqa, bədəncə zəif. [Avtobusdan] son enən ortayaşlı … bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Çəmənzəminli. Uzun qollar Xəlilin çəlimsiz bədənini məngənə təkin sıxdı. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çəlimsiz1 Çəlim – “qiyafə” (zahiri görkəm) deməkdir. Çəlimsiz “gözəl görünməyən”dir, “Zəif” mənasında da işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çəlimsiz1 ÇƏLİMSİZ – KÖK Bakıdan gələn, çəlimsiz müstəntiqin biri bizi bəzi adamların yanında gözükölgəli etsin (T.Kazımov); Kök adam özünü bir az qabağa verdi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / çəlimsiz2 прил. физически слабый, худой, хилый, немощный. Çəlimsiz uşaq слабый (хилый) ребёнок
Azərbaycanca-rusca lüğət / çəlimsiz(Şəki) pis, xoşagəlməyən. – Yaman çəlimsiz üşaxları var
Azərbaycan dilinin dialektoloji lüğəti.