Çəmbərəkənd sözü azərbaycan dilində

Çəmbərəkənd

Yazılış

  • Çəmbərəkənd • 96.0000%
  • ÇƏMBƏRƏKƏND • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çəmbərəkənd
Çəmbərəkənd (əvvəlki adı: Çəmbərxaç) — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Çəmbərxaç kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi bəysülülər nəslinə mənsub ailələrin Çəmbərəxaç adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, burada üstündə xaç şəkli olan çəmbərə (yumru) formalı dağ var imiş. Oykonim "üzərində xaç olan yumru dağ" mənasındadır. Qəbələ rayonu ərazisində Çəmbərov (dairəvi su) bulağı adlı su obyekti qeydə alınmışdır. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çəmbərəkənd məhəlləsi
Çəmbərəkənd məhəlləsi — Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsi. Bakı məhəllərindən biri. Dağlı məhəlləsi ilə həmsərhəd olub. Çəmbərəkənd məhəlləsində 2 məhəllə məscidi mövcud olub Adı dəyişdirilərək Lermontov qoyulmuşdur. == Adı == Çəmbərə (dairə, əyri, qovs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qovsvari kənd" mənasındadır. Kənd həqiqətən də ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşmişdir.
Çəmbərəkənd parkı
Çəmbərəkənd parkı – Azərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir. Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir. Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.
Çəmbərəkənd qəbiristanlığı
Çəmbərəkənd qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1939-cu ilə qədər mövcud olan qəbiristanlıq. Qəbirstanlıqda 1883-cü il iyuluna kimi şəhər sakinlərini dəfn edilirdi. Qəbiristanlıq Bakı qəsrinin cənub-qərb hissəsində, Bakının ətrafı olan Çəmbərəkənd kəndinin şərqindəki, Bakının şimal-şərq yamacında, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq üç hissədən ibarətdir: şimalda köhnə müsəlman, mərkəzidə köhnə Erməni Həvari və cənubda köhnə pravoslav qəbiristanlıqlar. Çəmbərəkənd qəbiristanlığından Aşağı Çəmbərəkənd küçəsi ayırırdı. == Tarixi == === Erkən tarixi === 1820-ci illərdə qəbiristanlıq şəhərin kənarında, qala divarlarının arxasında yerləşirdi. Lakin vaxt keçdikcə, şəhər böyüyməyə başladı və divardan kənara çıxdıqdan sonra, Çəmbərəkənd qəbiristanlığı şəhərin yaşayış binaları arasında qaldı. Memar Lev İlyinin sözlərinə görə, qədim zamanlardan bu qədim qəbiristanlıq qədim şəhər qalasının qərbindəki Çəmbərəkənd yaxınlığındakı təpələrə yerləşirdi. Onlar teraslarla dağlıq platoya yüksəlib və qatlarda yerləşirdi. Daha sonrakı qəbiristanlıqlar — erməni və rus qəbiristanlıqları — şəhər üzərində məkanları tutmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.73
2011 •••••••••• 0.34
2012 ••• 0.09
2013 ••••••••••••• 0.44
2019 •••••••• 0.28
2020 •••• 0.13

"çəmbərəkənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çəmbərəkənd nədir? #çəmbərəkənd sözünün mənası #çəmbərəkənd nə deməkdir? #çəmbərəkənd sözünün izahı #çəmbərəkənd sözünün yazılışı #çəmbərəkənd necə yazılır? #çəmbərəkənd sözünün düzgün yazılışı #çəmbərəkənd leksik mənası #çəmbərəkənd sözünün sinonimi #çəmbərəkənd sözünün yaxın mənalı sözlər #çəmbərəkənd sözünün əks mənası #çəmbərəkənd sözünün etimologiyası #çəmbərəkənd sözünün orfoqrafiyası #çəmbərəkənd rusca #çəmbərəkənd inglisça #çəmbərəkənd fransızca #çəmbərəkənd sözünün istifadəsi #sözlük