Çəmənzəminli sözü azərbaycan dilində

Çəmənzəminli

Yazılış

  • Çəmənzəminli • 99.9199%
  • ÇƏMƏNZƏMİNLİ • 0.0801%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli (12 sentyabr 1887, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 3 yanvar 1943) — Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri. Araşdırmalar Çəmənzəminlinin ilk dəfə 1937-ci ildə Avstriyada Qurban Səid təxəllüsü altında çap edilmiş "Əli və Nino" adlı sevgi romanının əsl müəllifi olduğuna iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməhəmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir.
Yusif Vəzir Çəmənzəminlinin evi
Yusif Vəzir Çəmənzəminlinin evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası. Yaşayış binasında аzərbaycanlı dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasında ilk səfiri Yusif Vəzir Çəmənzəminli yaşamışdır. == Tarixi == Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası Azərbaycan yazıçısı, tarixçi, dramaturq, folklorşünas və siyasi xaim Yusif Vəzir Çəmənzəminlinin evi kimi tanınır. Şuşa şəhərinin Hamamqabağı məhəlləsində yerləşir. Memarlıq abidəsi XVIII əsrə aiddir. Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsindən sonra abidəni məhv etmişlər. Hal-hazırda binanın xarabalıqları qalmaqdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.03 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2004 •• 1.01
2005 ••• 1.35
2006 0.45
2008 ••• 1.22
2009 ••• 1.12
2010 •••• 1.91
2011 ••• 1.20
2012 ••• 1.38
2013 •• 1.02
2014 •• 0.69
2015 0.51
2016 ••• 1.39
2017 0.49
2018 •• 0.60
2019 ••• 1.25
2020 •• 0.66

Oxşar sözlər

#çəmənzəminli nədir? #çəmənzəminli sözünün mənası #çəmənzəminli nə deməkdir? #çəmənzəminli sözünün izahı #çəmənzəminli sözünün yazılışı #çəmənzəminli necə yazılır? #çəmənzəminli sözünün düzgün yazılışı #çəmənzəminli leksik mənası #çəmənzəminli sözünün sinonimi #çəmənzəminli sözünün yaxın mənalı sözlər #çəmənzəminli sözünün əks mənası #çəmənzəminli sözünün etimologiyası #çəmənzəminli sözünün orfoqrafiyası #çəmənzəminli rusca #çəmənzəminli inglisça #çəmənzəminli fransızca #çəmənzəminli sözünün istifadəsi #sözlük