çəpər sözü azərbaycan dilində

çəpər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çəpər • 90.1869%
  • Çəpər • 9.3458%
  • ÇƏPƏR • 0.4673%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çəpər (Zəncan)
Çəpər — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ətraf bölgəsinin Çaypara kəndistanında, Zəncan şəhərindən 30 km şimal-qərbdədir.
Daşsarmaşığına bənzər çəpərsarmaşığı
Daşsarmaşığına bənzər çəpərsarmaşığı (lat. Calystegia hederacea) — çəpərsarmaşığı cinsinə aid bitki növü.
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. == Patoanatomiyası == Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur. Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur. Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur.Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır. == Patofiziologiyası == Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəziyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur. Soldan sağa atılma (şunt) cüzvi olur və ağciyər hipertenziyası inkişaf etmir.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. == Patoanatomiyası == Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Soldanell çəpərsarmaşığı
Soldanell çəpərsarmaşığı (lat. Calystegia soldanella) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Çəpərabad (Üşnəviyyə)
Çəpərabad (fars. چپراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (49 ailə).
Çəpərləmə
Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. == İngiltərədə == İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi. İngiltərədə zadəganlar iki qrupa bölünürdü.
Çəpərobası yaşayış yeri
Çəpərobası yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndininin yaxınlığında, meşənin içərisində yaşayış yeri. == Haqqında == Yaşayış yeri vaxtilə meşənin içərisindən keçən qədim torpaq yolun kənarında, olduqca əlverişli bir mövqedədir. Hər tərəfdən dağlarla əhatələndiyindən yaşayış üçün əlverişlidir. Yaşayış yerindəki tikintilər dağıntıya uğrasa da, o, öz arxaik quruluşunu qoruyub saxlamışdır. Yaşayış yerinə aid binalar oval formalı mərkəzi meydanın ətrafında yerləşmişdir. Binaların bəzisi bir, bəzisi isə iki otaqlıdır. Burada irihəcmli ictimai binalar da vardır. Mərkəzi meydana girən ensiz giriş şübhəsiz ki, vaxtilə qapı üə qapadümışdır. Tədqiqat zamanı yaşayış yerindən Son Antik və Erkən Orta əsrlərə aid çəhrayı rəngli keramika parçaları əldə edilmişdir. Arxeoloji materiallara əsaslanaraq yaşayış yerini 1-8 əsrlərə aid etmək olar.
Çəpərqaya (Kəleybər)
Çəpərqaya (fars. چپرقيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayı yoxdur.
Çəpərsarmaşığı
Çəpərsarmaşığı (lat. Calystegia) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.
Şotlandiya çəpərləmələr
Çəpərləmə İngiltərədən xeyli sonra Şotlandiyada başladı və xüsusilə dramatik idi. 1760-cı illərdən bəri bir əsr boyunca qəbilə rəisləri müştərilərini və icarəçilərini (mahiyyətcə kiçik fermerləri) otlaq vadilərindən sahilə qovdular, burada özləri üçün yeni peşələrə yiyələnmək — dəniz yosunu toplamaq təşviq edildi. Deportasiyanın nəticəsi feodal düzəninin və ənənəvi klan sisteminin məhv edilməsi, həmçinin dağlıq ərazilərin Kanada və Avstraliyaya kütləvi köçü idi. Bənzər fenomenlər İngiltərədə uzun müddətdir baş versə də, İsveç dağlıqlarında, təsiri gecikmə və tələskənlik, habelə uzunmüddətli torpaq icarəçilərinin hüquqlarını tənzimləyən Şotlandiya qanunlarının olmaması səbəbindən, icarə hüququ ilə yanaşı, tez-tez bütün əmlaklarını itirdi. == Səbəbləri və metodları == Şotlandiya orta əsrlərdən bəri himayə quruluşuna və klan üzvləri arasındakı qohumluq uydurmasına əsaslanan klan sistemi miras aldı. Digər ənənəvi cəmiyyətlərdə olduğu kimi, patron-müştəri münasibətləri torpaq sahibinin kəndlilərə himayədarlıq etdiyini və müharibə dövründə ona sədaqətlə xidmət etdiklərini düşünürdü. XVIII əsrin birinci yarısındakı Yakobit qarışıqlığının yatırılması hökumətin Şotlandiyanı silahsızlaşdırmasını tələb etdi və bununla birlikdə havadarların və müştərilərin hərbi əlaqələri mənasını itirdi. Beləliklə, klan sisteminin dağılması üçün şərait yaradıldı. == İstinadlar == == Ədəbiyyat == Devine, Tom. Clanship to Crofters' War: The social transformation of the Scottish Highlands.
Şotlandiya çəpərləmələri
Çəpərləmə İngiltərədən xeyli sonra Şotlandiyada başladı və xüsusilə dramatik idi. 1760-cı illərdən bəri bir əsr boyunca qəbilə rəisləri müştərilərini və icarəçilərini (mahiyyətcə kiçik fermerləri) otlaq vadilərindən sahilə qovdular, burada özləri üçün yeni peşələrə yiyələnmək — dəniz yosunu toplamaq təşviq edildi. Deportasiyanın nəticəsi feodal düzəninin və ənənəvi klan sisteminin məhv edilməsi, həmçinin dağlıq ərazilərin Kanada və Avstraliyaya kütləvi köçü idi. Bənzər fenomenlər İngiltərədə uzun müddətdir baş versə də, İsveç dağlıqlarında, təsiri gecikmə və tələskənlik, habelə uzunmüddətli torpaq icarəçilərinin hüquqlarını tənzimləyən Şotlandiya qanunlarının olmaması səbəbindən, icarə hüququ ilə yanaşı, tez-tez bütün əmlaklarını itirdi. == Səbəbləri və metodları == Şotlandiya orta əsrlərdən bəri himayə quruluşuna və klan üzvləri arasındakı qohumluq uydurmasına əsaslanan klan sistemi miras aldı. Digər ənənəvi cəmiyyətlərdə olduğu kimi, patron-müştəri münasibətləri torpaq sahibinin kəndlilərə himayədarlıq etdiyini və müharibə dövründə ona sədaqətlə xidmət etdiklərini düşünürdü. XVIII əsrin birinci yarısındakı Yakobit qarışıqlığının yatırılması hökumətin Şotlandiyanı silahsızlaşdırmasını tələb etdi və bununla birlikdə havadarların və müştərilərin hərbi əlaqələri mənasını itirdi. Beləliklə, klan sisteminin dağılması üçün şərait yaradıldı. == İstinadlar == == Ədəbiyyat == Devine, Tom. Clanship to Crofters' War: The social transformation of the Scottish Highlands.
Dinqo çəpəri
İt Hasarı və ya Dinqo Hasarı — Avstraliyada uzunluğu 5614 km olan hasardır. Bəzən "Böyük Avstraliya səddi" də adlandırılır. == Tarixi == 19-cu əsrdə qoyunçuluq Avstraliya iqtisadiyyatının mühüm sahəsinə çevrildi. Qoyun ovlayan dinqolar tələyə düşüb, güllələnib və zəhərlənib. 19-cu əsrin sonlarında, təkcə Yeni Cənubi Uelsdə fermerlər vəhşi itlərlə mübarizə üçün hər il bir neçə ton striknin xərcləyirdilər. Bu tədbirlər kifayət etmədikdə, 1880-ci illərdə mal-qaranı dinqolardan və otlaqları damazlıq dovşanlardan qorumaq üçün cənub Kvinslenddə qoyun otlaq sahələrini əhatə edən nəhəng bir zəncirvari hasarın tikintisinə başlandı. Tikinti əsasən 1885-ci ildə tamamlandı. 1960-cı illərdə [mənbə 3916 gün göstərilməyib] hasarın ayrı-ayrı hissələri bir-birinə bağlanaraq, yalnız magistral yolların kəsişmələrində kəsilən bir maneə meydana gətirdi. Hasar Kvinslendin Tuvumba şəhərindən Böyük Avstraliya Körfəzinə qədər uzanır və Avstraliyanın quraq şimal-qərbini nisbətən məhsuldar cənub-şərqdən ayırır. Hasarın saxlanması Kvinslend, Yeni Cənubi Uels və Cənubi Avstraliya ştatlarına ildə təxminən 15 milyon Avstraliya dollarına başa gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 ••••• 0.34
2007 •••• 0.21
2008 •••• 0.24
2009 ••••••• 0.48
2010 •••••••• 0.54
2011 ••• 0.17
2012 ••• 0.17
2013 ••••••• 0.44
2014 •••••••••••••••••••• 1.37
2015 ••••• 0.34
2016 •••••• 0.35
2017 ••••• 0.33
2018 ••••••• 0.45
2019 ••••••••••• 0.70
2020 •••••• 0.40

çəpər sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir yerin və ya bir şeyin ətrafına taxtadan və ya başqa materiallardan çəkilən divar, barı; hasar. Həyətin ətrafına çəpər çəkmək. – Qapıda, pilləkənlərdə, tikinti üçün çəkilmiş taxta çəpərlər arasında danışıq başlandı. Mir Cəlal. Məftil çəpərləri qıra bilən xalq; Bir il gec, bir il tez – qıracaq yenə. B.Vahabzadə. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. İ.Şıxlı. 2. Bostanda əkini küləkdən qorumaq üçün ləklərin arasında tikan və s.-dən çəkilən sədd. Tikan çəpər.

    Azərbaycan dilinin izahlı lüğəti / çəpər

çəpər sözünün etimologiyası

  • 1 Güman ki, fars mənşəlidir və çəhar pər (və ya çəharpərək) kimi olub. Pərək indi “pərdə” (burun pərdəsi, qoz ləpələrini ayıran pərdə) anlamını əks etdirir. Sinonimi olan hasar isə ərəbcədir, mühasirə kəlməsi ilə eyni kökə malikdir. Bizdə onların yerinə ağıl işlədilib (qoyun salınan yeri yada salın), mənası “dörd tərəfi bağlı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çəpər

çəpər sözünün sinonimləri (yaxın mənalı sözlər)

çəpər sözünün rus dilinə tərcüməsi

  • 1 ограда, изгородь (из колючек)

    Azərbaycanca-rusca lüğət / çəpər
  • 2 I сущ. 1. ограда, забор, изгородь, ограждение. Daş çəpər каменная ограда, məftil çəpər проволочное ограждение, çəpərdən boylanmaq выглядывать из-за забора, çəpərdən tullanmaq перепрыгнуть через забор; çəpər çəkmək: 1) поставить изгородь, ограду 2) перен. положить преграду; çəpərə almaq обнести забором, bağın çəpəri ограда сада 2. загородка, огороженное место. Qoyunları çəpərdə saxlamaq держать овец в загородке 3. перен. преграда, препятствие, помеха. Çəpər olmaq kimə, nəyə стать, быть преградой для кого, чего II прил. оградный, заборный. Çəpər dirəyi заборный столб, çəpər payası заборный кол; çəpər yolu перелаз; çəpər sarmaşığı повой (род многолетних вьющихся или полегающих трав сем. вьюнковых)

    Azərbaycanca-rusca lüğət / çəpər

çəpər sözünün inglis dilinə tərcüməsi

çəpər sözünün fransız dilinə tərcüməsi

çəpər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. чапар, жугъун, жалан, усун; məftil çəpər симин жугъун; taxta çəpər кьуларин чапар; 2. ппару, цал; çəpər çəkmək пару чӀугун, пару элкъуьрун, паруда ттун; 3. сала лакарин арадиз цацарикай ва мс. чӀугунвай жалан, усун; tikan çəpər цацарин усун.

    Azərbaycanca-ləzgicə lüğəti / çəpər

"çəpər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çəpər nədir? #çəpər sözünün mənası #çəpər nə deməkdir? #çəpər sözünün izahı #çəpər sözünün yazılışı #çəpər necə yazılır? #çəpər sözünün düzgün yazılışı #çəpər leksik mənası #çəpər sözünün sinonimi #çəpər sözünün yaxın mənalı sözlər #çəpər sözünün əks mənası #çəpər sözünün etimologiyası #çəpər sözünün orfoqrafiyası #çəpər rusca #çəpər inglisça #çəpər fransızca #çəpər sözünün istifadəsi #sözlük