çətin sözü azərbaycan dilində

çətin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çətin • 95.1733%
  • Çətin • 4.7849%
  • ÇƏTİN • 0.0362%
  • çətİn • 0.0056%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Duran Çətin
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib.30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb. 17 aprel 2007-ci ildə Qalatasaray klubuna transfer olunub.
Abbas Əli Çətin
Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan – 26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim. == Həyatının erkən dövrü == 1914-cü ildə İrəvan şəhərind dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır. Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür. == Fəaliyyəti == Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir.CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir. == Ölümü == 1975-ci ilin 26 avqustunda həyatını itirmişdir.
Çətin Məsələ (1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin hədəf (film, 1993)
Çətin hədəf (ing. Hard Target) — 1993-cü ildə Con Vu tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Çens Budro Nyu Orlendda iş axtararkən atası küçədə öldürülmüş Nataşa ilə rastlaşır. Nataşa ondan atasının qatilini tapmağa kömək etməsini istəyir. Lakin Nataşa bilmir ki, Çensdə qatillərin əsas hədəflərindən biridir... == Rollarda == == Maraqlı faktlar == Filmin final hissəsi gəmilərdə olmalı idi. Lakin Van Damm Con Vunu fikrindən daşındırır. Amma Con Vu bu hissəni başqa film üçün "Simasız" filmi üçün saxlayır. Final final hissəsində Lens Henriksenin paltosu yanmağa başlayır. Bu zaman onu bədəninə fikir verildikdə görülür ki, aktyor kaskadyorlar üçün nəzərdə tutulan xüsusi gel sürtmüşdür.
Çətin məsələ (film, 1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin yol (film, 1975)
Çətin yol (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Filmoqrafiya == === Atama deyərəm === ==== Məzmun ==== Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov ==== Rollarda ==== Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl ==== Xarici keçidlər ==== Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine === Çətin yol === ==== Məzmun ==== ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əlamət === ==== Məzmun ==== Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əziz dost === ==== Məzmun ==== Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor ==== Xarici keçidlər ==== Vimeo-da izlə === Hesab === ==== Məzmun ==== Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Çətin olsa da, həyat davam edir
Çətin olsa da, həyat davam edir — Rövşən Abdullaoğlunun ilk dəfə 2013-cü ildə nəşr edilmiş motivasiya psixologiyası silsiləsindən olan kitabı. == Məzmun == Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. == Nəşr == Kitab 2013-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 272 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ilə qədər əsər 15 dəfə təkrar nəşr edilib.
Çətin olsa da, həyat davam edir (kitab)

Tərcümə çətinlikləri (film, 2003)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Telluride Beynəlxalq Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi).Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi. Bu günə qədər film müstəqil Amerika kinosunun ideal nümunələrindən biri sayılır.
Tərcümə çətinlikləri (film, 2004)

Çətindaq
Çətindaq Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimikası == Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Ləlvər dağının yaxınlığında, Qaraqaya ilə yanaşı, sıldırım yamaclı dağın adıdır. Azərbaycan dilində çətin ("zirvəsinə qalxmaq mümkün olmayan" mənasında) və dağ sözlərindəndir.
Çətindurax
Çətindurax (türk. Çetindurak) — Qars ilinin Ağyaxa ilçəsinin mərkəz bucağında kənd. == Tarixi == Kəndin köhnə adı Başşörəyel.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Tərcümə çətinlikləri (film)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Telluride Beynəlxalq Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi).Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi. Bu günə qədər film müstəqil Amerika kinosunun ideal nümunələrindən biri sayılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 128.37 dəfə / 1 mln.
2002 ••••••••••••••• 236.40
2003 ••••••••••••• 199.99
2004 ••••••••• 141.15
2005 •••••••• 124.84
2006 ••••••• 110.59
2007 •••••• 96.62
2008 •••••• 97.93
2009 ••••••• 111.03
2010 •••••••• 116.55
2011 •••••••• 116.85
2012 ••••••• 106.53
2013 ••••••••• 143.25
2014 ••••••••• 136.77
2015 •••••••• 130.48
2016 ••••••• 100.65
2017 ••••• 82.27
2018 •••••• 90.94
2019 •••••• 92.22
2020 •••••••••••••••••••• 330.46

çətin sözünün leksik mənası və izahı

  • 1 Bir sıra mürəkkəb feli sifətlərin birinci tərkib hissəsi olub, onların ifadə etdiyi şeyin çətin, mürəkkəb olduğunu bildirir; məs.: çətinəriyən (metal), çətinoxunan (kitab), çətinsayılan (mal).

    Azərbaycan dilinin izahlı lüğəti / çətin
  • 2 sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan. – [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev. Osa mənə öyrədib təbiətin dilini; Onun sirli dilini, çətin dilini. B.Vahabzadə. // zərf Çətinliklə başa gələn; ağır (asan ziddi). Çətin nəfəs almaq. Çətin həzm olunan qidalar. // Çox ağır, dözülməz. Çətin vəziyyət. Çətin şərait. – Çocuqlarından ayrılmaq nə qədər çətin, nə qədər ağır idi. S.Hüseyn. ◊ Çətinə düşmək – ağır, çıxılmaz vəziyyətə düşmək, dara düşmək. [Fərhad Mustafaya:] Əgər çətinə düşsən, Əsgəran atlı bölüyündəki yoldaşlara müraciət edərsən. Ə.Məmmədxanlı. [Qarovul:] Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ə.Haqverdiyev. Çətinə salmaq – çətin vəziyyətə salmaq, işini daha da çətinləşdirmək, dara salmaq. Elə bil Nərgiz özü də qocanı bir qədər çətinə saldığını duyaraq ondan soruşdu. Ə.Məmmədxanlı. Mən bədbəxti taleyim yaman saldı çətinə… B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / çətin

çətin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ağır — əziyyətli — məşəqqətli — əzablı — zəhmətli

    Azərbaycan dilinin sinonimlər lüğəti / çətin
  • 2 mürəkkəb — müşkül — ağır — dolaşıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / çətin
  • 3 ÇƏTİN (müxtəlif mənalarda) Yay zamanı İsa bulağından kef üstündən qayıdanlardan qorunmaq çətin işdir (B.Bayramov); AĞIR O bilir ki, qurtuluşun doğru, çətin yolu budur; Ağır illər keçəcəkdir; Fırtınalar sovuşacaq (R.Rza); QƏLİZ (çox çətin) [Dilarə:] Əmin təmənnasız filan operasiya edir, özü də ən qəliz, on mürəkkəb əməliyyatları şəxsən özü edir (Anar); MƏŞƏQQƏTLİ Uşaqlarla bir yerdə böyümüş, əzab-əziyyətli, məşəqqətli bir yol keçmişdir (Ə.Qasımov); MÜRƏKKƏB Sənə bu həyatdır ən böyük məktəb; O həm sadədir, həm də mürəkkəb (A.Şaiq); MÜŞKÜL (çox çətin) Vəzir: Bəhlulu yox etmək müşkül işdir (A.Şaiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti / çətin

çətin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ÇƏTİN – RAHAT Ulduzlar sayrışanda; Qəlb qəlbə qarışanda; Çətin olur ayrılmaq; Göz-gözə alışanda (Bayatı); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər insafsız olmaz ki, adam! (M.Araz).

    Azərbaycan dilinin antonimlər lüğəti / çətin

çətin sözünün rus dilinə tərcüməsi

  • 1 1. трудный, головоломный, затруднительный, мудреный; 2. тягостный; 3. тернистый; 4. щекотливый;

    Azərbaycanca-rusca lüğət / çətin
  • 2 первая составная часть сложных слов, соответствующая по значению словам трудно …, туго … Çətinkeçilən труднопроходимый, çətinəriyən труднорастворимый; тугоплавкий; çətinbaşadüşən тугодум

    Azərbaycanca-rusca lüğət / çətin
  • 3 I прил. 1. трудный: 1) требующий большого труда, усилий. Çətin məsələ трудная задача, çətin imtahan трудный экзамен 2) с трудом поддающийся воспитанию, доставляющий много забот. Çətin uşaq трудный ребенок, çətin sinif трудный класс 3) совершаемый с трудом. Çətin tənəffüs трудное дыхание 4) выдерживаемый, переносимый с трудом, затруднительный, обременительный. Çətin şərait трудные условия, çətin vəziyyət трудное (затруднительное) положение 5) полный тяжёлого труда, забот, лишений, горя. Çətin həyat трудная жизнь, çətin il трудный год 6) сопряжённый с физическими страданиями, болью; мучительный. Çətin ölüm трудная смерть 2. тяжёлый, тягостный, тяжкий, нелёгкий. Çətin iş тяжёлая работа, çətin əməliyyat тяжёлая операция, çətin yol нелёгкий путь 3. головоломный. Çətin misal головоломный пример II нареч. трудно. Çətin danışmaq трудно говорить, çətin nəfəs almaq трудно дышать III предик. çətindir трудно; туго. Yaşamaq çətindir трудно жить, çətin olacaq будет трудно, туго. Onun üçün çətin olacaq ему будет трудно, demək çətindir сказать трудно, çətinə düşmək: 1. попасть в переплёт; 2. осложняться, осложниться; çətinə salmaq затруднять, затруднить; усложнять, усложнить, озадачивать, озадачить; çətin ki вряд ли

    Azərbaycanca-rusca lüğət / çətin

çətin sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. difficult, hard; complicated; arduous; ~ iş arduous / hard / difficult work; ~ dil difficult language; ~ sual hard / complicated question; ~ tapşırıq difficult / arduous task; ~ vaxt / zaman hard time(s); ~ vəziyyət difficult / painful situation / predicament, ticklish situation d.d.; ~ vəziyyətə düşmək to get* into difficulties / trouble; ~ vəziyyətdə olmaq to be* in great difficulties, ~ vəziyyətdən çıxmaq to get* out of a difficulty; ~ (tərbiyə edilən) uşaq difficult child; ~ vəziyyətə salmaq to bring* to bay II. z. hard, with difficulty; ~ yaşamaq to live hard, to have* a hard time

    Azərbaycanca-ingiliscə lüğət / çətin

çətin sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. difficile, ardu, -e, compliqué, -e, pénible ; ~ iş travail m difficile ;~ uşaq enfant m difficile ; 2) zərf. avec difficulté ; difficilement ; péniblement ; ~ yaşamaq vivre péniblement

    Azərbaycanca-fransızca lüğət / çətin

çətin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. четин; çətin iş четин кӀвалах; // гзаф залан, эхиз тежер; çətin vəziyyət четин везият; 2. нареч. четин, залан; четинз (мес. нефес къачун); ** çətinə düşmək четинвиле гьатун, кӀеве акӀун (гьатун), дарда гьатун (акӀун); çətinə salmaq четинвиле кутун, кӀеве ттун (акӀурун), кӀвалах (везият) амадайни четинарун, дарда ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / çətin

çətin sözünün türk dilinə tərcüməsi

"çətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çətin nədir? #çətin sözünün mənası #çətin nə deməkdir? #çətin sözünün izahı #çətin sözünün yazılışı #çətin necə yazılır? #çətin sözünün düzgün yazılışı #çətin leksik mənası #çətin sözünün sinonimi #çətin sözünün yaxın mənalı sözlər #çətin sözünün əks mənası #çətin sözünün etimologiyası #çətin sözünün orfoqrafiyası #çətin rusca #çətin inglisça #çətin fransızca #çətin sözünün istifadəsi #sözlük