Avropada öldürülən jurnalistlərin siyahısı
Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur.
Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb.
== Abxaziya ==
Aleksandr Tatl — "The Wall Street Journal"ın müxbiri. 22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur.
Andrey Soloviyev — ITAR–TASS-ın fotojurnalisti. 27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür.
Georgi Çanya — "Resonants"ın müxbiri. 26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Qali yaxınlığında Gürcüstan partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür.
== Azərbaycan ==
Salatın Əsgərova — "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri. 6 yanvar 1991-ci ildə Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.