ölümün sözü azərbaycan dilində

ölümün

Yazılış

  • ölümün • 77.4288%
  • Ölümün • 22.4251%
  • ÖLÜMÜN • 0.1461%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi. Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.
Puşkinin ölümünə Şərq poeması
"Puşkinin ölümünə Şərq poeması" (fars. مرثیهٔ شرق در وفات پوشکین‎, translit. Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema, qəsidə. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb. Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir. Poema müəllifin dərc edilmiş ilk işi idi və onun ilk mühüm əsəri sayılır. Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq və Maarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzə Əli və s.
Uşaq ölümünlə mübarizə cəmiyyəti
Uşaq ölumünlə mübarizə cəmiyyəti — XIX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş uşaq xeyriyyə cəmiyyəti. XIX əsrdə əhaliyə tibbi xidmət hələ tələbata cavab verə bilməsə də şəhər özünüidarə orqanları, ayrı-ayrı sahibkarlar Bakıda tibb müəssisələri açdırır, onlara maliyyə vəsaiti ayırırdılar. Məşhur neft sənayeçisi Musa Nağıyevin vəsaiti hesabına 1914–1918-ci illərdə tikilən xəstəxana bu gün də onun adını daşıyır. Bakıdakı Mixaylov xəstəxanası, doğum evi, uşaq və göz xəstəxanaları, 1901-ci ildə açılan və əhalinin yoxsul təbəqəsinə xidmət göstərən pulsuz ambulatoriya Bakı şəhər büdcəsi tərəfindən maliyyələşirdi. Tibbi xidməti əks etdirən 147№-li vitrində Mixaylov xəstəxanasının həyətində dayanmış tibbi yardım faytonu təsvir olunmuşdur, burada pulsuz şəhər doğum evinin 1898-ci il hesabatı və azərbaycanlı həkimlərə məxsus şəxsi əşyalar, sənədlər və onların istifadə etdikləri tibbi alətlər nümayiş olunur. Bu dövrdə Azərbaycanın bir qrup həkim və ictimai xadiminin səyi və doktor Yevsey Gindesin başçılığı ilə "Uşaq ölümünə qarşı mübarizə ittifaqı" adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1914-cü ildə bu cəmiyyətin sanatoriyası açılmışdı. Gindes eyni zamanda məktəblərdə sanitar nəzarətinin yaradılması layihəsini də hazırlamışdı. Həmin layihə (№ 1) və "Uşaq ölümünə qarşı mübarizə cəmiyyəti"nin Mərdəkandakı sanatoriyasının fotoşəkli (№ 9), eləcə də Azərbaycanın görkəmli həkimlərinin şəxsi əşyaları və sənədləri, Gindesin mühazirələri çap olunan kitabçalar və s. həmin vitrində nümayiş olunur.
Ölümünə bir saat qalmış (film, 1916)
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Ölümünə bir saat qalmış
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.

"ölümün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ölümün nədir? #ölümün sözünün mənası #ölümün nə deməkdir? #ölümün sözünün izahı #ölümün sözünün yazılışı #ölümün necə yazılır? #ölümün sözünün düzgün yazılışı #ölümün leksik mənası #ölümün sözünün sinonimi #ölümün sözünün yaxın mənalı sözlər #ölümün sözünün əks mənası #ölümün sözünün etimologiyası #ölümün sözünün orfoqrafiyası #ölümün rusca #ölümün inglisça #ölümün fransızca #ölümün sözünün istifadəsi #sözlük