örnək sözü azərbaycan dilində

örnək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • örnək • 99.0677%
  • Örnək • 0.9101%
  • ÖRNƏK • 0.0222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Örnək (nüsxə)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Örnək (informatika)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Örnəkləmə
Örnəkləmə (sampling) –verilənlərin müəyyən mənbədən seçilməsi (arıdılması) prosesi. Statistikada: örnəkləmə, böyük qrupun (çoxluğun) göstərilmiş altçoxluğundan verilənlərin seçilməsi prosesidir. Analoq siqnalların rəqəmli formata çevrilməsində: örnəkləmə, müəyyən parametrin, məsələn, temperatur sensorundan, yaxud mikrofondan siqnalın qiymətlərinin dönəmli ölçülməsi və yazılması. Kompüterlərdə, adətən, gərginliklə ifadə olunan analoq siqnalların kompüterin işləyə bildiyi ikilik formaya çevrilməsində analoq-rəqəm çeviricilərdən istifadə olunur. Belə örnəkləmənin iki başlıca xarakteristikası: örnəkləmə sürəti (adətən, bir saniyədəki örnəkləmələrin sayıyla ifadə olunur) və örnəkləmə dəqiqliyidir (bitlə ifadə olunur; məsələn, 8-bitli örnəkləmələr giriş gərginliyini ölçmə aralığının 1/256 dəqiqliyi ilə ölçə bilər). Örnəkləmə sürəti (sampling rate)– fiziki kəmiyyətin, məsələn, səsin dəyişmə tezliyi. Örnəkləmə sürəti nə qədər böyük olarsa, orijinal siqnalı da rəqəmləşdirilmiş şəkildə bir o qədər dəqiq vermək olar. Örnəkləmə sintezatoru (sampling synthesizer) – yalnızca oxunabilən yaddaşa (ROM) yazılmış rəqəmləşdirilmiş səsi səsləndirmək üçün qurğu; məsələn, pianinoda ifa olunmuş, rəqəmləşdirilmiş və yaddaşa yazılmış musiqini sintezator pianino melodiyalarının səslənməsinə bənzər başqa melodiyaların yaradılması üçün istifadə edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.42 dəfə / 1 mln.
2002 •••••••••• 10.28
2003 •••••••••••••••••••• 22.05
2004 ••••••••••••••••••• 20.89
2005 •••••••••••••••••• 18.89
2006 ••••••••••••••• 15.77
2007 •••••••••••••••••• 19.45
2008 •••••••••••••••••••• 22.17
2009 •••••••••••••• 15.04
2010 •••••••••••• 12.35
2011 •••••••••••••• 15.27
2012 ••••••••••••• 14.11
2013 ••••••••••• 12.11
2014 ••••••••••••••• 15.62
2015 •••••••••••••• 15.48
2016 •••••••••••••• 15.10
2017 ••••••••••• 11.54
2018 ••••••••••••• 13.48
2019 •••••••••••• 12.24
2020 •••••••••••••••••••• 22.15

örnək sözünün leksik mənası və izahı

  • 1 is. Nümunə, misal. [Elxan:] Biz hələlik vətənin yüksək dağlarına çəkiləcək, orada bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə düzəldəcəyik. C.Cabbarlı. …Ziyalılarımız hər işdə əhaliyə örnək olduqları kimi, ailə quruluşunda, ailə həyatında da bir nümunə olmalıdır(lar). A.Şaiq. // Timsal. Qəlbim örnəyidir yanar bir dağın. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / örnək

örnək sözünün etimologiyası

  • 1 Sözün əsli örmək (hörmək) kimi olub. Mənası “nümunə, ülgü, qəlib” de­məkdir. Əl işləri (tikiş, naxış..) ilə məşğul olan şəxslərə (xüsusən qızlara) nəyisə hörmək üçün hazır nümunə veriblər, onlar da nümunələrə uyğun şeylər hörüblər. Macar alimi Vamberi həmin kəlmə ilə görmək feili arasında eyniyyət olduğunu söyləyir: görnək! (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / örnək

örnək sözünün sinonimləri (yaxın mənalı sözlər)

örnək sözünün rus dilinə tərcüməsi

  • 1 образец, пример

    Azərbaycanca-rusca lüğət / örnək
  • 2 сущ. пример, образец. Parlaq örnək яркий пример, əsil sənət örnəyi пример настоящего (подлинного) искусства, layiqli örnək достойный пример, qəhramanlıq örnəyi пример героизма, gənclər üçün örnək пример для молодёжи, gələcək nəsillərə örnək пример для будущих поколений, örnək saymaq kimi, nəyi считать примером кого, что для кого, чего

    Azərbaycanca-rusca lüğət / örnək

örnək sözünün inglis dilinə tərcüməsi

örnək sözünün fransız dilinə tərcüməsi

örnək sözünün ləzgi dilinə tərcüməsi

örnək sözünün türk dilinə tərcüməsi

örnək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

nümunə, nümunə olan; həmişə qabaqcıl olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"örnək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#örnək nədir? #örnək sözünün mənası #örnək nə deməkdir? #örnək sözünün izahı #örnək sözünün yazılışı #örnək necə yazılır? #örnək sözünün düzgün yazılışı #örnək leksik mənası #örnək sözünün sinonimi #örnək sözünün yaxın mənalı sözlər #örnək sözünün əks mənası #örnək sözünün etimologiyası #örnək sözünün orfoqrafiyası #örnək rusca #örnək inglisça #örnək fransızca #örnək sözünün istifadəsi #sözlük