* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Bəslənilən ümidi doğruldacaq, gələcəkdə kamil bir insan olacağına ümid bəslənilən, gələcəyi olan. [Gənc yazıçılar arasında] istedadlı və ümidverici gənclər vardır. Qəzetlərdən. 2. Ümid ifadə edən, ümidli. Ümidverici vəziyyət. – Rüstəm kişi fikrini ümidverici sözlərlə qurtardı. M.İbrahimov. Lakin içəridən çıxanların heç birisinin sifətində ümidverici bir əlamət görünmürdü. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / ümidverici