Ünsizadə sözü azərbaycan dilində

Ünsizadə

Yazılış

  • Ünsizadə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəlal Ünsizadə
Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891). == Həyatı == Cəlalələddin (Cəlal) Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı.C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, "Kəşkül" adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı. Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi.
Səid Ünsizadə
Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1905, Konstantinopol) — Şamaxı Qazısı, şair. == Həyatı == Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuat fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət qədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndinin ölümündən sonra oğlanları Ünsizadə soyadını götürmüşlər.
Kamal Ünsizadə
Kamal Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1857, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – bilinmir) — Azərbaycan maarifçi publisisti, naşir, şəriət müəllimi, "Məzhər" qəzetinin naşiri və redaktoru (fasilə ilə 1907–1917). == Həyatı == "Kəşkül" qəzetində əməkdaşlıq etmiş, onun mətbəəsində işləmişdir. 1891-ci ilin sonlarında, qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə çıxan və XIX əsr milli mətbuatımızın ən uzun (1883–1891-ci illər) ömürlü nümunəsi sayılan "Kəşkül" nəşrini dayandırandan iki ay sonra Kamal Ünsizadə Qafqaz Senzura Komitəsinə "Azərbaycan" adlı həftədə iki dəfə çıxacaq ictimai-siyasi, ədəbi-mədəni və iqtisadi qəzetin çapına icazə verilməsi xahişi ilə bağlı müraciət etmiş və ərizəsinə gələcək nəşrin, yanılmıramsa 8 bənddən ibarət izahlı proqramını da əlavə etmişdi.Daha sonra Azərbaycan və rus dillərində "Uçan yarpaq" (rus. "Летучий листок"; 1896) (Q.Klimovski ilə), "Danış" (1896), "Yerli elanlar" (1900) qəzetlərinin nəşrinə təşəbbüs göstərmiş, lakin icazə ala bilməmişdir. 1908-ci ildə "Məzhər" qəzetinin nəşrinə icazə almış, 1917-ci ilədək cəmi 31 nömrəsini buraxa bilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2010 ••• 0.09
2011 ••• 0.09
2020 •••••••••••••••••••• 0.66

Oxşar sözlər

#ünsizadə nədir? #ünsizadə sözünün mənası #ünsizadə nə deməkdir? #ünsizadə sözünün izahı #ünsizadə sözünün yazılışı #ünsizadə necə yazılır? #ünsizadə sözünün düzgün yazılışı #ünsizadə leksik mənası #ünsizadə sözünün sinonimi #ünsizadə sözünün yaxın mənalı sözlər #ünsizadə sözünün əks mənası #ünsizadə sözünün etimologiyası #ünsizadə sözünün orfoqrafiyası #ünsizadə rusca #ünsizadə inglisça #ünsizadə fransızca #ünsizadə sözünün istifadəsi #sözlük