* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Adamın ürəyini sıxan, cansıxan, cansıxıcı; qəm, kədər gətirən. Ürəksıxan xarabalıq. Ürəksıxıcı qış axşamı. 2. Ürəyi sıxan, ürəyə pis təsir edən, nəfəs almağı çətinləşdirən, boğucu. Otağın ürəksıxan havası. – Çox isti və ürəksıxıcı bürkü idi. Ə.Abasov. Şahmar dinmədi. Aralığa ürəksıxan sükut çökdü. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / ürəksıxıcı