üs sözü azərbaycan dilində

üs

Yazılış

  • üs • 95.4545%
  • Üs • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Üs (Val-d'Uaz)
Üs (fr. Us) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.247 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji bələdiyyəsinin 10 km şimal-qərbində yerləşir.
1837-ci il Quba üsyanı
Quba üsyanı – XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı üç dəfə baş vermiş güclü xalq üsyanı. Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf etmişdir. İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanmış və fasilələrlə 6-7 ay davam etmişdir. Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürmüşdür.İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdir. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə etmişdi. Bu vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları idi. == Çar imperiyanın işğalçı siyasətinə qarşı üsyanlar == 1826-cı ildə Qubada, 1830-cu ildə Çar-Balakən ərazisində, 1831-ci ildə Lənkəranda baş vermiş və hər biri yadelli işğalçılara qarşı xalq etirazının təzahürü kimi meydana çıxmış bu üsyanlara bir qayda olaraq yerli bəy və xanlar rəhbərlik etmişlər. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən silahlı toqquşmalar üsyançıların sosial tərkibinə görə kəndli hərəkatı adlandırılsa da, üsyanın başvermə səbəbləri, qarşıya qoyulan məqsəd, üsyançıların qarşılaşdığı və mübarizə apardığı hərbi qüvvələr belə deməyə tam əsas verir ki, Quba üsyanı imperiyanın işğalçı siyasətinə qarşı xalqın azadlıq mübarizəsi idi. Xatırlatmaq yerinə düşər ki, bu mübarizənin təşkilatçıları Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatından, həm də Qafqaza sürgün olunmuş dekabrist ədiblərin azadlıq ideyalarından güc-qüvvət alırdılar. Onlardan biri, dekabrist yazıçılar nəslinin qüdrətli nümayəndəsi A.S.Puşkin, M.F.Axundov və A.A.Bakıxanovun dostu, dövrünün tanınmış ədəbi tənqidçisi, şair və nasiri Aleksandr Aleksandroviç Bestujev-Marlinski (1797-1837) idi.
1848-ci il Üsyanları
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur. İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühim rol oynadı. == Başlanğıcı == İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
29 bəhmən üsyanı
29 bəhmən üsyanı - 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində - Qum şəhərində nümayişin dağıdılması zamanı polis silah işlətmişdir. Qum hadisələrinin 40-cı günü - 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, "29 bəhmən üsyanı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi; ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı: 2 minədək adam öldürüldü və yaralandı.Tarixçilərin bəzilərinin fikrincə, məhz "29 bəhmən üsyanı" İran İslam İnqilabının başlanğıcı hesab edilməlidir.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Adam qardaşlarının üslubu
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Aday üsyanı
Aday üsyanı (qaz. Адай көтерілісі) — 1929-1932-ci illərdə baş vermiş Mangistauda yaşayan aday tayfasından olan qazax şaruaların üsyanı. Üsyana səbəb həddən artıq olan vergilər, insanların dini inanclarının təhqir olunması, məcburi kollektivləşdirmə nəticəsində mal qaranın kütləvi qırılması, bütün qazax aullarının yoxsullaşması və nəticədə yaranan aclıq idi. 1929-cu ildə ayrı ayrı yerlərdə başlamış üsyan 1930-cu ildə ümumi xarakter daşıyaraq bir mərkəzdən idarə olunmağa başlayırdı. Bokımaş Şolaulı (1931-ci ilin aprel ayında xan seçilib), Mirzəqali Tınımbaevin (1931-ci ilin iyun ayında döyüşdə həlak olub), Yerqali Kutteqenovun, M.Salpıkulının, Jumatay Hüseynovun və digərlərinin başçılığı ilə üsyançılar hökumət qüvvələri ilə şiddətli döyüşlər keçirirdilər. 1931-ci ilin may iyul aylarında üsyançılar 4 dəfə Fort Aleksandrovsk şəhərinə hücum etmişdilər. Silahlı mübarizə 1932-ci ilin ortalarına qədər davam edib. Üsyan yatırıldıqdan sonra üsyançılar, Türkmənistanda, Qaraqalpaqıstanda, Tacikistanda, İran və Əfqanıstanda gizləndilər. Birləşmiş Dövlət Siyasi İdarəsi 800 nəfərdən artıq üsyançı mühakimə olundu.
Akmola üsyanı
== Həmçinin bax ==
Aksiomatik üsul
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulma və tədqiqat üsuludur. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur. Aksiomatik üsulla qurulmuş elmi nəzəriyyə aksiomatik və ya deduktiv nəzəriyyə adlanır. Riyazi nəzəriyyə Aksiomatik üsulla qurulduqda əvvəlcə qurulan aksiomatika üçün ilkin olan anlayışlar verilir. İlkin anlayışlar başqa anlayışlarla izah edilmir və məntiqi əsaslandırılmır. Aksiomatik nəzəriyyənin başqa anlayışları ilkin anlayışlar əsasında məntiqi yolla daxil edilir. Hər başqa anlayış ilkin anlayışlardan təşkil edilmiş predikatın ixtisarlaşdırılmış adıdır. Aksiomatik nəzəriyyənin hökmü onun anlayışları arasındakı məntiqi əlaqəni göstərən formullar olub, məntiqi yolla ilkin anlayışlardan alınmışdır. Aksiomatik nəzəriyyəni başqa elmi nəzəriyyələrdən ayıran əsas əlamət isbat olunan hökmün məntiqi əsaslandırılmasıdır. Aksiomatik üsula görə baxılan nəzəriyyənin bəzi müddəa və təklifləri qurulan aksiomatik nəzəriyyə üçün doğru elan edilir, isbatsız qəbul olunur və aksiomatik nəzəriyyənin aksiomları adlanır.
Alak üsyanı
Alak üsyanı (qaz. Алақ көтерілісі) — Semipalatinsk quberniyasının, Qızıltas bölgəsinin, Qızılkəsik kəndinin sakinləri tərəfindən 1931-ci ildə məcburi kollektivləşdirməyə qarşı baş vermiş üsyan. Üsyanda həmçinin indiki Aksuat və Kokpektinsk bölgələrinin də sakinləri iştirak ediblər. Bölgənin nüfuzlu şəxslərinin, o cümlədən 1885-ci ildə Omsk Mərkəzi Feldşer məktəbini bitirmiş və keçmişdə volost (ərazi vahidi) rəhbəri olmuş Jakul Kuşikovun, Zaysan uyezdinin, Boqask volostının keçmiş rəhbəri Mukış Kuanovun və Qasım Kozıbayevin əmlakının müsadirə olunması üsyana səbəb oldu. Hacı Tırayısın Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən öldürülməsi insanların qəzəbinə səbəb oldu. Üsyan qəddarlıqla yatırıldı. Üsyanı davam etdirməyin mənasızlığını başa düşən sağ qalan üsyançılar sərhəddi keçərək Çinə keçdilər.
Alçağın üslubu (roman)
"Alçağın üslubu" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Əliağa Cəfərlidir. == Məzmun == İmkanlı bir iş adamı törətmədiyi qətl hadisəsində suçlandırılır. Hətta onun günahını isbata yetirəcək “əşyayi-dəlil” də mövcuddur. Bir çox qaranlıq işlərin kələfini açmış dünya şöhrətli ekspert-analitik Dronqo altıncı hissi ilə günahlandırılan şəxsin müqəssir olmadığını duyur. Lakin saxta “əşyayi-dəlil”də buraxılmış kiçicik və ilk baxışdan nəzərə çarpmayan detal Dronqonun gözündən yayınmır.
Amqan (Üskü)
Amqan (fars. امقان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 794 nəfər yaşayır (185 ailə).
An Luşan üsyanı
An Luşan üsyanı—16 dekabr 755-ci ildən 17 fevral 763-cü ilədək Çində baş vermiş üsyan. == Tarixi == Üsyan Tan sülaləsi dövründə 16 dekabr 755-ci ildə başlayıb Shi Chaonun initihar etməsi ilə 17 fevral 769-cu ildə bitmişdir. Çin ordusu generalı olan An Luşannın ərəbləri, göytürkləri və Soğdluları öz tərəfinə çəkərək Şimali Çində özünü imperator elan edib Yan sülaləsinin əsasını qoydu. Kidanlar göytürklərin sadiq müttəfiqi idilər, lakin xaqanlıq öz mövcudluğunu dayandırdıqda onların müqaviməti mənasız göründü. 745-ci ildə kidanların əsas başçısı mübarizəni dayandırdı. O, Sunqariy əyalətinin rəisi oldu. Lakin Mancuriyadakı sərhəd qoşunlarının korpus rəisi An Luşan kidanların üzərinə hücum etməyi və onları soymağı davam etdirirdi. Hiddətlənmiş kidanlar ayağa qalxdılar, lakin An Luşan onları dağıtdı. Lakin dəyişmiş başçı da müqavimət göstərməyə başladı. Çinlilər An Luşanı bu müharibənin təşəbbüsçüsü hesab edirdilər, guya o üsyançıları sakitləşdirmək və xidmət göstərmək üçün bu toqquşmanı salmışdı.
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Asan üsyanı
Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər.
Ayaqyalınlar üsyanı
Ayaqyalınlar üsyanı (fr. Révolte des Nu-pieds) — 1639-cu ildə Fransanın Normandiya regionunda böyük xalq üsyanı. Başçıları yarıəfsanəvi Ayaqyalın Jan idi. Üsyana çox ağır vergilər və ümumiyyətlə, feodal zülmü səbəb olmuşdu. "Ayaqyalınlar"ın ictimai və siyasi ideologiyası dəqiq deyildi. Yoxsul şəhər əhalisi və kəndlilərdən ibarət üsyançılar dövlət vergilərindən boyun qaçırır, varlıların mülklərini, vergi idarələrini dağıdırdılar. "Ayaqyalınlar" Normandiyanı tutmuşdular. Üsyan Fransanın bir çox əyalətində geniş əks-səda doğurmuşdu. Üsyanı hökumət qoşunu yatırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Pierre Carel, Une émeute à Caen sous Louis XIII et Richelieu (1639) : la révolte des Nu-Pieds en Basse-Normandie, Caen, E. Valin, 1886 ; Madeleine Foisil, La Révolte des nu-pieds et les révoltes normandes de 1639, Paris, PUF, 1970 ; Jean-Louis Ménard, La Révolte des nu-pieds en Normandie au XVIIe siècle, Paris, Dittmar, 2005 ; Boris Porchnev, Les Soulèvements populaires en France de 1623 à 1648, S. E. V. P. E. N., Paris, 1963 ; reprinted as Les soulèvements populaires en France au XVIIe siècle, Groupe Flammarion, Paris, 1972.
Aşağı Bavil (Üskü)
Aşağı Bavil (fars. باويل سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,502 nəfər yaşayır (475 ailə).
Balakən üsyanı (1830)
1830-cu il Balakən üsyanı — Balakəndə rus işğalına qarşı başlanan xalq hərəkatı. Üsyana şeyx Şaban və Həmzət bəy başçılıq ediblər. Rus qoşunları üsyanı qan içində boğublar. Bundan öncə (fevral 1830), Balakəndə baş vermiş üsyan şəxsən general Paskeviçin rəhbərliyi ilə yatırılmışdı.
Bar-Koxba üsyanı
Bar-Koxbanın üsyanı - 132-135-ci illərdə Roma imperiyasının əyaləti İudeyada baş vermiş üsyan. == Üsyanın səbəbləri == İudeyada üsyana səbəb Roma imperatoru Adrianın yəhudilərə qarşı ciddi tədbirləri olmuşdu. O,Yerusəlim şəhərinin yerində Elio-Kapitoli şəhəri saldırmışdı. Məşhur Yaxve məbədinin yerində isə Yupiter ilahəsinə həsr olunmuş məbəd tikdirməyə hazırlaşırdı. Adrian yəhudilərə hətta şənbə günlərini bayram etməyi də qadağan etmişdi. Bu üsyan təkcə Roma zülmünə qarşı deyil, həm də yerli hakim sinfə qarşı çevrilmişdi. == Üsyanın gedişi və məğlubiyyəti == Üsyan bütün İudeyanı əhatə etmişdi. Üsyana Simon adlı bir nəfər rəhbərlik edirdi. Sonuncu özünü Bar-Koxba (Ulduzdan doğulmuş) adlandırırdı. Yəhudilər onu "İlahi xilaskar", "Messiya" adlandırırdılar.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Batavi üsyanı
Batavi üsyanı — e.ə 70-ci ildə german tayfası batavların Yuliy Sivilisin rəhbərliyi ilə Roma imperiyasına qarşı üsyanı. Əvvəlcə Sivilis (Qalboy tərəfindən həbsdən azad edildi) yalnız Vitelliusa qarşı üsyan etdiyini və ümumiyyətlə Roma hakimiyyətinə qarşı olmadığını bildirdi. Mümkündür ki, o, Vitelliusun devrilməsini xəyal edən Vespasianın tərəfdarları ilə birlikdə çıxış etdi. Tezliklə o, öz üsyanına kanninefatları və frizalıları da cəlb etdi. Reyn üzərində yerləşən Roma donanmasına mülki vətəndaşlar hücum etdi. Batavi mənşəli dənizçilər onun tərəfinə keçdilər, romalılar öldürüldü və 24 gəmidən ibarət bütün donanma onun əlinə keçdi. Tezliklə Reynin sağ sahilindəki üsyana Alman tayfaları qatıldı. Romalılar məğlubiyyətə uğramağa başladılar. Bataviyalılar və müttəfiqləri Veteranı mühasirəyə aldıqda, Vətəndaş orada olan iki legiondan Vespasyana and içməsini tələb etdi. Ancaq tezliklə Alman legionlarının Vespasian imperatoru elan etməsi xəbəri gəldi.
Batpakkarinsk üsyanı
Batpakkarinsk üsyanı (qaz. Батпаққара көтерілісі) — 1-9 noyabr 1929-cu ildə Qazaxıstanın Kustanay dairəsinin Batpakkarinsk bölgəsinin və eləcə də Naurzum və Turqay bölgələrinin bir neçə kəndlərinin əhalisi tərəfindən qaldırılmış antisovet üsyanı. Üsyana səbəb əmlakın müsadirəsi və məcburi kollektivləşdirmə idi. == Haqqında == Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının qərarı ilə 16 bəy təsərrüfatı müsadirə edilir. Müsadirə zamanı "yarıfeodal bəylərin", "alaşordalıların" Əhməd Baytursunovun, M.Dulatovun, M. Esbolovun və 1916-cı ildə baş tutmuş milli azadlıq hərəkatının rəhbəri A. Janbosınovun yaxınları və qohumları əsassız təqiblərə məruz qaldılar. Bu isə öz növbəsində insanların narazılığına səbəb oldu. "Əksinqilabçılar", "millətçilər", "alaşordalılar" elan edilmiş 50 nəfər həbs olunmuşdu. Üsyançıların da əsas məqsədi həbsdə olanları azad etmək idi. Üsyançılar "Rədd olsun sovet hökuməti!", "Müsadirə olunmuş torpaqlar geri qaytarılsın!", "Müsadirə olunmuş əmlak sahiblərinə qaytarılsın!", "Yaşasın xanlıq!" şüarlar səsləndirirdilər. 2 noyabr 1929-cu ildə üsyançılar Batpakkarinsk (indiki Amangəldi rayonu) rayon mərkəzini ələ keçirib yerli hökumət orqanlarınını təmsilçilərini və rayon rəhbərlərini həbs edirlər.
Bayram (Üskü)
Bayram (fars. بايرام‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,671 nəfər yaşayır (771 ailə).
Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Başqırd üsyanları (VII-VIII əsrlər)
Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar. == VII əsr üsyanları == 1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı. == VIII əsr üsyanları == 1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi.
Başqırd üsyanı (1662–1664)
Başqırd üsyanı — XVII əsrin II yarısında baş verən başqırdların ilk böyük üsyanlarından biri. == Səbəbi == 16-cı əsrin ortalarından başlayaraq Başqırdlar Rusiya Tsardomunun vassalı idilər. Üsyanın əsas səbəbi, Rusiyanın dahada genişlənməsi və sərhədlərinin böyüməsi nəticəsində Rusiyaya qoşulma şərtləri ilə alınan torpaqlara vətəndaşlıq hüquqlarını itirmək qorxusu idi. Başqırdlar da Ufa qubernatorunun özbaşınalığından narazı qaldılar və yığımlar zamanı məmurlar tərəfindən artan vergi və sui-istifadə hallarından şikayətləndilər. == Qiyam yeri == Üsyanın şərqdə Miet çayının ortasında, qərbdə Kama çayının orta axınında, cənubdakı Yaik çayından (indiki Urals) çayın Çusovoi çayının şimlına qədər yayılması. == Mübarizə == 1662-ci ilin yayında Uralda qiyam başladı. Sarah Mergena, Uraslanbek Bakkin və digər rəhbərlərin başçılığı Kataysky həbsxanasına, Dalmatia Nev'yansky, Aramilsky, Irbitskoi, Belosludskuyu, Murzinskoe və digər qəsəbələrə hücum edərək bəzilərini ələ keçirməyə müvəffəq oldu. Üsyançılarla mübarizə aparmaq üçün kral hökuməti böyük bir hərbi qüvvə göndərdi. İrtyaş gölünün yaxınlığında böyük bir döyüş keçirdilər. Digər bir mübarizə sahəsi üsyançıların Kungur şəhərini, Stepanovski həbsxanasını, Vozdvizhenski ələ keçirdiyi və Silva çayı boyunca Rus kəndlərini, monastırlarını və şəhərlərini dağıtdığı Şimali Başqırdıstan idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2005 ••••••• 0.67
2008 •••••••••••••••••••• 2.19
2010 ••• 0.27
2011 0.09
2012 ••• 0.26
2013 •• 0.15
2016 •• 0.17
2019 ••• 0.28

üs sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) üstün. – Gəl qapışağ, görəg kim kimə üs gələcəg Üs eləməx’ (Oğuz) – oxşamaq, sığallamaq

Azərbaycan dilinin dialektoloji lüğəti.

"üs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üs nədir? #üs sözünün mənası #üs nə deməkdir? #üs sözünün izahı #üs sözünün yazılışı #üs necə yazılır? #üs sözünün düzgün yazılışı #üs leksik mənası #üs sözünün sinonimi #üs sözünün yaxın mənalı sözlər #üs sözünün əks mənası #üs sözünün etimologiyası #üs sözünün orfoqrafiyası #üs rusca #üs inglisça #üs fransızca #üs sözünün istifadəsi #sözlük