Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları
Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları — 1837-ci ilin payızında Yuxarı və Aşağı Kanadada inqilabi şərait yetişdi. Ümumi mitinqlər keçirildi, əhali küçələrə yığışdı.Bu illərdə yüzlərlə silahlı vətəndaş idarəçi elitalara öz etiraz və tələblərini bildirdi. Rəhbərlik öz siyasətində və iqtisadiyyatında dəyişikliklər tələb etdi. 1836-cı ilin zəif kənd təsərrüfatı məhsulları gələcək il üzrə toxum, vəsait almaq üçün kafi deyildi.
Uiliam Layon Makkenzi Yuxarı Kanadada 1837-ci ilin yazında siyasi birlik və ehtiyat komitələri və islahat yığıncaqları təşkil etdi. O, Cənubi Ontarioda inqilabçıları təşkilatlandırdı və Aşağı Kanadadakı vəziyyətdən faydalanmağa hazırlaşırdı. Makkenzi Sent-Denidəki hadisələri eşidincə öz üsyanını Torontodan başlamağa qərar verdi. Yuxarı Kanadada üsyan dekabrın əvvəlində başladı.Makkenzi və silahdaşları olan Piter Metyu, Samuel Launt qərarlı şəkildə hərəkət etdilər,amma,burada da Aşağı Kanadada olduğu kimi rəhbərlər arasında ikitirəlik, ziddiyyət müşahidə olunurdu.Konfliktin gedişini silah və güc müəyyən etdi.Burada isə üstünlük hakimiyyətin tərəfində idi.Bərabər olmuyan döyüşlərdən sonra üsyançılar ABŞ sərhədlərinə çəkildi. Makkenzi Buffaloda özünə sığınacaq tapdı.13 dekabrda isə o, Niaqara şəlaləsindən 2-3 mil aralıda olan Sent-Neviyə gəldi.Yuxarı Kanada respublikasını və Müvəqqəti Hökumət yaratmaq istədi.ABŞ-nin mövqeyi isə buna fərqli idi. Belə ki,ingilislərlə münasibətlər kəskinləşdikdən sonra ABŞ Kanada vətənpərvərlərinə kömək göstərilməsini qadağan etdi.Üsyançılar ərazini tərk etmək məcburiyəttində qaldılar.