üzdən sözü azərbaycan dilində

üzdən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • üzdən • 97.0968%
  • Üzdən • 2.8226%
  • ÜZDƏN • 0.0806%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Üzdəniraq ada
"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır. == Əsər haqqında == Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. == Qısa məzmunu == Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə "cəzalandırılan" məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir. == Çapı == Roman üç dəfə: 2004, 2009, 2012-ci illərdə çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. == Xarici keçidlər == "Üzdəniraq ada" kitabı təqdim olundu Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir" (Müsahibə) Rövşən Yerfi. Üzdəniraq ada (əsərdən parçalar) Rövşən Yerfinin "Üzdəniraq ada" kitabının təqdimat mərasimi (Video) Rövşən Yerfinin "Üzdəniraq ada" - ilk kitabının təqdimatı.
Üzdənoba
Üzdənoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Üzdənoba oyk., mür. Qusar r-nunun Şirvanovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Əsli Uzdenobadır. Uzden ləzgi dilində "azad kəndli" deməkdir. Görünür, kəndin əhalisi hansısa münasibətlə vergidən azad edildiyindən oba bu adı almışdır. Uzden komponentini şəxs adı hesab edənlər də var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.63 dəfə / 1 mln.
2007 0.42
2008 •• 0.49
2009 ••••••••••••• 5.60
2010 •••••••••••••••• 6.99
2011 ••••••••••• 4.72
2012 •••••••••• 4.22
2013 •••••••••••••••••••• 8.90
2014 ••••••• 2.75
2015 ••••••••• 3.57
2016 ••• 1.21
2017 ••••••• 3.09
2018 ••••••••••••••••• 7.19
2019 •••••••••••••••••••• 8.90
2020 •••••••••••••••••••• 8.88

üzdən sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Az dərinlikdə, dayaz. Üzdən belləmək. 2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq. ◊ Üzdən görmək (getmək) – mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq. [Vaqif:] Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır, insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. Çəmənzəminli. Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahimov. Üzdən iraq – özündən sonra gələn (adətən deyilməsi münasib olmayan) sözün və ya ifadənin təsirini azaltmaq üçün ara söz kimi işlədilir. [Zeynal:] …Bir kişinin, üzdən iraq, bir eşşəyi qalıbmış. Ə.Əbülhəsən. Üzdən olmaq – biabır olmaq, abrı getmək. Əzizim, üzdən oldum; Söhbətdən, sözdən oldum; Bir bivəfa yolunda; Ağladım, gözdən oldum. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / üzdən

üzdən sözünün sinonimləri (yaxın mənalı sözlər)

üzdən sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ÜZDƏN – DƏRİNDƏN Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyəndir (“Azərbaycan”); Gülsabah Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü (Ə.Vəliyev). ÜZDƏN – DİBDƏN Üzdən duru, dibdən bulanlıq bir göl (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / üzdən

üzdən sözünün rus dilinə tərcüməsi

  • 1 поверхностно, вскользь, бегло

    Azərbaycanca-rusca lüğət / üzdən
  • 2 I нареч. 1. внешне, на вид, с виду. Üzdən çox sakitdir внешне (он) очень спокоен 2. поверхностно. Məsələni üzdən öyrənmək поверхностно изучить вопрос, işlə üzdən tanış olmaq поверхностно ознакомиться с делом 3. мелко. Torpağı (yeri) üzdən şumlamaq мелко пахать землю II прил. поверхностный. Üzdən irinləmə поверхностное нагноение, üzdən titrəmə поверхностное вибрирование; с.-х., гидротех. üzdən drenaj поверхностный дренаж, üzdən suvarma поверхностный полив; üzdən bıçqılama (mişarlama) подпилка, подпил; üzdən basdırma (басдырылма) прикопка, üzdən yonma (yonulma) надтёс, üzdən yarma подрубка, üzdən yuyulma смыв, üzdən şumlama (torpağı) лущёвка, üzdən şumlayan kotan лущильщик, запашник; üzdən islatmaq надмочить ◊ üzdən tanış olmaq (üzdən getmək) скользить по поверхности; поверхностно ознакомиться

    Azərbaycanca-rusca lüğət / üzdən

üzdən sözünün inglis dilinə tərcüməsi

  • 1 z. superficially, perfunctorily, in a perfunctory manner; ~ görülmüş iş a perfunctory piece of work; ~ tanımaq to recognize (d.) / to know* (d.) by sight

    Azərbaycanca-ingiliscə lüğət / üzdən

üzdən sözünün fransız dilinə tərcüməsi

üzdən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. 1. винелай, даяздай (мес. пер ягъун); 2. пер. гьакӀ винелай, дериндай тушиз; ** üzdən görmək (getmək) гьакӀ винелай фин (акун), гзаф деринриз тефин, фикир тагун; üzdən iraq чавай яргъаз; üzdən olmaq беябур хьун, абур фин.

    Azərbaycanca-ləzgicə lüğəti / üzdən

üzdən sözünün türk dilinə tərcüməsi

"üzdən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üzdən nədir? #üzdən sözünün mənası #üzdən nə deməkdir? #üzdən sözünün izahı #üzdən sözünün yazılışı #üzdən necə yazılır? #üzdən sözünün düzgün yazılışı #üzdən leksik mənası #üzdən sözünün sinonimi #üzdən sözünün yaxın mənalı sözlər #üzdən sözünün əks mənası #üzdən sözünün etimologiyası #üzdən sözünün orfoqrafiyası #üzdən rusca #üzdən inglisça #üzdən fransızca #üzdən sözünün istifadəsi #sözlük