Müqəddəs Vatslav üzümlüyü
Müqəddəs Vatslav üzümlüyü (çex. Svatováclavská vinice)— Çexiyanın ən qədim üzüm bağlarından biridir. O Praqa qəsrinin şərq hissəsində, Aşağı darvazanın altında və Na Opişi bağı ilə Köhnə qəsr pilləkənləri arasında yerləşir. Bağın bu cür adlandırılmasının əsas səbəbi, müqəddəs Vatslav barədə uydurulan müxtəlif əfsanə və nağıllar ilə bağlıdır. Rəvayətə görə müqəddəs şərabın istehsalı üçün yığılan üzümləri bir zamanlar məhz o bu torpaqda əkmişdi. Burada ənənəyə uyğun olaraq, üzümün Reyn rislingi və Pino Nuar növləri əkilir.
Üzüm bağının əsası müqəddəs Varslav tərəfindən X əsrdə qoyulmuşdu. Bağın salınmasının əsas səbəbi, xristian kilsələri üçün müqəddəs şərabın istehsalı idi. IV Karlın hakimiyyəti dövründə bağın ətrafında qala divarları inşa olunmuşdu. XIX əsrin 30-cu illərində bağın yanında həmçinin memar Emanuel Rixterin layihəsinə uyğun olaraq neoklassik üslubda villa tikilmişdi - onu inşa edən memarın şərəfinə, villa "Rixteruv" adlandırılmışdı.