Üzümçülər
Üzümçülər – Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Üzümçülər qəsəbəsi 1986-cı ildə Ağyazı adlı yerdə uzümçülük sovxozu fəhlələri üçün salınmışdır. Ona görə də "Üzümçülər" adlandırılmışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.