üçüncü sözü azərbaycan dilində

üçüncü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • üçüncü • 88.6392%
  • Üçüncü • 11.1875%
  • ÜÇÜNCÜ • 0.1697%
  • ÜÇÜNCü • 0.0035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Üçüncü forma
Üçüncü forma və ya alternativ forma — Ev və səfər formalarına alternativ olaraq idman komandasının geyindiyi forma. Üçüncü forma 1930-cu illərdən İngiltərə futbolunda istifadə olunur. 1989–90 mövsümünə qədər FA Kubokunda belə bir qayda var idi: "İki rəqib klubun rəngləri oxşar olduqda, alternativ razılaşmalar rəqib klublar tərəfindən qarşılıqlı razılaşdırılmadığı halda, hər iki klub öz formalarını dəyişməlidir".
Üçüncü silk
Üçüncü silk (lat. tertius status, fr. tiers état) — köhnə rejim Fransasında (orta əsrlərin sonundan 1789-cu ilə qədər) imtiyazlılar, yəni ruhanilər (birinci silk) və zadəganlar (ikinci silk) istisna olmaqla, əhalinin bütün qrupları. İlk iki silkdən fərqli olaraq, üçüncü silk vergi ödəyirdi. Üçüncü silkin zirvəsi (burjuaziya) Baş Ştatlarda nümayəndəliyə malik idi, həmçinin Paris və əyalət parlamentlərində üstünlük təşkil edirdi. Классическое сочинение по истории третьего сословия — Огюстена Тьерри, «Essai sur la formation et les progrès du Tiers Etat» (1850, переведено на русский яз., M., 1899). Конский П. А. Третье сословие // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Feminizmin üçüncü dalğası
Feminizmin üçüncü dalğası — dəqiq tarixi çərçivəsi mübahisələrə səbəb olan, lakin ümumiyyətlə 1990-cı illərin əvvəllərindən 2010-cu illərin əvvəllərinə aid olan bir neçə feminist fəaliyyət və tədqiqat formasının müəyyən olunduğu bir termin. "Üçüncü dalğa feminizmi" termini Rebekka Volker tərəfindən 1992-ci ildə yazılmış bir essedir. Təxminən 2013-cü ildən növbəti mərhələ — feminizmin dördüncü dalğası baş verdi. == Ümumi xüsusiyyətləri == Üçüncü dalğa feministləri, stereotiplərdə, medianın təsvirində və qadınların təyinatında daha çox dəyişikliyə ehtiyac olduğunu düşünürlər. Üçüncü dalğa ideologiyası cinsiyyət və seksuallığın post-strukturist şərhinə yönəlmişdir. Üçüncü dalğanın feminist nəzəriyyələri arasında queer nəzəriyyəsi, antiratsizm, wumanizm, postkolonial nəzəriyyə, ekzistensializm, transsenditalizm, postmodernizm, transmilli, kiberfeminizm, ekofeminizm, individualist feminizm, brahmanizm, transseksual məsələlər və s. == Tarixi == Feminizmin üçüncü dalğası 1990-cı illərdə ikinci feminizm dalğasının çatışmazlıqlarına və mövcud feminist təşəbbüslərə qarşı reaksiya olaraq başladı. Üçüncü dalğa, ikinci dalğanın feminizminin şiddət qurbanları üçün sığınacaqların yaradılması, qadınlara qarşı şiddət probleminin ictimai səviyyədə tanınması, kontrasepsiya və abortdan istifadə, gender araşdırmaları, və s. Üçüncü dalğa feminizminin artması Bell Huks və Odri Lord kimi zənci feministlərin fəaliyyəti ilə çox əlaqəlidir. Irq məsələlərini feminizm sahəsinə inteqrasiya etmək üçün çalışdılar .
Üçüncü Cenevrə Konvensiyası
Üçüncü Cenevrə Konvensiyası — Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından üçüncüsü. Sənəd 21 oktyabr 1950-ci ildə qüvvəyə minmişdir. Eyni adda və məzmunda konvensiya ilk dəfə 1929-cu ildə qəbul edilsə də, 1949-cu il konfransında yenidən nəzərdən keçirilmiş və əhəmiyyətli dəyişikliklər edilmişdir. Konvensiyada hərbi əsirlər üçün humanitar müdafiə mexanizmləri nəzərdə tutulur. Hazırda üçüncü saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. Konvensiyanın 3-cü maddəsi ümumilikdə Cenevrə Konvensiyalarının qeyri-beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan yeganə maddəsidir. Bu maddə konvensiyanı imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq, bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna əsasən, qeyri-kombatantlara, silahlarını yerə qoymuş silahlı qüvvələrin üzvlərinə və yaralandığına, tutulduğuna və ya hər hansı digər səbəbə görə döyüşdən kənarda qalan hors de combat döyüşçülərə bütün hallarda, şəxsi ləyaqətinə qarşı təhqirlər, xüsusən də təhqiramiz və ləyaqəti alçaldan rəftar qadağan edilməklə, insani münasibət göstərilməlidir. Hökmlərin çıxarılması isə sivil xalqlar tərəfindən zəruri sayılan bütün məhkəmə təminatlarını təmin edən, müntəzəm fəaliyyət göstərən məhkəmə tərəfindən həyata keçirilməlidir. 3-cü maddənin təmin etdiyi müdafiə mexanizmləri hətta şəxs hərbi əsir kimi təsnif edilməsə belə tətbiq oluna bilir.
Üçüncü şəxs atıcı
Üçüncü şəxs atıcı (ing. Third-person shooter, TPS) — oyunçu tərəfindən idarə olunan personajın ekranda göründüyü və geympleyin əsas hissəsi atışlardan ibarət olduğu videooyun janrı, üçölçülü atıcı oyun növü. Bu halda, virtual kamera, bir qayda olaraq, personajın arxasında yerləşir. Üçüncü şəxs atıcı atıcılıq üzərində strukturlaşmış və oyunçunun burada idarə etdiyi personajı üçüncü şəxs baxış bucağında gördüyü videooyundur. Üçüncü şəxs atıcılar immersiya baxımından birinci şəxs atıcılara analoqdur.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Üçüncü yol (mərkəzçilik)
Üçüncü yol (mərkəzçilik) — sağ və həddindən artıq sağ, sol və həddindən artıq sol arasında qarşıdurmalardan qaçmağa çalışan müxtəlif siyasi mövqeləri təsvir etmək üçün istifadə edilən ümumi termin. Əsasən, üçüncü yol siyasətçilərinin fikirləri ifrat sağçıların iqtisadiyyatını ifrat solçuların sosial proqramları ilə birləşdirməyə çalışır. Üçüncü yol axtarışı bəzi sosial demokratlar və sosial liberallar üçün xarakterikdir. Digər tərəfdən, onlar həm laissez-faire prinsipinin tərəfdarları tərəfindən qeyri-sabit kimi, həm də kommunistlərdən satqın kimi solçu dəyərlərin tənqidinə məruz qalırlar. Tarix boyunca və müxtəlif dövlətlərdə “üçüncü yol” termini müxtəlif mənalarda istifadə edilmişdir. XX əsrin əvvəllərində mütərəqqi insanlar özlərini üçüncü yolun tərəfdarları adlandırdılar; 1950-ci illərdə ordoliberallar, məsələn, Vilhelm Röpke. Böyük Britaniyanın baş naziri Harold Makmillan “Orta yol” kitabını yazmışdır. İngiltərədə məşhur üçüncü yol nəzəriyyəçisi sosioloq Entoni Giddens idi. Baş nazirlər Toni Bler və Qordon Braun ondan təsirlənmişdi. İqtisadiyyata dövlət nəzarəti ilə bağlı ənənəvi sosialist baxışlarından fərqli olaraq, onlar “etik sosializmi” ideal hesab edirdilər.
Üçüncü Ağrı üsyanı
Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır. == Zəmin == 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur.
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. Kənd Quruçayın sahilindədir. Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Üçüncü Milli
Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (kürd nəsillərindən birinin adı) köçüb gəlmiş kürd ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir. Kənd dağətəyi ərazidə yerləşir.
Üçüncü Qarakilsə
Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
Üçüncü Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Üçüncü Zobucuq
Üçüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.
Üçüncü minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termodinamikanın üçüncü qanunu
Termodinamikanın üçüncü qanunu və ya Termodinamikanın üçüncü başlanğıcı - temperaturun tam sıfra yaxınlaşan zaman entropiyanın vəziyyətini təyin edən fiziki prinsipdir. İlk dəfə Termodinamikanın üçüncü qanunu alman kimyaçı alimi Valter Herman Nernst (1864-1941) tərəfindən yaradılmışdır. Termodinamikanın üçüncü qanununun Maks Plank tərəfindən verilən şərhində deyilir: "mütləq sıfır temperaturda sistemin ola biləcəyi bütün tarazlıq hallarında entropiya dəyişməz qalır" lim T → 0 K [ S ( T , x 2 ) − S ( T , x 1 ) ] = 0 {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left[S(T,x_{2})-S(T,x_{1})\right]=0} və ya lim T → 0 K ( ∂ S ∂ x ) T = 0 , {\displaystyle \lim \limits _{T\to \,0\,K}\left({\frac {\partial S}{\partial x}}\right)_{T}=0,} burada x {\displaystyle x} — müxtəlif termodinamik parametrdir. Termodinamikanın üçüncü qanunu Nernst tərəfindən empirik üsulla müəyyənləşdirilmişdir. Bu səbəbdən bir çox ədəbiyyatlarda bu qanun "Nernstin istilik teoremi" adlandırılır.
Üçüncü Efes Məclisi
Üçüncü Efes Şurası 475-ci ildə Anadolunun Efes şəhərində keçirilmişdir. İsgəndəriyyə Papası II Timoteyin sədrliyi ilə keçirilən iclasda Peter Fuller, sonra Antakiyanın Patriarxı və Efes Exarxı Paul da iştirak etmişdir. Bu, Xalkidon kilsə məclisini və xüsusilə Leonun kitabını qınayan İmperatorluq boyunca 500–700 yepiskop tərəfindən imzalanmış İmperator Baziliskusun son bir ensiklini təsdiqlədi. Bu məclis, beləliklə Xalkidonun Şərq Pravoslavlığı üçün ən əhəmiyyətli sinodik qınaqlarından birini təşkil edir. Bəzi Xalkidonların, Qeyri-Xalkidonların Eutychesin səhv təlimlərini qəbul etdikləri barədə ittihamlarına cavab olaraq, Üçüncü Efes iştirakçıları Məsihin insanlığına xələl gətirən bütün təlimləri anatematizasiya etmişdilər, lakin Eutyches haqqında heç bir açıq söz demədən bunu etdilər. Bundan əlavə, məclis, Trakya, Pont və Asiya üzərindəki Konstantinopol Patriarxiyasına səlahiyyət verərək Xalkidonda güzəştə gedilən Efes Kilsəsinin (Asiya sivil yeparxiyasına uyğun olaraq) tam muxtariyyətini bərpa etdi.
Üçüncü Fransa Respublikası
Üçüncü Fransa Respublikası (fr. Troisième République) — Fransa tarixinin 4 sentyabr 1870-ci ildən 10 iyul 1940-cı ilə qədər əhatə edən dövrü. 1870-ci ilin iyul ayının 19-da Fransa Prussiyaya müharibə elan etdi. Müharibənin başlanmasına səbəb İspaniya taxt-tacı uğrunda mübarizə, bəhanə isə Ems depeşesi (depeşe-təcili teleqram deməkdir) idi. Otto Bismark tərəfindən təhrif olunmuş formada hazırlanan bu depeşedə III Napoleon demək olar ki, alçaldılmışdı. Hərbi əməliyyatların gedişində Vaysenburq və digər döyüşlər Fransa komandanlığının məğlubiyyəti ilə başa çatmış oldu. Qravelot və Sen-pri döyüşlərində isə Fransanın marşal Bazenin başçılıq etdiyi ikinci böyük ordusu Mets qalasında mühasirəyə alındı. Qalada mühasirədə olanlara kömək məqsədilə Üçüncü Napoleonun da tərkibində olduğu növbəti bir ordu buraya yürüş etdi. Lakin bu hücum da uğursuz nəticələndi və ordu Sedan ətrafına çəkilməli oldu. 1 sentyabr 1870-ci ildə Sedan ətrafında on doqquzuncu əsrin ən böyük artilleriya döyüşü baş verdi.
Üçüncü Səlib yürüşü
Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi. Üçüncü Səlib yürüşü (1189-1192) Böyük xristian liderlərinin (İngiltərə, Fransa və Müqəddəs Roma İmperiyası) 1187-ci ildə Səlahəddin tərəfindən Qüdsü zəbt etməsindən sonra müqəddəs torpağı yenidən alma cəhdi idi. Akre və Yaffa'nın ən əhəmiyyətli şəhərlərini geri alması və Səlahəddin fəthlərinin əksəriyyətini geri alması qismən müvəffəq oldu, lakin Səlib yürüşünün və dini diqqətinin əsas hədəfi olan Qüdsü geri ala bilmədi. Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər. Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatmışdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı.
Üçüncü kosmik sürət
Üçüncü kosmik sürət — Yer səthində yerləşən cismin Yer kürəsi və Günəşin cəbetmə qüvvəsini dəf etməsi üçün lazım olan sürət. Saniyədə təqribən 17 min kilometrdir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza
Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) ==== Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.
On üçüncü qəbilə (Artur Kostler)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır. Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir. Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu. Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.
On üçüncü qəbilə (kitab)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır. Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir. Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu. Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.
On üçüncü simfoniya (Motsart)
On üçüncü simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1771-ci ilin payızında yazılmışdır. Simfoniyanın ilk ifası 1771-ci il noyabrın 22-si və ya 23-də olmuşdur. Simfoniya 4 hissədən ibarətdir, ifa müddəti təxminən 15 dəqiqədir. Allegro, 3/4 Andante, 2/4 Menuetto və Trio, 3/4 Molto allegro, 3/8 Ноти на IMSLP Mozart, Wolfgang Amadeus; Giglberger, Veronika (preface), Robinson, J. Branford (transl.) (2005). Die Sinfonien III.. Kassel: Bärenreiter-Verlag. p.
On üçüncü sülalə (Misir)
XIII sülalə — Qədim Misirdə ikinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. Başqa bir mülahizəyə görə Orta padşahlığa aiddir. Təxminən e.ə. 1803–1649-cu illərdə hökmdarlıq etmişlər. Manefon yazılarında XII və XIII sülalələrinin Tebes şəhərindən olduqlarını göstərir. Bu fakt isə onların qohum olduqlarını deməyə imkan verir. XIII sülalənin fironları ilk vaxtlar Orta və Yuxarı Misirdə bütün əraziləri idarə etdilər. Ölkənin paytaxtı İttaui şəhəri idi. XIII sülaləsinin hakimiyyəti dövründə Misir kifayət qədər sabit bir dövlət olaraq qaldı. Ancaq bu mülahizə mübahisə mövzusudur.
Otuz üçüncü simfoniya (Motsart)
Otuz üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 9 iyul 1779-cu ildə tamamlanmışdır. Simfoniyanın əlyazması hazırda Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır. 1785-ci ildə Motsart otuz üçüncü simfoniyasını Vyana Artaria nəşriyyatında çap etdirdi. Volfqanq Amadey Motsart bir il sonra, 8 avqust 1786-cı ildə Donauesçingendəki Şahzadə Fürstenberqə məktubunda qeyd edirdi ki, Ⅶbir orkestrə sahib olun ki, insanlar yalnız öz ölkəm üçün bəstələdiyim əsərlərə sahib ola bilsinlər, bu mənim kiçik düşüncələrimə görə çox xoş olardı.” Simfoniya 4 hissədən ibarətdir və ifa müddəti təxminən 23 dəqiqədir. Allegro assai, 3/4 Andante, 2/4 Menuetto, 3/4 Final: Allegro assai, 2/4 Wolfgang Amadeus Mozart: Sinfonia in si bem, K. 319. P. R. 798, Ricordi-Verlag, Mailand (Taschenpartitur). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff´s Verlag, Braunschweig ohne Jahresangabe (Ausgabe von ca.
Respublikaya üçüncü Lenin ordeni (film, 1983)
Film Azərbaycan Respublikasının xalq təsərrüfatının bütün sahələrində əldə etdiyi nailiyyətlərə görə respublikanın üçüncü dəfə Lenin Ordeni ilə təltif edilməsi haqqında danışır.
Sabunçu üçüncü seçki dairəsi
Sumqayıt üçüncü seçki dairəsi
Suraxanı üçüncü seçki dairəsi
İyirmi üçüncü sülalə (Misir)
XXIII sülalə - Qədim Misirdə hakimiyyətdə olmuş və üçüncü aralıq dövrə aid edilən sülalə. Liviyadan gəlmiş meşveş bərbərlərinin nəslindən idilər. Arxeoloji tapıntıların azlığından bu sülalə barədə geniş məlumat yoxdur. Güman edilir ki, onlar Yuxarı Misirdə hökmranlıq ediblər. Və hakimiyyətlərinin bir hissəsi XXII sülalə ilə üst-üstə düşüb. Məlumdur ki, XXIII sülalə Aşağı Misirdəki Tanis şəhərindən olublar. Ancaq bu şəhər XXII sülalənin hakimiyyəti altında idi. Buna görə yeni xanədanlıq doğma şəhərlərini tərk edərək Leontopolisə gəlmişlər. Pianxinin stelasında firon II İtupun Leontopolisi paytaxt kimi istifadə etdiyi qeyd edilir. Bu dövrdə Tebes kahinləri Yuxurı Misirdə təsirlərini saxlayırdılar.
Üçüncü ingilis-holland müharibəsi
Üçüncü ingilis — holland müharibəsi-İngiltərə və Hollandiya arasından baş vermiş müharibə. İngiltərə bu müharibəyə ingilis kralı II Karl və fransız kralı XIV Lüdovik arasında bağlanan gizli saziş əsasında daxil oldu. İngilislər qəflətən holland donanmasına hucum etdilər. 1673-cü ilin avqustunda Röyterin komandanlığı altında holland donanması birləşmiş ingilis-fransız donanmasını Teksel yanında darmadağın etdi. Dənizdəki məğlubiyət və Hollandiyadan daha təhlükəli rəqibə çevrilən Fransanın güclənməsindən qorxuya düşən ingilislər müharibədən çıxdılar. 19 fevral 1674-cü il Vestminster sülh sazişi 1667-ci il Bred traktatını qüvvədə saxladı. Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.
Üçüncü İngilis-Birma müharibəsi (1885–1887)
Üçüncü İngilis-Birma müharibəsi - 1885–1887-ci illərdə kral Tibonun hakimiyyəti dövründə baş vermiş və Birmanın müstəqilliyini itirməsi ilə nəticələnən növbəti ingilis-birma müharibəsi. İki İngilis-Birma müharibəsindən sonra Britaniyanın Birmadakı təsir dairəsi genişləndi. Bu da öz növbəsində ölkənin iqtisadi və dövlət müstəqilliyinin tam itirilməsi təhdidi doğurdu. Ölkənin böyük hissəsini işğal edən Britaniyaya qarşı mübarizə aparmağa çalışan kral Tibo Fransa ilə Laosdan Mandalaya qədər dəmir yolu xəttinin çəkilməsinə və İravadidə hərbi donanma yaradılmasına dair müqavilə imzaladı. İngilislər fransızların Birmaya nüfuz etməsini önləmək məqsədilə bu ölkəni tam olaraq öz müstəmləkəsinə çevrimək qərarına gəldilər. Britaniyanın Birmadakı ali komissarı Birma hökumətinin ölkə suverenliyini Britaniyaya güzəştə getməyə razı olmamasına görə ultimatium verdi. Bu da öz növbəsində üçüncü İngilis-Birma müharibəsinin başlanması ilə nəticələndi. Müasir silahlarla silahlanmış ingilis qoşunlarından fərqli olaraq Birma qoşunları pis təşkil olunmuş, ox və nizə ilə silahlanmışdı. Hərbi üstünlüyündən faydalanan ingilislər 1885-ci ildə Birmanın mərkəzi Mandalaya çay boyu yürüş edərək asanlıqla paytaxtı zəbt etdilər. Paytaxt demmək olar ki, müqavimətsiz tutuldu.

üçüncü sözünün leksik mənası və izahı

üçüncü sözünün rus dilinə tərcüməsi

  • 2 I порядк. числит. третий (-ья, -ье, -ьи): 1. идущий после второго, следующий за вторым. Üçüncü il третий год, üçüncü mərtəbə третий этаж 2. лично не заинтересованный в ч ем-л.; посторонний. Üçüncü şəxsin iştirakı ilə с участием третьего лица 3. третьестепенный, не главный по значению. Belə məsələlər üçüncü planda olmalıdır такие вопросы должны быть на третьем плане II в знач. сущ. 1. третье (десерт к обеду, сладкое блюдо). Üçüncüyə kompot verirlər на третье подают компот 2. üçüncülər третьеклассники (ученики третьего класса). Üçüncülər müsabiqənin qalibləri oldular победителями конкурса стали третьеклассники ◊ üçüncü zəng третий звонок: 1. последний сигнал об отправлении, применявшийся на транспорте 2. последний сигнал начала театрального представления, киносеанса и т.п.; xoruzun üçüncü banı третьи петухи (пение петухов перед рассветом); üçüncü nəsil третье поколение (о внуках); üçüncü sürət третья скорость; üçüncü adam artıqdır третий лишний

    Azərbaycanca-rusca lüğət / üçüncü

üçüncü sözünün inglis dilinə tərcüməsi

üçüncü sözünün fransız dilinə tərcüməsi

üçüncü sözünün ləzgi dilinə tərcüməsi

"üçüncü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üçüncü nədir? #üçüncü sözünün mənası #üçüncü nə deməkdir? #üçüncü sözünün izahı #üçüncü sözünün yazılışı #üçüncü necə yazılır? #üçüncü sözünün düzgün yazılışı #üçüncü leksik mənası #üçüncü sözünün sinonimi #üçüncü sözünün yaxın mənalı sözlər #üçüncü sözünün əks mənası #üçüncü sözünün etimologiyası #üçüncü sözünün orfoqrafiyası #üçüncü rusca #üçüncü inglisça #üçüncü fransızca #üçüncü sözünün istifadəsi #sözlük