IBM sözü azərbaycan dilində

IBM

Yazılış

  • IBM • 98.9529%
  • Ibm • 0.5236%
  • IBm • 0.5236%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
IBM
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
IBM PC
IBM PC – IBM firması tərəfindən istehsal olunmuş ilk fərdi kompüter. 70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildə mikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi və elektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasını inteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olan Santa-Klarada (Kaliforniya ştatı) yerləşən Intel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu... Nəhayət, 1978 –cı ildə Intel 16 bitli i8086 mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı.
IBM-compatible computer
IBM Global Financing
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. == Məqsədi == IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. == Mahiyyəti == Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi.Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir == Fəaliyyət miqyası == IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var. Hazırda 55-dən çox ölkədə fəaliyyət göstərməklə qlobal bazarda xərclərin azaldılması və texnologiyaların effektiv çatdırılmasına xidmət edir.
IBM PC/AT
IBM PC/AT <pi-si ey-ti> – (AT – “Advanced Technology” sözlərinin qısaltması) IBM PC kompüterlərinin üçüncü nəsli. 1984-cü ildə IBM 5170 tipli maşın kimi yaradılıb. AT kompüterinin özəllikləri: • AT şini (AT BUS): AT ana lövhəsi 16-mərtəbəli verilənlər şininə, 24-mərtəbəli ünvan şininə malik idi. Bu da həcmi 16 Mbayt olan operativ yaddaşı ünvanlamağa imkan verirdi (müqayisə üçün: orijinal IBM PC modelində bu, 640 Kbayt idi). Bununla belə, əski nümunəli kartlarla (verilənlər şini ¬– 8 bit, ünvan şini – 20 bit) uyumluluq təmin olunurdu. • 84-klavişli klaviatura: 84-cü klaviş SysRq (System Request) idi; rəqəm klaviaturası əsas klaviş blokundan ayrı yerləşdirilmişdi; Caps lock/Scroll lock/Num lock klavişləri üçün indikator. Sonradan IBM PC/AT kompüterləri 101-klavişli klaviatura ilə təmin olundu. • Verilənləri saxlamaq üçün 1.2 Mbayt tutumu olan disketləri dəstəkləyən 5¼ düymlük disk qurğuları tətbiq olunurdu (keçmiş IBM PC modelində bu tutum 360 Kbaytdan çox deyildi). Tezliklə IBM PC/AT modeli 3½ düymlük disksürənlərlə təchiz olundu. • Tutumu 20 Mbayt olan sərt disk əvvəlki IBM PC/XT modelindən iki dəfə sürətli idi (40 ms).
IBM PC/XT
IBM PC/XT <pi-si iks-ti> – (XT – “eXtended Technology” sözlərinin qısaltması); IBM PC kompüterlərinin ikinci nəsli. 1983-cü ilin martında IBM 5160 tipli maşın kimi yaradılıb. Onaltıbitlik Intel 8088 prosessorunun bazasında qurulub. İstehsalı 1986-cı ilədək davam edib. Orijinal IBM PC kompüterindən fərqli olaraq sistem blokunda 10 Mbayt (sonradan 20 Mbayt) tutumu olan sərt disk quraşdırılmışdı. Operativ yaddaşı 128 Kbayt, yaxud 256 Kbayt idi (640 Kbaytadək artırıla bilərdi). İkinci sərt disk və disksürən (5¼") əlavə etmək imkanı vardı. Baza konfiqurasiyası monoxrom MDA, yaxud 16-rənglik CGA monitoru ilə təchiz edilmişdi. Klaviaturası 84 klavişdən ibarət idi. Əməliyyat sistemi olaraq PC-DOS 2.0 istifadə olunurdu.
Harvard-IBM Mark 1
Mark I (Harvard Mark I, Automatic Sequence Controlled Calculator) - 1930-cu illərin sonu, 1940-cı illərin başlanğıcında Harvard Universitetində (ABŞ) Hovard Ayken (Howard Aiken) tərəfindən işlənib hazırlanmış və IBM firması tərəfindən quraşdırılmış elektromexaniki hesablama maşını. Ölçüləri uzununa 15 m, hündürlüyə 2.5 m olan bu kompüter 23 onluq mərtəbəyədək ədədlər üzərində hesab əməllərini yerinə yetirə bilirdi. Giriş və çıxış perfokartlar vasitəsilə, əməliyyatların idarə olunması isə perforasiya olunmuş kağız lentlər vasitəsilə həyata keçirilirdi. Mark I istismara 1944-cü ilin avqustunda verilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.48 dəfə / 1 mln.
2005 ••• 0.67
2008 •• 0.49
2009 •••• 0.80
2010 ••••• 1.09
2011 •• 0.43
2012 ••••••• 1.55
2013 ••••• 1.02
2014 ••• 0.51
2015 •••••••••••• 2.72
2016 •••••••• 1.74
2017 •••••••••••••••••••• 4.88
2018 ••••••••••••••••••• 4.49
2019 ••••••••••••••• 3.48
2020 •• 0.40

Oxşar sözlər

#ıbm nədir? #ıbm sözünün mənası #ıbm nə deməkdir? #ıbm sözünün izahı #ıbm sözünün yazılışı #ıbm necə yazılır? #ıbm sözünün düzgün yazılışı #ıbm leksik mənası #ıbm sözünün sinonimi #ıbm sözünün yaxın mənalı sözlər #ıbm sözünün əks mənası #ıbm sözünün etimologiyası #ıbm sözünün orfoqrafiyası #ıbm rusca #ıbm inglisça #ıbm fransızca #ıbm sözünün istifadəsi #sözlük