Intel sözü azərbaycan dilində

Intel

Yazılış

  • Intel • 99.5885%
  • INTEL • 0.4115%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Intel
Intel Corporation (tələffüz edilir: "İntel Karpereyşn") — ABŞ şirkəti. Geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlər, sistem məntiqi qurğuları və s. istehsal edir. Mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. == Tarixi == Şirkəti Robert Noys və Qordon Mur Fairchild Semiconductor şirkətindən getdikdən sonra 18 iyul 1968-ci ildə təsis ediblər. Sonradan onlara Endryu Qrouv də şəriklik etdi. Şirkətin biznes-planı Robert Noysun çap maşınında hazırlandı və cəmi bir səhifə təşkil edirdi. Əvvəl Fairchild şirkətinə yardım edən maliyyəçi onlara $2,5 milyon həcmində ilkin kapital verdi. İntel 1971-ci ildə Busicom yapon şirkəti ilə əməkdaşlıq etdikdən sonra ona ilk uğur gəldi. O zaman İntel on iki xüsusi mikrosxemə sifariş aldı, ancaq mühəndis Ted Haffanın təklifi ilə bir ədəd universal Intel 4004 mikpoprosessoru hazırladı.
Intel 4004
Intel 4004 – fərdi kompyuterlərdə "beyn" adlanan, riyazi və məntiqi əməliyyatları yerinə yetirən qorğu. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu. i4004 mikroprosessoru 4 bitli idi və 2300 tranzistor üzərində qurulmuşdu. O, 750 kHs takt tezliyi, 10,8 mks əmr dövrü üzunluğu ilə işləyirdi. i4004 cəmi 16 ayaqlı plastmas və ya metal-keramik korpus içərisində yerləşdirilmişdi. Bu mikroprosessorun əmr sistemini 46 təlimat təşkil edirdi və funksional tərkibinə görə onlar kifayət qədər universal idi. Bu, prosessorun tətbiq sahəsini xeyli genişləndirdi. Bununla yanaşı prosessorun əmr sistemi məlumatlar üzərində VƏ (AND), VƏYA (OR) kimi məntiqi əməliyyatları həyata keçirmək üçün təlimatlara malik deyildi. Bu əməliyyatları aparmaq üçün xüsusi alt proqramlardan istifadə olunması nəzərdə tutulurdu, bu da proqram təminatını xeyli mürəkkəbləşdirirdi.
Intel 486SL
Intel486SL(en. Intel486SL)- i486DX mikroprosessorunun az enerji sərf edən və əsasən fərdi kompüterlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş modifikasiyası. i486DX’in xarakteristikalardan əlavə i486SL’də işçi gərginlik 3.3 V-dur (i486DX’də 5 V), 3.3 V və ya 5 V’luk RAM modulları və ISA adapterləri ilə, kölgə (shadow) yaddaş ilə işləyə bilir və xüsusi sistemin idarəedilməsi rejiminə (System Management Mode, SMM) malikdir. Intel şirkətinin SMM terminin ifadə etdiyi texnologiya mikroprosessora imkan verir ki, sistem məşğul olmadıqda və ya mərkəzi prosessorun intensiv istifadəsinin gərəkli olmadığı işi gördükdə sistemin bəzi komponentlərinin işini ləngitsin və ya dayandırsın və beləliklə, qurğuların xidmət müddətini uzatsın. Tut: i486DX, SHADOW MEMORY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Intel 80486SL
Intel486SL(en. Intel486SL)- i486DX mikroprosessorunun az enerji sərf edən və əsasən fərdi kompüterlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş modifikasiyası. i486DX’in xarakteristikalardan əlavə i486SL’də işçi gərginlik 3.3 V-dur (i486DX’də 5 V), 3.3 V və ya 5 V’luk RAM modulları və ISA adapterləri ilə, kölgə (shadow) yaddaş ilə işləyə bilir və xüsusi sistemin idarəedilməsi rejiminə (System Management Mode, SMM) malikdir. Intel şirkətinin SMM terminin ifadə etdiyi texnologiya mikroprosessora imkan verir ki, sistem məşğul olmadıqda və ya mərkəzi prosessorun intensiv istifadəsinin gərəkli olmadığı işi gördükdə sistemin bəzi komponentlərinin işini ləngitsin və ya dayandırsın və beləliklə, qurğuların xidmət müddətini uzatsın. Tut: i486DX, SHADOW MEMORY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Intel 8080
Intel 8080 — 1974-cü il aprelin 1-də Intel tərəfindən təqdim edilən mikroprosessor. Əvvəlki İntel 8008 dizaynın təkmilləşdirilmiş variantı idi. Prosessor 8 bit (A, B, C, D, E, H, və L) registerə sahib idi.
Intel Architecture
IA-32 (Intel Architecture-32) — Intel şirkətinin 32-mərtəbəli arxitekturaya malik 80386, 80486, Pentium, Pentium Pro, Pentium II, Celeron və Xeon mikroprosessorlarının ümumi işarəsi. Bu arxitekturanın bir sıra çatışmazlıqları Intel’i yeni IA-64 arxitekturasını işləyib hazırlamağa məcbur etdi. IA-64(Intel Architecture-64)– Intel şirkətinin 64-mərtəbəli arxitekturaya malik Merced, Itanium tipli prosessorlarının ümumi işarəsi. 1994-cü ildən Hewlett-Packard şirkətinin fəal iştirakı ilə işlənib hazırlanıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Intel mikroprosessorları
İntel mikroprosessorlarının siyahısı — Intel şirkətinin istehsal etdiyi mikroprosessorlar. == Siyahı == == Xarici keçidlər == Список всех микропроцессоров Intel на ark.intel.com (англ.) Музей Intel: История микропроцессора (англ.) Сравнение производительности мобильных процессоров (англ.) Современные процессоры Intel: 2-е полугодие 2009. Энциклопедия.
Intel çipsetləri
İntel çipsetləri — LX çipsetləri-66 MHz tezliyində olur və soket370və slot1 prosessorlarını dəstəkləyir. 3DİMM slota malikdirlərvə maksimum 768MB SDRAM destekləyir. Qiymət olaraq başqa çipsetlərə görə daha ucuzdur. ZX çipsetləri-həm 66 MHz, həm də 100 MHz tezlikdə işləyir. Celeron, PentiumII və PentiumIII prosessorları dəstəkləyir. 2DİMM slotu var və 512MB SDRAM-ı dəstəkləyir. Qiymət olaraq LX çipsetindən daha baha ancaq Bx çipsetindən daha ucuzdur. BX çipsetləri-66 MHz və 100 MHz tezlikdə işləyir. Celeron. Pentium II və Pentium III prosessorlarını dəstəkləyir.
Intel Core
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır. Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir. Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək. == Ümumi baxış == Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb.
Intel X58 çipseti
Intel X58 – Intel çipseti, 2008-ci ilin noyabr ayında anons edilən "X" çipsetlər xəttinin davamı. Qısa xarakteristikaları: Core i7 və Core i7 Extreme Edition ailəsindən olan prosessorlar, Nehalem mikroarxitekturasına əsaslanan, QPI şini ilə bu prosessorlara qoşulan: Əlavə 2 qrafiki PCI Express 2,0×16 interfeysi, hər birinin daha yarım sürətlə 2 hətta sürətlə 2 qrafiki interfeysi bölmək imkanı olan; Cənub körpüsünə ICH 10/R qədər (2 GB/san buraxma qabiliyyəti olan) DMI şini; Onu yarı sürətli iki interfeysə bölmək imkanı olan PCI Express 2,0×4 əlavə interfeysi. Çipsetin xüsusiyyətləri: X58 çipsetinin şimal körpüsü əvvəlki X48, X38, P45 keçmiş modellərində olduğu kimi – MCH (Memory Controller Hub) deyil, IOH (Input / Output Hub) adlanır. Prosessora köməyə münasibətdə çipsetin QPI portu var və bu şini (Bloombed nüvəsi) istifadə edən istənilən prosessorlar intel 58 bazasının platalarında işləyirlər. Düzdür, QPI portunun maksimal buraxma qabiliyyəti 4,8 və ya 6,4 GT/san (saniyədə milyardlarla göndərmə) ola bilər ki, bu da iki istiqamətin hər birində eyni vaxtda 9,6 və ya 12,8 GB/san-yə uyğundur. Buraxma qabiliyyətindəki fərq istifadə edilən prosessorun növü ilə müəyyən olunur (daha çox Core i7 Extreme Edition üçün), həm də böyük buraxma qabiliyyəti baza tezliyinin artırılması hesabına deyil (hansı ki bu "Quad-Pumped Bus FSB"-də olmuşdur), BCLK (133 MHz) bazasına nisbətən surətçıxaranın artırılması hesabına artırılır. X58 qrafiki interfeysi 2 müstəqil PCI Express 2,0×16 portunun düzülüşünü təmin edir. Ancaq X38 və X48 də belə imkanlara malik idi, həmçinin NVIDIA böyük çipsetləri də, lakin Nehalem altında bu birinci belə xarakteristikalı çipset idi. Bloomfield üçün bu nəinki birinci, həm də yəqin ki, tək çipset idi. 5x xəttində Intelin kiçik məhsullarını yalnız Havendale və Lynnfield-ə kömək üçün buraxırlar.
Intel mikroprosessorlarının siyahısı
İntel mikroprosessorlarının siyahısı — Intel şirkətinin istehsal etdiyi mikroprosessorlar. == Siyahı == == Xarici keçidlər == Список всех микропроцессоров Intel на ark.intel.com (англ.) Музей Intel: История микропроцессора (англ.) Сравнение производительности мобильных процессоров (англ.) Современные процессоры Intel: 2-е полугодие 2009. Энциклопедия.
Intel High Definition Audio
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.
Intel486DX
İ486DX (= 80486, = 486) (en. İ486DX (= 80486, = 486)) – 1989-cu ildə Intel firmasının buraxdığı mikroprosessor. i486DX öz sələfi 80386 mikroprosessoru kimi, 32-mərtəbəli registrlərə, 32-bitli verilənlər şininə və 32-bitli ünvanlamaya malik prosessordur; 80386 ilə müqayisədə, özəl keş-kontroller, sürüşkən nöqtəli 80387 soprosessorunun özəl ekvivalenti, multiprosessorlu is rejimi kimi bir sıra təkmilləşmələrə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
IntelH77 çipseti
IntelliJ IDEA
IntelliJ IDEA JetBrains tərəfindən yaradılan Java IDEdir. Google tərəfindən Android Studio IntelliJ Community Edition üzərdə yaradılıbdır.IntelliJ ilk versiyası 2001-ci ildə istifadəyə verilibdir. İntelliJ 12.1 versiyası Java 8, Scala, Play framework və s dəstəkləyir.
Intelligent Machines Journal
"InfoWorld" (əvvəllər "The Intelligent Machines Journal") — ABŞ informasiya texnologiyaları jurnalı. 1978-ci ildə əsası qoyulmuş, aylıq jurnal kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə şirkət jurnalı yalnız onlayn nəşr etmək qərarına gəldi. Sahibi "International Data Group" şirkətidir. "InfoWorld"un baş qərargahı San-Fransiskoda yerləşir.Yarandığı gündən "InfoWorld"un əsas oxucuları informasiya texnologiyaları və biznes mütəxəssisləri olmuşdur. "InfoWorld" öz diqqətini təcrübəli texnoloji jurnalistlərin və praktiki təcrübəçilərin praktiki, analitik və redaksiya məzmununa yönəldir. Sayt ayda orta hesabla 4,7 milyon, ayda 1,6 milyon unikal ziyarətçi əldə edir. == Tarixi == "InfoWorld" 1978-ci ildə Cim Vorren tərəfindən "Intelligent Machines Journal" adı altında təsis edilmişdir. Jurnal 1979-cu ilin sonlarında onu "IDG"yə satılmışdır. Növbəti ilin əvvəlində jurnalın adı "InfoWorld" olaraq dəyişdirilmişdir.
Intelligenzaktion
"Intelligenzaktion" (alm. «Ziyalılar» əməliyyatı‎, Almanca tələffüz: [ɪntɛliˈɡɛnt͡s.akˌt͡sjoːn]; həmçinin Flurbereinigung və Direkteaktion) — 1939–1940-cı illərdə Nasist Almaniyasına birləşdirilən Polşa torpaqlarının ərazisində və qismən də Almaniyanın nəzarətində olan digər ərazilərdə Polşa elitasına, əsasən ziyalılara qarşı həyata keçirilən repressiyaların ümumi adı. Əməliyyat etnik təmizləmə və soyqırım xarakteri daşıyır, bəzi hallarda yəhudi əhalisinin məhvi ilə müşayiət olunurdu. "Intelligenzaktion" zamanı 50 minə yaxın müəllim, keşiş, azad peşələrin nümayəndələri və yerli zadəganlar, ictimai-siyasi xadimlər, habelə istefada olan hərbçilər və vətənpərvər təşkilatların üzvləri metodik şəkildə edam edilmişdir. Daha 50 min nəfər həbs düşərgələrinə sürgün edilmiş, burada onların yalnız cüzi bir hissəsi sağ qalmışdır. 1939-cu ilin sentyabrından 1940-cı ilin aprelinə qədər Polşanın müxtəlif regionlarında edamlar həyata keçirilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Lukas, Richard C. Forgotten Holocaust: The Poles Under German Occupation 1939-1944. Hippocrene Books. 2012 [1986]. ISBN 9780781809016.
IntelliJ Software
JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti. Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var.Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb. == Tarixi == Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev tərəfindən təsis edilmişdir. Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi. 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi. 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər. JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi. Hücuma məruz qalan şirkətlərdən biri olan SolarWinds-in baş direktoru, "kodun işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirən JetBrains tərəfindən hazırlanmış proqram alətlərinin yol olması ehtimalı" barədə soruşdu: "cənab Ramakrişna hələ də heç bir sübut olmadığını söylədi".2022-ci ildə Rusiya–Ukrayna müharibəsinə cavab olaraq, şirkət Rusiyadakı satış və TƏ-İN fəaliyyətini qeyri-müəyyən müddətə, həmçinin Belarusda satışını dayandırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.48 dəfə / 1 mln.
2004 •• 0.34
2006 ••••• 0.90
2007 •••••• 1.27
2008 •••• 0.73
2009 •••••••••••••••••••• 4.48
2010 •••• 0.73
2011 •••••••••• 2.14
2012 •••••••••••••• 2.93
2013 ••••• 1.02
2014 •••••••••••• 2.57
2015 •••••••••• 2.21
2016 •••• 0.69
2017 •• 0.33
2018 ••• 0.45
2019 ••••••• 1.39
2020 ••• 0.53

Oxşar sözlər

#ıntel nədir? #ıntel sözünün mənası #ıntel nə deməkdir? #ıntel sözünün izahı #ıntel sözünün yazılışı #ıntel necə yazılır? #ıntel sözünün düzgün yazılışı #ıntel leksik mənası #ıntel sözünün sinonimi #ıntel sözünün yaxın mənalı sözlər #ıntel sözünün əks mənası #ıntel sözünün etimologiyası #ıntel sözünün orfoqrafiyası #ıntel rusca #ıntel inglisça #ıntel fransızca #ıntel sözünün istifadəsi #sözlük