IntelliJ sözü azərbaycan dilində

IntelliJ

Yazılış

  • IntelliJ • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
IntelliJ IDEA
IntelliJ IDEA JetBrains tərəfindən yaradılan Java IDEdir. Google tərəfindən Android Studio IntelliJ Community Edition üzərdə yaradılıbdır.IntelliJ ilk versiyası 2001-ci ildə istifadəyə verilibdir. İntelliJ 12.1 versiyası Java 8, Scala, Play framework və s dəstəkləyir.
IntelliJ Software
JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti. Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var.Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb. == Tarixi == Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev tərəfindən təsis edilmişdir. Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi. 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi. 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər. JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi. Hücuma məruz qalan şirkətlərdən biri olan SolarWinds-in baş direktoru, "kodun işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirən JetBrains tərəfindən hazırlanmış proqram alətlərinin yol olması ehtimalı" barədə soruşdu: "cənab Ramakrişna hələ də heç bir sübut olmadığını söylədi".2022-ci ildə Rusiya–Ukrayna müharibəsinə cavab olaraq, şirkət Rusiyadakı satış və TƏ-İN fəaliyyətini qeyri-müəyyən müddətə, həmçinin Belarusda satışını dayandırdı.
#ıntellij nədir? #ıntellij sözünün mənası #ıntellij nə deməkdir? #ıntellij sözünün izahı #ıntellij sözünün yazılışı #ıntellij necə yazılır? #ıntellij sözünün düzgün yazılışı #ıntellij leksik mənası #ıntellij sözünün sinonimi #ıntellij sözünün yaxın mənalı sözlər #ıntellij sözünün əks mənası #ıntellij sözünün etimologiyası #ıntellij sözünün orfoqrafiyası #ıntellij rusca #ıntellij inglisça #ıntellij fransızca #ıntellij sözünün istifadəsi #sözlük