Inter sözü azərbaycan dilində

Inter

Yazılış

  • Inter • 97.2603%
  • INTER • 2.7397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti.Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır. Avstriya (Lichtenstein daxil olmaqla), Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Finlandiya, Almaniya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Yunanıstan, Macarıstan, Makedoniya Respublikası, İtaliya, Lüksemburq, Monteneqro, Niderland, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə.
3DO Interactive Multiplayer
3DO Interactive Multiplayer (və ya sadəcə 3DO) — 1993–1996-cı illərdə "Panasonic", "Sanyo", "Creative Technology" və "GoldStar" tərəfindən istehsal edilmiş videooyun konsolu. Konsol "The 3DO Company" şirkətinin texniki tələbləri əsasında istehsal olunmuşdur və ilk növbədə "New Technologies Group" işçiləri olan Deyv Nidl ilə Robert Cey Mikal tərəfindən tərtib edilmişdir. Konsolun yaradılması ideyası "Electronic Arts" korporasiyasının qurucusu Trip Hokinsə məxsusdur.Fəal marketinq kampaniyası və yeni texnologiyaların istifadəsinə baxmayaraq, konsolun qiyməti, "Sega" və "Nintendo" kimi nəhəng şirkətlərin fəaliyyəti və konsol bazarının həddən artıq məhsulla təmin olunması onun uğursuz olmasına gətirib çıxarmışdır. == Modellər == Panasonic FZ-1 R.E.A.L. 3DO Interactive Multiplayer. Panasonic FZ-10 R.E.A.L. 3DO Interactive Multiplayer. Goldstar 3DO Interactive Multiplayer. Goldstar 3DO ALIVE II . Sanyo TRY 3DO Interactive Multiplayer. Creative 3DO BLASTER. Panasonic ROBO Hotel Unit. SAMSUNG 3DO PLAYER. === Emulyatorlar === PhoenixEmuProject.
ATV International
Azad Azerbaijan International — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanırdı. Filmlər isə original dillərində nümayiş etdirilirdi. Sənədli filmlər əsasən, Ermənistanla informasiya müharibəsi ilə əlaqədar yayımlanırdı. Lakin kanalın gəlirlərinin olmaması, üstəlik populyarlığının az olması Azad Azərbaycan Teleradio Yayım Şirkətinin qənaət məqsədi ilə kanalı əlindən çıxarması fikrinə gətirib çıxartdı və bu məqsədlə 10 aprel 2013-cü il tarixində kanal SOCAR şirkətinin tabeliyinə verilmiş və kanalın adı dəyişdirilərək "CBC" (Caspian International Broadcasting Company) olmuşdur. == ATV International "Televiziya Filmləri Studiyası" == "ATV International Televiziya Filmləri Studiyası" Azərbaycanda sənədli film istehsalçılarından biridir.
Alexa Internet
Alexa Internet — Amazon.com nəzdində şirkət, öz saytı ilə tanınır, hansı ki başqa saytların ziyarətçi statistikası toplanır. Alexa, Alexa Toolbarı yükləmiş internet istifadəçiləri vasitəsi ilə informasiya yığır və bunun əsasında saytların ziyarət edilməsi statistikasını, əlaqəli linklərin siyahısını formalaşdırır. Şirkətin mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatındadır. == Tarixi == Şirkət 1996-cı ildə Brüster Keyl və Brüst Gilliat tərəfindən yaradılmışdır. Şirkət internet istifadıçilərinə tulbar (ing. toolbar) təklif edir, əvəzində isə onlara digər saytların ziyarətçi statıskasını göstərir. 1999-cu ildə Alexa, Amazon.com kompaniyası tərəfindən təxminən 250 milyon dollara satın alınmışdır.. Alexa 2002-ci ilin payızında Google, 2003-cü ilin yanvarında isə Open Directory Project şirkəti ilə əməkdaşlığa başlamışdır, amma ki 2006-cı ilin mayında Windows Live Search, Googleni axtarış nəticələri provayderi rolunda əvəz etdi. sentyabr 2006-cı il tarixində isə onlar öz Axtarış platformalarından istifadə etməyə başladılar. 2006-cı ilin dekadrında Alexa Image Search meydana çıxdı.
Amnesty International
Amnesty International (həmçinin Amnesty və ya AI adı ilə də tanınır) — əsası 1961-ci ildə Böyük Britaniyada qoyulmuş və məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsi" olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Azad Azerbaijan International Televiziyası
Azad Azerbaijan International — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanırdı. Filmlər isə original dillərində nümayiş etdirilirdi. Sənədli filmlər əsasən, Ermənistanla informasiya müharibəsi ilə əlaqədar yayımlanırdı. Lakin kanalın gəlirlərinin olmaması, üstəlik populyarlığının az olması Azad Azərbaycan Teleradio Yayım Şirkətinin qənaət məqsədi ilə kanalı əlindən çıxarması fikrinə gətirib çıxartdı və bu məqsədlə 10 aprel 2013-cü il tarixində kanal SOCAR şirkətinin tabeliyinə verilmiş və kanalın adı dəyişdirilərək "CBC" (Caspian International Broadcasting Company) olmuşdur. == ATV International "Televiziya Filmləri Studiyası" == "ATV International Televiziya Filmləri Studiyası" Azərbaycanda sənədli film istehsalçılarından biridir.
Azerbaijan International (badminton)
Azerbaijan International — Bakı şəhərində keçirilən badminton üzrə beynəlxalq turnir. Turnir Beynəlxalq Badminton Federasiyasının BWF İnternational Challenge təqviminin bir hissəsidir və elit Badminton Europe Circuit aid olunur.
Azerbaijan International (jurnal)
Azerbaijan İnternational — Jurnalın hər nömrəsi incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə bağlı müəyyən bir mövzuya həsr edilmiş təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir, məsələn Reza Degati adlı jurnalistin Parisdən gizli yolla Azərbaycana girərək 1990-cı ilin yanvarında sovet qoşunlarının küçədəki mülki əhaliyə hücum etməsi ilə müşayiət olunan faciəli gecənin şəkillərini çəkib dünyaya çatdırmağa müvəffəq olması hekayəsi. == Nadir buraxılışları == Jurnalda çap edilən digər nadir məqalələrə Misirdə, Sinay dağında professor Zaza Aleksidze tərəfindən Qafqaz Albaniyası əlifbasının (qədim udi əlifbası) tapılması və oxunması, Sufi Həmid qəbiristanlığı və Qız qalasının qış gündönümü günü ilə əlaqəsi ilə bağlı məqalələr daxildir. Azərbaycan ədəbiyyatına həsr edilmiş jurnal buraxılışlarının sayı beşdir – 1996, 1999, 2004, 2006, 2011-ci illərin yaz buraxılışları.Jurnalın Stalin repressiyalarına həsr edilmiş buraxılışından əvvəl Azərbaycanda bu mövzu ilə bağlı materiallar heç vaxt ingilis dilində çap edilməmişdi. Bu materialları Azərbaycan dilində tapmaq da olduqca çətindir. == "Əli və Nino" ilə bağlı tədqiqat == "Azərbaycan İnternəşnl" jurnalının üç cildlik 2011-ci il nömrəsi (c. 15:2-4) ilk dəfə 1937-ci ildə Avstriyada E.P. Tal nəşriyyatı tərəfindən "Qurban Səid" təxəllüsü altında çap edilmiş "Əli və Nino" romanının müəllifi ilə bağlı gizli məqamların araşdırılmasına həsr edilmişdir. Jurnalın həmin nömrəsi belə adlanır: "Azərbaycanın ən məşhur romanı "Əli və Nino"nu kim yazıb? Ədəbiyyat biznesi" (c.
Azerbaijan International jurnalı

Behaviour Interactive
Behaviour Interactive (fr. Behaviour Intéractif Inc.) — videooyunlarının inkişafında ixtisaslaşan müstəqil Kanada şirkəti. 1992-ci ildə təsis edilən şirkətin baş qərargah Kanadanın Monreal şəhərində yerləşir. Şirkətin Çilinin Santyaqo şəhərində bir filialı var. == Tarix == Şirkət "Megatoon Entertainment Group" adıyla Remi Rasin tərəfindən 1992-ci ildə Kvebek şəhərində təsis edilmişdir. 1994-cü ildə Rasin, CD-ROM üçün interaktiv əyləncə proqram təminatları üzrə ixtisaslaşan Monreal-əsaslı "Multimedia Interactive" (MMI) şirkətinin təsisçilərindən biri olmuşdur. 1996-cı ildə şirkətlərin ikisi də, "Malofilm Communications" şirkətinə satılmış, 1997-ci ildə isə "Behaviour Interactive" adı altında birləşmişdilər. 1999-cu ildə Rasin və bir neçə səhmdar studiyanı geri almış, 2000-ci ildə isə adını "Artificial Mind & Movement Inc." (A2M) qoymuşdular. 2008-ci ilin noyabr ayında şirkət Santyaqo-əsaslı "Wanako Games" studiyasını "Activision Blizzard"dan almışdır. 2010-cu ildə şirkət adını yenidən "Behaviour Interactive" olaraq dəyişmişdir.
CNN International
«CNN International» — ingilisdilli beynəlxalq televiziya kanalı olan "Time Warner" şirkətinin bölməsi olan "Turner Broadcasting System" media holdinqinə məxsusdur. Əsasən xəbərlər yayımlanan, dünya hadisələri və məşhur insanlarla müsahibələr üzrə analitik proqramlar da mövcuddur. Kanal dünyanın əksər ölkələrində göstərilir Bütün ən əhəmiyyətli anket və tədqiqatlara görə, CNN International, Avropa, Orta Şərq, Afrika və Cənubi Amerikada auditoriyaya çatmaq üçün bir nömrəli xəbər kanalıdır. 2013 və 2014-cü illərdə Böyük Britaniyada Royal Television Society "İlin Xəbər Kanalı" kimi tanınıbdır. == İstinadlar == "The Secret to 'Ailing' CNN's Success". The Wire. 2012-06-13. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14."Media: CNN International offers global reach". 2010-03-12."CNN Worldwide Fact Sheet".
Caucasian Review of International Affairs (jurnal)
Caucasian Review of International Affairs (azərb. Beynəlxalq Münasibətlərin Qafqaz İcmalı‎) — Almaniyada nəşr edilən qeyri-kommersiya akademik onlayn-jurnaldır. Jurnal 2006-cı ildən ingilis dilində nəşr olunur. Jurnalda Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqatlar çap olunur.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן,‏‎ d. 2 fevral 1969, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Disney’s Aladdin (Virgin Interactive)
Disney’s Aladdin (Virgin Interactive) — "Virgin Interactive" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Cəfər küçə oğrularından biri olan Ələddini Möcüzələr mağarasına apararaq ona sehrli çırağın yerini deyir. Ələddin sehrli çırağı tapır və bu çıraqdan üç arzunu yerinə yetirən Cin çıxır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və Əli-Ababua cildində Arabaha gələrək Jasminin könlünü almağa nail olur. Lakin Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribançılıq olur. Sultan isə onların evlənmələrinə razı olur.
DreamWorks Interactive
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
DreamWorks Interactive L.L.C.

Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Eidos Interactive
Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır. Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır. Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir. == Tarix == === Şirkətin yaranması və inkişafı === Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi. Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı.
Emap International Limited
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Enhanced Small Device Interface
ESDI (Enhanced Small Device Interface) – yüksək tutumlu sərt disklərin, yumşaq disklərin disksürənlərinin və lent qurğularının verilənləri kompüterlə yüksək sürətlə mübadilə etmələri üçün 20-ci əsrin 80-cı illərində məşhur olan standart. ESDI sinifli qurğular, adətən, verilənləri təxminən 10 Mbit/san sürətlə ötürürdü, ancaq onlar iki dəfə tez də işləyə bilərdi. İndi ESDI, praktiki olaraq, istifadədən çıxarılıb.
FINCA International
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı == Tarixçə == Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
FXB International
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat. == Tarixi == Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. "Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim." == Fəaliyyəti == Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir. == Büdcə proqramı == İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
IO Interactive
IO Interactive — videooyunlar yaradan Danimarka şirkətidir. Şirkət 1998-ci ildə Reto-Moto qrupu tərəfindən yaradılmışdır. 2004-cü ilədək müstəqil olsa da sonradan Eidos Interactive tərəfindən alınıb. Hal-hazırda isə Square Enix şirkətinə məxsusdur. İndiyə kimi buraxılan ən məşhur oyunları, öz oyun mühərrikləri Gracier-də hazırlanılan Hitman hesab edilir.
InterFood Azerbaijan
InterFood Azerbaijan — beynəlxalq qida sənayesi sərgisi. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, ət-süd məhsulları, şirələr, çay, tütün, delikates və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim olunur. == Məqsəd == InterFood Azerbaijan sərgisi qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. == Tarix == === WorldFood Azerbaijan 2018 === WorldFood Azerbaijan 2018 tədbirində dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirdilər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendləri ilə iştirak etdilər. === WorldFood Azerbaijan 2019 === WorldFood Azerbaijan 2019 sərgisində dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirdilər. (Caspian Agro sərgisi ilə bir yerdə) === InterFood Azerbaijan 2021 === InterFood Azerbaijan 2021 sərgisində Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland da daxil olmaqla 27 ölkədən 248 şirkət iştirak edir. ( Caspian Agro sərgisi ilə bir yerdə) === InterFood Azerbaijan 2022 === InterFood Azerbaijan sərgisinə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb. == Sərgi bölmələri == Sərginin aşağıdakı bölmələri mövcuddur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2010 •• 0.09
2011 •••• 0.17
2012 •••••••••• 0.52
2013 •••••••••••• 0.58
2014 ••••••• 0.34
2015 ••••••• 0.34
2016 ••••••• 0.35
2018 •••••••••••••••••••• 1.05
2019 ••• 0.14

Oxşar sözlər

#ınter nədir? #ınter sözünün mənası #ınter nə deməkdir? #ınter sözünün izahı #ınter sözünün yazılışı #ınter necə yazılır? #ınter sözünün düzgün yazılışı #ınter leksik mənası #ınter sözünün sinonimi #ınter sözünün yaxın mənalı sözlər #ınter sözünün əks mənası #ınter sözünün etimologiyası #ınter sözünün orfoqrafiyası #ınter rusca #ınter inglisça #ınter fransızca #ınter sözünün istifadəsi #sözlük