Interne sözü azərbaycan dilində

Interne

Yazılış

  • Interne • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alexa Internet
Alexa Internet — Amazon.com nəzdində şirkət, öz saytı ilə tanınır, hansı ki başqa saytların ziyarətçi statistikası toplanır. Alexa, Alexa Toolbarı yükləmiş internet istifadəçiləri vasitəsi ilə informasiya yığır və bunun əsasında saytların ziyarət edilməsi statistikasını, əlaqəli linklərin siyahısını formalaşdırır. Şirkətin mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatındadır. == Tarixi == Şirkət 1996-cı ildə Brüster Keyl və Brüst Gilliat tərəfindən yaradılmışdır. Şirkət internet istifadıçilərinə tulbar (ing. toolbar) təklif edir, əvəzində isə onlara digər saytların ziyarətçi statıskasını göstərir. 1999-cu ildə Alexa, Amazon.com kompaniyası tərəfindən təxminən 250 milyon dollara satın alınmışdır.. Alexa 2002-ci ilin payızında Google, 2003-cü ilin yanvarında isə Open Directory Project şirkəti ilə əməkdaşlığa başlamışdır, amma ki 2006-cı ilin mayında Windows Live Search, Googleni axtarış nəticələri provayderi rolunda əvəz etdi. sentyabr 2006-cı il tarixində isə onlar öz Axtarış platformalarından istifadə etməyə başladılar. 2006-cı ilin dekadrında Alexa Image Search meydana çıxdı.
Internet
İnternet (lat. internus — daxili və lat. inter — arasında; ing. Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi.
Internet-in-a-Box
Internet-in-a-Box — yaxınlıqdakı istifadəçilərin əlaqə saxlaya biləcəyi, simsiz giriş nöqtəsindən ibarət ucuz qiymətli bir rəqamsal kitabxanadır.Avadanlıq və proqram təminatı sahəsində həyata keçirilməsinə 2012-ci ildən başlanılıb. İndiyə qədər daha da təkmilləşdirilmişdir. 2017-ci ildən etibarən onun avadanlıqları əvəzedici yaddaş kartı olan Raspberry Pi-dən ibarətdir.2016-cı ildə Kolumbiya Universitetinin İnkişaf Tətbiqi İctimai İdarəsinin mütəxəssisləri Dominikan Respublikasında bu qutulardan istifadə edərək üç ay araşdırma aparmışdırlar. == Rəqəmsal kitabxana == Bu rəqəmsal kitabxana bir neçə moduldan ibarətdir. Modullara nümunə olaraq, Vikipediyanı müəyyən bir dil versiyası, Vikipediyanın Tibbi Ensiklopediyası, Xan Akademiyasını və OpenStreetMap daxildir . == Tarixi == Konsepsiya, uşaqların məktəb server layihəsi üzrə bir noutbukdan hazırlanmağa başlamışdır.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Internet Broadway Database
Internet Broadway Database (azərb. İnternetdə Brodvey teatrlarının verilənlər bazası‎) — база данных о Brodvey teatr tamaşaları, eləcə də aktyor, rejissor və digər teatr xadimləri haqqında məlumatların toplandığı internet resursu. IBDb — Brodvey teatrının rəsmi arxividir. Burada XVIII əsrdən bu yana bütün Brodvey teatr tamaşaları haqqında məlumatlar, eləcə də maraqlı faktlar və statistik göstəricilər toplanmışdır. Baza 2000-ci ildə Amerika teatrları və prodüserləri elmi-tədqiqat liqasının rəhbəri Karen Hauzer tərəfindən yaradılmışdır.
Internet Exploler
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Movie Database
Internet Movie Database (IMDb, Azərbaycan dilinə tərcümədə azərb. İnternetdə filmlərin məlumat bazası‎) — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
Internet Relay Chat
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. == İzahı == IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Internet Systems Consortium
Internet Systems Consortium (ing. ISC) — İnternet şəbəkəsinin infrastrukturunun saxlanmasına yardım edən qeyri-kommersiya təşkilatı. ISC açıq mənbəli proqram təminatının (OPEN SOURCE SOFTWARE) işlənib hazırlanması və dəstəklənməsi ilə məşğul olur. ISC 1994-cü ildə Rik Adams (Rick Adams), Karl Malamad (Carl Malamud) və Pol Viksi (Paul Vixie) tərəfindən İnternetin fəaliyyəti üçün proqram təminatının etalon reallaşdırmalarının işlənib hazırlanması və dəstəklənməsi məqsədilə Internet Software Consortium adı ilə yaradılıb. 2004-cü ildə adı dəyişdirilərək Internet Systems Consortium qoyulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Internet Systems Consortium (ISC)
Internet Systems Consortium (ing. ISC) — İnternet şəbəkəsinin infrastrukturunun saxlanmasına yardım edən qeyri-kommersiya təşkilatı. ISC açıq mənbəli proqram təminatının (OPEN SOURCE SOFTWARE) işlənib hazırlanması və dəstəklənməsi ilə məşğul olur. ISC 1994-cü ildə Rik Adams (Rick Adams), Karl Malamad (Carl Malamud) və Pol Viksi (Paul Vixie) tərəfindən İnternetin fəaliyyəti üçün proqram təminatının etalon reallaşdırmalarının işlənib hazırlanması və dəstəklənməsi məqsədilə Internet Software Consortium adı ilə yaradılıb. 2004-cü ildə adı dəyişdirilərək Internet Systems Consortium qoyulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Internet TLD
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Internews
Internews bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. == İmkanları == Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.
Internet2
İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur. İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur.2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var. Bunlara 251 ali təhsil müəssisəsi, müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye, 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat, həmçinin 67 əlavə üzv daxildir. "İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır. Bu, fiber-optik şəbəkə üzərindən istifadəçi əsaslı məlumat sxemlərinin bölüşdürülməsinə imkan verən qabaqcıl texnologiyadır.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.

Oxşar sözlər

#ınterne nədir? #ınterne sözünün mənası #ınterne nə deməkdir? #ınterne sözünün izahı #ınterne sözünün yazılışı #ınterne necə yazılır? #ınterne sözünün düzgün yazılışı #ınterne leksik mənası #ınterne sözünün sinonimi #ınterne sözünün yaxın mənalı sözlər #ınterne sözünün əks mənası #ınterne sözünün etimologiyası #ınterne sözünün orfoqrafiyası #ınterne rusca #ınterne inglisça #ınterne fransızca #ınterne sözünün istifadəsi #sözlük