II-III sözü azərbaycan dilində

II-III

Yazılış

  • II-III • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edward III
III Eduard və Vindzorlu Eduard (ing. Edward III of England; ing. Edward of Windsor) (d. 13 noyabr 1312 – ö. 21 iyun 1377) — İngiltərə kralı. Hərbi uğurları və atasının zəif iqtidarının ardından monarxiyanın nüfuzunu gücləndirdi. 50 illik səltənəti İngiltərə tarixinin ən uzun ikinci hakimiyyəti hesab edilir. Anası Fransalı İzabella və sevgilisi Rocer Mortimer tərəfindən tərtib olunan saray çevrilişi ilə atası II Eduard taxtdan endirildi və o, hələ 14 yaşında ikən İngiltərə kralı elan edildi. 3 il sonra isə ölkənin de-fakto hakimi olan Rocer Mortimeri hakimiyyətdən uzaqlaşdırdı və anasını ömürlük ev həbsinə məhkum etdi. Şotlandiya üzərinə tərtiblədiyi uğurlu hərbi əməliyyatın ardından 1337-ci ildə Fransa taxtına haqq iddia etməyə başladı.
III Qustav
III Qustav (24 yanvar 1746[…] – 29 mart 1792[…]) — XVIII əsrdə (1771-ci ildən ölümünə qədər) İsveç kralı. == Həyatı == III Qustav kral Adolf Fredriklə Prussiya şahzadəsi Luiza Ulrikinin ailəsində dünyaya gəlmişdir.
III Ramzes
III Ramzes (təq. e.ə. 1217, Teben – təq. e.ə. 1155, bilinmir) — Qədim Misir fironu. Təxminən e.ə. 1185–1153 illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == III Ramzesin hakimiyyət illəri Qədim Misir dövlətinin Yeni padşahlıq erasının sonuncu yüksəliş dövrü olmuşdur.Qalibiyyətli müharibələr nəticəsində ölkənin varlığı saxlanılmış və özünün 3000 illik tarixdə sonuncu dəfə yenidən çiçəklənmə dövrünə daxil olmuşdur. == Adı == Xalq III Ramzesə "Ramzes-pa-nuter" deyirdilər.Bu isə "Ramzes-allah" deməkdir. == Hərbi kampaniyalar == III Ramzesin dəfn olunduğu Mədinət-Əbu məbədindəki yazılara əsasən hakimiyyətinin 5-ci illərində liviyalılar çarları Termerin başçılığı ilə Misirə qərb tərəfdən hücum etmişlər.Misir qoşunu Hesef-Thamhu adlanan yerdə liviyalıları darmadağın edir.
III Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
III Riçard
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır. Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı. Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
III Rupert
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. == İlk illəri == Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub.Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi. Evlilikdən cəmi altı oğul və üç qız dünyaya gəldi.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl ambarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
III Salmanasar
III Salmanasar (e. ə. IX əsr – e.ə. 824) — Yeni Assuria İmperyası'nin hökümdarıdır. II Aşurnasirpal'in (e.ə.884-859) oğludur. Eradan əvvəl 853-cü ilde III Salmanasar (e.ə. 859-824) 11 qedim vilayətlər arasında etilaf qurdu. Damascus'un Arami hökümdarı Hadadezer, Hamath hökümdarı İrhuleni, İsrail hökümdarı Ahab, Ərəb hökümdarı Gindibu.
III Sarduri
III Sarduri e.ə. 639-635 ci illərdə hökm sürmüş Urartu kralı idi. Urartu Kralı , Van qayalıqlarındakı otaqların divarlarında səltənətinin on dört illik qeydini buraxmışdır. bırakırken, III Sardurinin zəfərləri, Van Qalasındakı "Xəzinə Qapısı" adı verilən bir abidəyə yazılmışdır. O zamanlar qərbdə Hititlər ilə yaxın təmasda olan Urartular, şərqdə, Urmiya hövzasinin cənub kəsimində, Manna dövləti ilə qonşu idilər. Zəfər qeydləri həmdə şimaldan, Sevan Gölü sahilinə, Gümrü və Erzurumda da yazılı olaraq qalmaqdadır.
III Sigizmund
III Siqmunt Vasa (isv. Sigismund I, pol. Zygmunt III Waza, belar. Жыгімонт III Ваза , lit. Zigmantas III; 20 iyun 1566[…] – 19 (29) aprel 1632, Varşava, Reç Pospolita) — 1587-1632-ci illər arasında Polşa kralı, 1592-1599-cu illər aralığında isə İsveç kralı olmuşdur. Polşa və İsveç taxtlarını birləşdirmək uğrunda səy göstərmişdir. Nəticədə iki ölkə arasında 1660-a qədər davam edən müharibələrə səbəb olmuşdur. == Həyatı == 20 iyun 1566-cı ildə Qipsholmda doğulub. 30 aprel 1632-ci ildə Varşavada vəfat edib.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
III Tiqlatpalasar
III Tiqlatpalasar (akkad. ; bilinmir – e.ə. 727) — e.ə. 745–727-ci illərdə hakimiyyətdə olmuş Assuriya çarI. O, hakimiyyəti dövründə Assuriyada islahatlar həyata keçirmiş, qonşu ölkələrə, o cümlədən Urartu dövlətinə basqınlar təşkil etmişdir.II Sarduri onun əzəli düşmənlərindən biri idi.
III Tiqran
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr, Qəmərli – e. ə. I əsr, Qəmərli) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır.
III Toğrul
Sultan III Toğrul (1169 – 19 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı. == Həyatı == 1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər.
III Tutmos
III Tutmos (e.ə. 1481 – təq. e.ə. 1425) — Misir XVIII sülalə fironu. III Tutmos bir sıra uğurlu müharibələr apararaq II Ramzes və III Amenofis kimi Misiri güc sahibinə çevirə bilmişdir. XVIII sülalə dövründə vərəsəlik ana xətti ilə təyin olunduğu üçün III Tutmos taxta iddiaçı ola bilməzdi. Qanuni hakimiyyət Hatşepsut ondan isə I Tutmosun qızına və göründüyü kimi II Tutmosun bacısına (arvadına) keçmiş olur. Lakin, birbaşa xələflik hüququ olmasa da III Tutmos tanrı Amonun şərəfinə təşkil olunmuş mərasimdə Amonun iradəsi ilə onun kahini olduğu üçün firon elan edilir.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman - Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
III Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
III Vilhelm
III Vilhelm (alm. Willem Hendrik‎) (d. 4 noyabr 1650 – ö. 8 mart 1702) — Oranj şahzadəsi, Yuxarı Niderlandın hakimi, İngiltərə, Şotlandiya və İrlandiyanın kralı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002).
III Xattusili
III Xattusili (Hattušili; mənası – "Xattusadan olan" e. ə. XIII əsr – e. ə. XIII əsr) — təxminən e.ə. 1275–1250-ci illərdə hökmranlıq etmiş Het çarı ("Böyük çar, Hatti ölkəsinin çarı"). O, II Mursilinin oğlu, II Muvatallinin kiçik qardaşı olmuşdur. III Xattusili paytaxt Kissuvadnada bir keşişin qızı, hurri əsilli Puduxepa ilə evlənmişdir. O,təxminən 25 il hakimiyyətdə olmuşdur. Xattusili Misirlə sülh müqaviləsi imzalamaq üçün qızını firon II Ramzes ilə evləndirmiş, qızı isə Maatxornefrura adını mənimsəmişdir.
III Xentakaves
III Xentakaves və ya III Xentkaus Beşinci sülalə dövründə yaşamış qədim Misir kraliçasıdır. Onun firon Neferefranın arvadı və firon Menkauhorun anası olduğu ehtimal edilir.4 yanvar 2015-ci ildə Misir hökuməti çex arxeoloqlar tərəfindən onun sərdabəsinin aşkar edilməsini elan etdi. Misirin Qədim Əsərlər Naziri Məmduh Eldamatiyə görə sərdabənin aşkar edilməsinə qədər III Xentakavesin müvcudluğu bilinmirdi. Bundan əvvəl eyni ada sahib iki kraliça təyin edilmişdi. == Sərdabəsi == III Xentakavesin sərdabəsi (AC 30 olaraq işarə edilib) Neferefranın da daxil olduğu Beşinci sülalənin fironlarına həsr olunmuş bir çox piramidaların daxil olduğu yerdə - Abusirdə tapılıb. Sərdabə Neferefranın məzar kompleksinin yaxınlığında Praqanın Çarlz Universitetindən Miroslav Bartanın rəhbərlik etdiyi çex arxeoloqları tərəfindən misirlilərlə əməkdaşlıq edilərək tapılıb. Xentakavesin adı və titulu böyük ehtimalla sərdabəni tikənlər tərəfindən sərdabənin daxili divarlarında qeyd edilib. Onun dəfn yeri mastabadır. Çünki aradakı şaquli sütundan keçməklə yerın altındakı dəfn otağına keçmək mümkündür. Buradakı işarələr onu həm "hökmdarın arvadı", həm də "hökmdarın anası" olaraq göstərir və bu da onun oğlunun taxta çıxdığına dəlalət edir.
III İvan
III İvan Vasilyeviç (rus. Иван III Васильевич) və ya Böyük İvan (rus. Иван Великий; 22 yanvar 1440, Moskva, Böyük Moskva Knyazlığı – 27 oktyabr 1505, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı (rus. Государь всея Руси). == Xarici siyasəti == III İvanın dövründə, ölkənin xarici siyasətinin əsas məqsədi şimal-şərqi Rusu vahid dövlətə birləşdirmək idi. Qeyd etmək lazımdır ki, bu siyasət çox uğurlu olmuşdur. İvan hökmranlığının əvvəlində Moskva prinsipliyi digər rus hökmdarı torpaqları ilə əhatə olunmuşdu; ölür, o, bu padşahların əksəriyyətini birləşdirən oğlu Vasiliyə təslim etdi. Yalnız Pskov, Ryazan, Volokolamsk və Novqorod-Seversky nisbi (çox geniş deyil) müstəqillik qorudu. III İvanın hökmranlığından bəri Böyük Litva knyazlığı ilə əlaqələr xüsusilə kəskin olmuşdur. Moskvanın Rus torpaqlarını birləşdirməyə inteqrasiyası Litvanın mənafeyinə zidd idi və sərhədlərarası münaqişələr və sərhəd şahzadələri və boyarların dövlətlər arasında keçid müttəfiqlərinə kömək etməmişdi.
III Əbdürrəhman
III Əbdürrəhman və ya Əbdürrəhman ibn Məhəmməd (ərəb. عبد الرحمن الناصر لدين الله‎) (d. 7 yanvar 891 - ö. 15 oktyabr 961) — son Kordova əmiri və 1. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbnü’l-Esîr, el-Kâmil, VIII, 73, 74, 180, 324, 387, 513, 535, 536, 674, 675. İbn Haldûn, el-ʿİber, IV, 137-146. Makkarî, Nefḥu’ṭ-ṭîb, bk. İndeks. R. Dozy, Histoire des Musulmans d’Espagne, Paris 1912, II, 93-175.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 30 dekabr 1673-cü ildə bazar günü dünyaya gəlmişdir. Atası Sultan IV Mehmed, anası isə Rabiyə Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Mustafayla birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. İlk dərslərini sultan şeyxi Mehmed Əfəndidən aldı, daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. 14 yaşında ikən əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Daha sonra Ədirnəyə aparıldı və əmiləri Sultan Süleyman, Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.22 avqustda, yeni sədrəzəm Nişançı Əhməd Paşa tərəfindən Ədirnə sarayından alındı və ertəsi gün taxta cülus etdi.
III əsr
III əsr — II əsrdən sonra və IV əsrdən əvvəlki əsr. Başlayır 200-ci ilin ilk günü və qurtarır 299-cu ilin son günü. == Hadisələr == İran, Orta Asiya və başqa qonşu ölkələrdə Mani təliminin yayılması. Mani dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2011 •••• 0.09
2012 •••••••••••••••••••• 0.43
2013 •••••••••••••• 0.29
2014 •••••••• 0.17
2015 •••••••• 0.17
2020 ••••••••••••• 0.27

Oxşar sözlər

#ıı-ııı nədir? #ıı-ııı sözünün mənası #ıı-ııı nə deməkdir? #ıı-ııı sözünün izahı #ıı-ııı sözünün yazılışı #ıı-ııı necə yazılır? #ıı-ııı sözünün düzgün yazılışı #ıı-ııı leksik mənası #ıı-ııı sözünün sinonimi #ıı-ııı sözünün yaxın mənalı sözlər #ıı-ııı sözünün əks mənası #ıı-ııı sözünün etimologiyası #ıı-ııı sözünün orfoqrafiyası #ıı-ııı rusca #ıı-ııı inglisça #ıı-ııı fransızca #ıı-ııı sözünün istifadəsi #sözlük