Şahsevənlər sözü azərbaycan dilində

Şahsevənlər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şahsevənlər • 87.5000%
  • şahsevənlər • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şahsevənlər
Şahsevən eli — azərbaycanlıların etnoqrafik qruplarından biri. Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdı. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənirdi. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratdı. Onlar indiki Şahsevən elinin babaları deyildi. Şahsevən qvardiyası ilə Şahsevən elinin fərqi çoxdur. Göründüyü kimi şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmayıb, ayrı-ayrı qəbilə və tayfa birliklərinə daxil olan icma qəbilə qruplarının, qəbilə və oymaqlardan ayrılaraq birləşməsi nəticəsində əmələ gəlmişdi. Ona görə də şahsevənlər qarşıya qoyulan məqsədə nail olmaqda böyük rol oynadı. Vilayətlərdə hökmranlıq edən qızılbaş tayfa başçılarının nüfuzu sarsıldı. Tarixi tədqiqatlar və eləcə də mənbələr təsdiq edir ki, şahsevənlər, əsasən, Azərbaycanla bağlı olmuşdur.
Şahsevənlər Məscidi
Şahsevənlər məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi, məscid. Məscid Gəncədə Şahsevənlər məhəlləsində yerləşir. Azərbaycan memarlığının orijinal nümunəsi olan abidənin tikintisinə 1880-ci ildə başlanıb. 1882-ci ildə məscid tikilib başa çatdırılmışdır. Məscidin iç sahəsi 13x15 metrdir. Məscidin bütün binası, eləcə də günbəzi bişmiş kərpiclə tikilib. İbadət zalı 2 hissəyə — qadınlar və kişilər şöbəsinə bölünüb. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Hər bir mərtəbənin sahəsi 2,5x11 metrdir. Məscidin döşəməsi taxtadandır.
Şahsevənlər məhəlləsi
Şahsevənlər məhəlləsi və ya Şaxsöyən məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. İnsanların danışıq dilində məhəllənin adı təhrifə uğramış və bəzən Şaxsöyən adlanmışdır. Məhəllədə XIX əsrə aid Şahsevənlər məscidi yerləşir. Şahsevənlər məhəlləsinə bugünkü Mikayıl Müşfiq, Ordubadi küçəsinin bir hissəsi, Şahsevənlər, Cavad Xan və Nizami prospektinin bəzi dalanları daxildir. Gəncə şəhərinin qərb hissəsində 17-ci əsrdə salınıb. Şah İsmayılın hakimiyyəti illərində ona ən sadiq olan əsgərlərinə "Şahsevənlər" deyərlərmiş. 16-17-ci əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub I Şah Abbasa xidmət edirdilər. Elə həmin şahın dövründə Gəncə-Qarabağ bəylərbəyi ərazisinə köçürülür. Ağcabədi, Şuşa, Gəncə və Beyləqanda məskunlaşırlar. 1870-1875-ci illərdə məhəllə sakinləri öz hesablarına məscid inşa etdirdilər.

şahsevənlər sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. шахсевены (этнографическая группа азербайджанцев, живущая на северо-западе Ирана и на юге Азербайджанской Республики)

    Azərbaycanca-rusca lüğət / şahsevənlər

Oxşar sözlər

#şahsevənlər nədir? #şahsevənlər sözünün mənası #şahsevənlər nə deməkdir? #şahsevənlər sözünün izahı #şahsevənlər sözünün yazılışı #şahsevənlər necə yazılır? #şahsevənlər sözünün düzgün yazılışı #şahsevənlər leksik mənası #şahsevənlər sözünün sinonimi #şahsevənlər sözünün yaxın mənalı sözlər #şahsevənlər sözünün əks mənası #şahsevənlər sözünün etimologiyası #şahsevənlər sözünün orfoqrafiyası #şahsevənlər rusca #şahsevənlər inglisça #şahsevənlər fransızca #şahsevənlər sözünün istifadəsi #sözlük