Şahtaxtinski sözü azərbaycan dilində

Şahtaxtinski

Yazılış

  • Şahtaxtinski • 99.4429%
  • ŞAHTAXTİNSKİ • 0.5571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksis Şahtaxtinski
Behbud Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Həbubulla Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Məhəmməd Şahtaxtinski
Məhəmmədəmin Həbibul­la oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri dok­toru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi. == Həyatı == Məhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb. == Əmək fəaliyyəti == Məhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib. Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991). == Akademik fəaliyyəti == Məhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb.
Toğrul Şahtaxtinski
Toğrul Nemət oğlu Şahtaxtinski (22 oktyabr 1925, Bakı – 8 oktyabr 2010, Bakı) — kimyaçı alim, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Əməkdar elm xadimi (1991), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976), Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000). == Həyatı == Toğrul Şaxtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Nemət Şaxtaxtinski keçən əsrin əvvəllərində Ali texniki məktəbi bitrdikdən sonra uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Şaxtaxtinskaya isə Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyib. Toğrul Şaxtaxtinski orta məktəbi bitirdikdən sonra ali təhsilini 1943-1949-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb. Kimyaçı-mühəndis ixtisasına yiyələnən Şaxtaxtinski elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olub və 1952-ci ildə oranı bitirib. == Əmək fəaliyyəti == Toğrul Şaxtaxtinski 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olub. O, 1962-1975-ci illərdə Mono­merlər şöbəsinə rəhbərlik edib, o cümlədən 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri olub. Toğrul Şaxtaxtinski 1975-2002-ci il­lər­də Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitu­tunun, 2002-2010-cu illərdə isə Kataliz və Qeyri-Üzvi Kimya İns­titutunun direktoru vəzifəsini icra edib. 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olub. Toğrul Şahtaxtınski 1975-2010-cu illərdə "Azərbaycan kimya jurnalı"nın baş redaktoru olub və dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.
Behbud ağa Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Həbibulla bəy Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Həmid bəy Şahtaxtinski
Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880, Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 fevral 1944, Arxangelsk, Arxangelsk vilayəti, RSFSR[d], SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi. == Həyatı == Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. == Təhsili == 1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədis dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, Təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrə görə isə 1904-1909-cu illərdə seminariyada müəllim işləmişdir. 1907-ci ildə H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu, ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.
Məhəmməd ağa Şahtaxtinski
Məhəmməd ağa Şahtaxtinski və ya Məhəmməd ağa Şahtaxtlı (az-əbcəd. محمد آغا شاه تختینسقی‎; 1846, Şahtaxtı, Naxçıvan qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası – 12 dekabr 1931, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan publisisti, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Dövlət Universitetinin professoru (1920). == Həyatı == Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı (Şahtaxtinski) 1846-cı ildə Şahtaxtı kəndində anadan olmuşdur. Lüsyen Buvanın "Məhəmməd ağa Şahtaxtinski" məqaləsində, "XX əsrin ensiklopediyası"nda göstərilir ki, M.Şahtaxtlı 1848-ci ildə İrəvanda, "Dövlət Dumasının üzvləri. 2-ci çağırış" soraq kitabında 1851-ci ildə anadan olduğu qeyd edilir. Fransız mənbələrində ədibin anadan olduğu yerin adı səhv olaraq Şahtaxtı kəndinin yerləşdiyi quberniyanın (Şahtaxtı kəndi 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində olmuşdur) adı ilə əvəzlənmişdir. Anadan olduğu tarix də düzgün göstərilməmişdir. Naxçıvan qəzası polis idarəsinin M.Şahtaxtinski barəsində hazırladığı sənəddə ədibin anadan olma tarixi 1846-cı il göstərilir. Araz sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı adamları ilə tanınmışdır.
Çingiz Yurtçu Şahtaxtinski
Çingiz Yurtçu Şahtaxtinski (1898–1961) — Naxçıvanın ən tanınmış şəxslərindən. == Həyatı == Çingiz bəy 1898-ci ildə Naxçıvanda — Şərur mahalının (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olub. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru olmuşdu. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra ulu əcdadlarının çox sevib öyündüyü Şahtaxtı kəndində yaşayırdı. Əliqulu ağanın atası Hacı Vəli ağa nəinki Naxçıvan və İrəvanda, hətta o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumatı da tapa bildik. Hətta, onun Rusiya ordusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri. Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər. Belə bir babanın ailəsində böyüyən və tərbiyə alan Çingiz bəy ilk təhsilini Naxçıvandakı rus-tatar (azərbaycanlı) məktəbində almışdı. Hələlik tapdığımız arxiv sənədlərinə əsasən Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğlanlarının olmasını bilirik.
İsa Sultan Şahtaxtinski
Şahtaxtinski İsa sultan Nəcəfqulu oğlu (5 may 1851, İrəvan – 17 oktyabr 1894, Tiflis) — Azərbaycan jurnalisti, publisist, təbiətşünas alim, ictimai xadim. == Həyatı == İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində doğulmuşdur. İrəvan kişi gimnaziyasını, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. Paris, London və Sürix Institutlarının azad dinləyicisi olmuşdur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilmişdir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlamış, "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax" ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olmuşdur. Bir sıra yazının müəllifidir. İsa Sultan 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçi David Kapiani məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. O fransız, alman, yunan, latın və ingilis dillərində mükəmməl bilirdi.
Əbülfət ağa Şahtaxtinski
Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski (17 oktyabr 1858, Şahtaxtı, Naxçıvan qəzası – 13 mart 1913, Kutaisi) — Çar ordusunun polkovniki. == Həyatı == Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olmuşdu. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib. İlk təhsilinə 1871-ci ildə Tiflis real məktəbində başlayan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu. Tələbə yoldaşı, ilk marksist Q. V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilmişdi. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək… Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik… Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir.
Əsədulla bəy Şahtaxtinski
Əsədulla bəy Şahtaxtinski (1885-1939) — folklorçu və tərcüməçi. Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur. "Əsli və Kərəm" dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə "Kaspi" qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz – aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. "Əsli və Kərəm" dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir…".
II İsa Sultan Şahtaxtinski
Şahtaxtinski İsa sultan Nəcəfqulu oğlu (5 may 1851, İrəvan – 17 oktyabr 1894, Tiflis) — Azərbaycan jurnalisti, publisist, təbiətşünas alim, ictimai xadim. == Həyatı == İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində doğulmuşdur. İrəvan kişi gimnaziyasını, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. Paris, London və Sürix Institutlarının azad dinləyicisi olmuşdur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilmişdir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlamış, "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax" ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olmuşdur. Bir sıra yazının müəllifidir. İsa Sultan 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçi David Kapiani məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. O fransız, alman, yunan, latın və ingilis dillərində mükəmməl bilirdi.
Şahtaxtinskilər
Şahtaxtinskilər — Azərbaycanın tanınmış soyadlarından biri. == Soyun yaranması == Bu kənd onlara miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman Şahtaxtı - öz ata-baba yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib: "Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq". Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı şəhərlərində, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar. Və Şahtaxtı kəndi ilə əlaqələri olmuşdur. XIX və XX əsrdə elm aləmində böyük nailiyyətlər, uğurlar əldə edən alimlərin əksəriyyəti Şahtaxtinskilərdən olub. Amma çox təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Ymumiyyətlə, Azərbaycanda şəcərə tarixi demək olar ki, işlənməyib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.13 dəfə / 1 mln.
2003 ••••••••••••••• 2.76
2004 ••••••••••••• 2.36
2006 •• 0.23
2007 •• 0.21
2008 •••• 0.73
2009 0.16
2010 ••••••••••• 2.00
2011 •••••••••••••••••••• 3.77
2012 •• 0.26
2013 •• 0.29
2014 ••••••••••• 1.89
2015 •••••••••••••• 2.55
2016 ••••• 0.87
2020 ••••• 0.80

Oxşar sözlər

#şahtaxtinski nədir? #şahtaxtinski sözünün mənası #şahtaxtinski nə deməkdir? #şahtaxtinski sözünün izahı #şahtaxtinski sözünün yazılışı #şahtaxtinski necə yazılır? #şahtaxtinski sözünün düzgün yazılışı #şahtaxtinski leksik mənası #şahtaxtinski sözünün sinonimi #şahtaxtinski sözünün yaxın mənalı sözlər #şahtaxtinski sözünün əks mənası #şahtaxtinski sözünün etimologiyası #şahtaxtinski sözünün orfoqrafiyası #şahtaxtinski rusca #şahtaxtinski inglisça #şahtaxtinski fransızca #şahtaxtinski sözünün istifadəsi #sözlük