şahzadələr sözü azərbaycan dilində

şahzadələr

Yazılış

  • şahzadələr • 75.5102%
  • Şahzadələr • 24.4898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şahzadələr (Manisa)
Şahzadələr (türk. Şehzadeler) — Türkiyənin Manisa ilinin bir ilçəsidir. Bura 12 noyabr 2012-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən 6360 saylı qanun ilə Manisa mərkəz mahalının ikiyə bölünməsi nəticəsində ilçə olmuşdur. İlçənin qərbində və şimalında Yunusemre, şərqində Saruhanlı, cənub-şərqində Turgutlu ilçələri, cənubunda isə İzmir ili yerləşir. 67 məhəllədən ibarət olan ilçənin sahəsi 515 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 171,138 nəfərdir.
Şahzadələr türbəsi
Şahzadələr türbəsi (rus. Великокняжеская усыпальница) — Rusiya, Sankt-Peterburqda, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən və Rusiya imperator sülaləsinin taxta keçməyən şahzadələrinin dəfn olunduğu türbə. Obyektin ənənəvi adı olan "Böyük knyaz türbəsi" ifadəsi məkanın daşıdığı məzmunu dəqiq ifadə etmir: görünür bu ad ona görə yaranmışdır ki, türbədə şahzadələrdən başqa, böyük knyaz və knyaginya titulları daşıyan digər şəxslərin, həmçinin imperator qanı daşıyıb Boqarne ailəsində doğularaq Leyxtenberq knyazları titulu daşıyan şəxslərin də dəfninə icazə verilmişdir. 1959-cu ildən abidə Sankt-Peterburq Tarixi Dövlət Muzeyi kompleksinin tərkibinə daxil edilmişdir. Türbə binasının əsası 1896-cı ildə məşhur Rusiya memarı David Qrimmin layihəsi əsasında qoyulmuşdur. Layihənin həyata keçirilməsi ilə 1897–1908-ci illərdə A. O. Tomişko və L. N. Benua məşğul olmuşlar. 1908–1916-cı illər arasında türbədə imperator soyadını daşıyan on üç nəfər (onlardan səkkizi Pyotr və Pavel kafedralından köçürülmüşdü) dəfn edilmişdi. 1992-ci ildə türbədə imperator II Aleksandrın nəticəsi knyaz Vladimir Kirilloviç Romanov, 2010-cu ildə isə onun həyat yoldaşı Leonida Georgiyevna (1995-ci ildə onun valideynlərinin cəsədləri də buraya köçürülmüşdü) dəfn edilmişdi. 1908-ci ildən əvvəl vəfat etmiş şəxslərin məzarı (II–IX nömrələr) Pyotr və Pavel kafedralından köçürülmüşdür. Kirill Vladimiroviç və Viktoriya Fyodorovnanın məzarları (XV–XVI nömrələr) isə 1995-ci ildə Koburqdan köçürülmüşdür.

"şahzadələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şahzadələr nədir? #şahzadələr sözünün mənası #şahzadələr nə deməkdir? #şahzadələr sözünün izahı #şahzadələr sözünün yazılışı #şahzadələr necə yazılır? #şahzadələr sözünün düzgün yazılışı #şahzadələr leksik mənası #şahzadələr sözünün sinonimi #şahzadələr sözünün yaxın mənalı sözlər #şahzadələr sözünün əks mənası #şahzadələr sözünün etimologiyası #şahzadələr sözünün orfoqrafiyası #şahzadələr rusca #şahzadələr inglisça #şahzadələr fransızca #şahzadələr sözünün istifadəsi #sözlük