Şamaxını sözü azərbaycan dilində

Şamaxını

Yazılış

  • Şamaxını • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şamaxının yağmalanması
Şamaxının yağmalanması — 18 avqust 1721-ci ildə üsyankar sünni ləzgilərin tənəzzüldə olan Səfəvi dövlətinin Şirvan bəylərbəyliyinin paytaxtı Şamaxı şəhərinə (indiki Azərbaycan Respublikasında) hücumu. Səfəvilərin uğurlu əks-hücumu mərkəzi hökumət tərəfindən kritik bir anda dayandırılmış, nəticədə təhdid altında nəzarətsiz qalmış Şamaxı 15 min ləzgi qəbilə üzvü tərəfindən tutulmuş, şəhərin şiə əhalisinə qarşı qırğın törədilmiş və şəhər özü talan edilmişdir. Şamaxıda rus tacirlərinin ölümü sonradan 1722–1723-cü illərdə Rusiya–Səfəvi müharibəsi üçün kazus belli kimi istifadə edilmiş, Səfəvilər dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin dayandırılmasına və Həştərxanın Volqa ticarət yolunun son nöqtəsinə çevrilməsinə səbəb olmuşdur. == Zəmin == XVIII əsrin birinci onilliyində bir vaxtlar çiçəklənən Səfəvi dövləti ciddi tənəzzülə uğramışdı və onun ağalıq etdiyi ərazilərin bir çoxunda üsyanlar qalxırdı. Dövlətin başçısı Sultan Hüseyn zəif bir hakim idi və şəxsən baş mollasından daha humanist, çevik və dinc olmağa meylli olsa da, mühüm dövlət qərarları ilə bağlı müşavirlərinin tövsiyələri ilə razılaşırdı. O, arabir ova çıxması istisna olmaqla, daim paytaxt İsfahan şəhərində və ya onun yaxınlığında yaşamağa üstünlük verərək "ən yaxın saray əyanlarından başqa" heç kəsə görünməmiş və "stasionar monarx" kimi hökm sürmüşdür. Ömrü boyu yalnız öz hərəminin divarlarını görən Sultan Hüseyn tez bir zamanda aparıcı üləmanın, ilk növbədə, Məhəmməd Baqir Məclisinin təsiri altında düşmüşdür. Sultan Hüseynin sələfi I Süleymanın (1666–1694-cü illərdə hakimiyyətdə olmuşdur) dövründə artıq mühüm siyasi güc əldə etmiş Məclisi Səfəvi dövlətində yaşayan sünni və sufi əhaliyə, eləcə də onun qeyri-müsəlman dini azlıqlarına, yəni xristianlar, yəhudilər və zərdüştilərə qarşı təqibləri şirnikləşdirmişdir. Əksəriyyəti ermənilərdən ibarət olan xristianlar digər qruplara nisbətən daha az repressiyaya uğrasalar da, onlara da zaman-zaman hücumlar edilmişdir. Tarixçi Rocer Seyvoriyə görə, Sultan Hüseyn xristianlara qarşı şəxsi səviyyədə düşmənçilik nümayiş etdirməsə də, onun üzərində böyük təsirə malik olan ruhanilər, xüsusən də Məclisi Sultan Hüseyni "ədalətsiz və dözümsüz fərmanlar" verməyə razı salmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2007 •••••••••••••• 0.42
2010 •••••••••••••••••••• 0.64
2011 ••••••••• 0.26
2013 ••••• 0.15
2016 •••••• 0.17
2017 ••••••••••• 0.33
2018 •••••••••• 0.30
2019 •••••••••••••••••• 0.56
2020 ••••• 0.13

"şamaxını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şamaxını nədir? #şamaxını sözünün mənası #şamaxını nə deməkdir? #şamaxını sözünün izahı #şamaxını sözünün yazılışı #şamaxını necə yazılır? #şamaxını sözünün düzgün yazılışı #şamaxını leksik mənası #şamaxını sözünün sinonimi #şamaxını sözünün yaxın mənalı sözlər #şamaxını sözünün əks mənası #şamaxını sözünün etimologiyası #şamaxını sözünün orfoqrafiyası #şamaxını rusca #şamaxını inglisça #şamaxını fransızca #şamaxını sözünün istifadəsi #sözlük