Şandor sözü azərbaycan dilində

Şandor

Yazılış

  • Şandor • 98.6207%
  • ŞANDOR • 1.3793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şandor (Fransa)
Şandor (fr. Champdor) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01080. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 85 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 36 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 464 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfərdən (15-64 yaş) 139 nəfəri iqtisadi cəhətdən fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.0%, 1999-cu ildə 74.1%). 139 fəal sakindən 127 nəfər (71 kişi və 56 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın).
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. == Həyatı == Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. == Əsərləri == "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01.Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. == Həyatı == Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Şandor Endrodi
Şandor Endrodi (Macar dili: Endrődi Sándor) (16 yanvar 1850, Vesprem - 7 noyabr 1920, Budapeşt) - macar şairi 1850-ci ildə Macarıstanın qədim Vesprem şəhərində anadan olub. O, müxtəlif sahələrdə - aktyor, müəllim, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib. Macarıstanın məşhur şairi Şandor Petefinin yaradıcılığının vurğunu olan və onun adını daşıyan cəmiyyətin yaradıcısı Şandor Endrodinin vəfatından sonra yaşadığı şəhərdəki küçələrdən birinə onun adı verilib. Şair 1920-ci ildə Budapeştdə vəfat edib.
Şandor Kişfaludi
Şandor Kişfaludi (mac. Kisfaludy Sándor; 27 sentyabr 1772, Şümeq[d] – 28 oktyabr 1844, Şümeq[d], Macarıstan) — Macarıstanlı şair, yazıçı və dramaturq. Macarıstanın ilk romantik şairlərindən biri hesab olunur. Karoy Kişfaludinin qardaşı idi. Zoltan Kodal tərəfindən musiqi sənətinə yönləndirilmişdir.
Şandor Koçiş
Şandor Koçiş (alm. Sándor Kocsis‎) — macar futbolçu. Macarıstan millisinin oyunçusu olub. 1954 FİFA Dünya Kubokunda 11 qol vurub və 1 gümüş medal qazanıb.
Şandor Petefi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. == Həyatı == Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. == Həyatı == Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Şandor sarayı
Sandor Sarayı (mac. Sándor-palota) — Macarıstanın Budapeşt şəhərində saray və iqamətgah. Buda Qala Kompleksinin yanında yerləşir. 2003-cü ildən etibarən Macarıstan Prezidentinin rəsmi iqamətgahı və iş yeri olaraq xidmət etmişdir. Sandor Sarayı, müasir Macarıstanda ən böyük 37-ci saraydır. == Tarix == === 19-cu əsr === Neoklassik üslubdakı orjinal sarayın tikintisinə təxminən1803-cü ildə başlanmış və təxminən 1806-cı ildə tamamlanmışdır. Qraf Vincent Sandor onu istifadəyə verdiyi üçün saray onun adını almışdır. Vincent Sandor Avstriya-Macar İmperiyasında bir filosof və aristokrat idi. Saray daha sonra 1848-ci ildə Macarıstan inqilabı zamanı dağıdılana qədər Macarıstanın İmperator Qubernatoru Albrextə məxsus idi. Bundan sonra saray və meydanın qarşısındakı bitişik binalar dövlət idarələri kimi icarəyə verildi.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.47 dəfə / 1 mln.
2007 ••• 0.42
2008 •••••••••••••••••••• 2.92
2009 •••••• 0.80
2010 •• 0.27
2011 ••••• 0.69
2012 ••••• 0.60
2013 ••• 0.44
2014 •• 0.17
2015 •••••• 0.85
2016 •• 0.17
2018 ••••••• 0.90

Oxşar sözlər

#şandor nədir? #şandor sözünün mənası #şandor nə deməkdir? #şandor sözünün izahı #şandor sözünün yazılışı #şandor necə yazılır? #şandor sözünün düzgün yazılışı #şandor leksik mənası #şandor sözünün sinonimi #şandor sözünün yaxın mənalı sözlər #şandor sözünün əks mənası #şandor sözünün etimologiyası #şandor sözünün orfoqrafiyası #şandor rusca #şandor inglisça #şandor fransızca #şandor sözünün istifadəsi #sözlük