şaqqa sözü azərbaycan dilində

şaqqa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şaqqa • 89.2857%
  • Şaqqa • 10.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.17

şaqqa sözünün leksik mənası və izahı

  • 1 is. İkiyə parçalanmış cəmdək. [Fərhad:] Bir qoyunun da şaqqasını yemək olarmı? Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb, südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / şaqqa
  • 2 şaqqa(naq) çəkmək, şaqqa( naq) çəkib gülmək – bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək. Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. …Xan şaqqa çəkib güldü. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / şaqqa

şaqqa sözünün etimologiyası

  • 1 Ərəbcə şəqq (parçalamaq) sözündəndir. Mənbələrdə şaq sözü “paz” kimi şərh olunub. Şaqqa pazla bölünmüş hissədir. Şaqqala sözünün mənası “pazla böl” demək olub, amma indi həmişə paz qoymaq zəruri olmur: əti də şaq­qa­layırıq, lakin bu zaman pazdan əsla istifadə etmirik. Sözün hissə mənası da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şaqqa

şaqqa sözünün sinonimləri (yaxın mənalı sözlər)

şaqqa sözünün rus dilinə tərcüməsi

  • 1 полоть (половина мясной туши, разрубленной вдоль)

    Azərbaycanca-rusca lüğət / şaqqa
  • 2 1 сущ. 1. полоть (половина мясной туши, разрубленной вдоль). Bir şaqqa qoyun əti полоть баранины, yağlı şaqqa жирная полоть, şaqqa vurmaq разрубить на полоти 2. половина (одна из равных частей кого-л., чего-л.). Ağacın bir şaqqası quruyub одна половина дерева высохла 2 в сочет. şaqqa çəkmək, şaqqa çəkib gülmək хохотать, расхохотаться, разразиться хохотом

    Azərbaycanca-rusca lüğət / şaqqa

şaqqa sözünün inglis dilinə tərcüməsi

şaqqa sözünün fransız dilinə tərcüməsi

şaqqa sözünün ləzgi dilinə tərcüməsi

şaqqa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Quba, Mingəçevir, Şamaxı, Şəki, Tovuz) 1. kəsilmiş qoyun və ya malın ortasından yarıya bölünmüş hissəsi. – U, quyunun bir şaqqasun üzünə saxladı (Quba); – Bi şaqqa ətinən bizi bojdı elə:r (Şamaxı) 2. hissə, tərəf (Şəki). – Kəndin uxarı şaqqasında öy azdı; – Havı şaqqa meşə olufdu keşmişdə (Şəki) II (Tovuz) nəsil, tirə. – Bizim bu kət iki şaqqadı III (Bakı) köhnə palaz parçası IV (Salyan) yetişməmiş əncir V (Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax) şaxta, soyuq. – Bu qış yaman şaqqa oldu, mal-qaranı güjnən saxlamışıx (Goranboy); – Burada qış şaqqo:loy (Daşkəsən); – Bi:l yaman şaqqa oldu (Xanlar) ◊ Şaqqa vurmax (Daşkəsən, Gədəbəy, Qazax) – şaxta vurmaq, şaxtadan donub xarab olmaq. – Ərix’ çox olardı, ənbə şaqqa vurdu (Qazax) VI (Dərbənd) mürəkkəb. – Şaqqa çernilə deyilədi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şaqqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şaqqa nədir? #şaqqa sözünün mənası #şaqqa nə deməkdir? #şaqqa sözünün izahı #şaqqa sözünün yazılışı #şaqqa necə yazılır? #şaqqa sözünün düzgün yazılışı #şaqqa leksik mənası #şaqqa sözünün sinonimi #şaqqa sözünün yaxın mənalı sözlər #şaqqa sözünün əks mənası #şaqqa sözünün etimologiyası #şaqqa sözünün orfoqrafiyası #şaqqa rusca #şaqqa inglisça #şaqqa fransızca #şaqqa sözünün istifadəsi #sözlük