Şeyxzaman sözü azərbaycan dilində

Şeyxzaman

Yazılış

  • Şeyxzaman • 66.6667%
  • şeyxzaman • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014)
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru, Azərbaycanın və SSRİ xalq artisti Məmmədrza Şeyxzamanovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "İblis", "Mahnı dağlarda qaldı", "Kreml saatı" teatr tamaşalarının, "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Böyük dayaq", "Əhməd haradadır?", "Liftçi qız", "Yeddi oğul istərəm...", "Nəsimi", "Qatır Məmməd", "Qızıl uçurum", "Əzablı yollar" filmlərinin kadrlarından istifadə olunur.
Məmməd Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Məmmədbağır Şeyxzamanlı
Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol – may 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi. Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M. Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. M. Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M. Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir. Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli(Aran) ilə evlənmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.
Məmmədrza Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Nağı bəy Şeyxzamanlı
Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N. Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. N. Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib. Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində dünyaya gəlmişdir.
Şeyxzamanlılar
Şeyxzamanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Şeyx Nizami Gəncəvinin nəslindəndirlər. İmamzadə türbəsi bir vaxtlar Gəncənin əsil-nəcabətli nəsillərindən sayılan Şıxzamanlılara məxsus olub. Öz soy-kökləriylə həmişə fəxr eləyən Şeyxzamanılılar özlərini Şeyx Nizaminin nəslindən sayırlar. Din xadimi Hacı Əlisəftər Səfərəliyev bildirir ki, 1901-ci ildə Gəncə Xeyriyyə Cəmiyyəti ilə İmamzadə mütəvəlliləri, yəni baxıcıları arasında narazılıq yaranıb. Xeyriyyə cəmiyyətinin üzvləri təkid ediblər ki, İmamzadəyə yığılan nəzirlər onların ixtiyarına verilsin, bunları yetimlər üçün açılan yerlərə, xeyriyyə işlərinə sərf etsinlər. İş o yerə çatıb ki, Tiflisdə Qafqaz Canişinliyinin dəftərxanasında bu məsələyə baxılıb. O vaxt 1586-cı ildə İkinci Şah Təhmasibin verdiyi fərmanın sənədi üzə çıxarılıb. Sənəddən məlum olub ki, həmin torpaqlar, o cümlədən, Gəncə İmamzadə Pirinin yerləşdiyi ərazi Şeyxzamanılılar irsi malı olub. Yəqin, buna görə o yerlərə gəncəlilər bugünədək "Şıxın düzü" deyirlər.
Şeyxzamanovlar

Nağı Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur.

şeyxzaman sözünün leksik mənası və izahı

Oxşar sözlər

#şeyxzaman nədir? #şeyxzaman sözünün mənası #şeyxzaman nə deməkdir? #şeyxzaman sözünün izahı #şeyxzaman sözünün yazılışı #şeyxzaman necə yazılır? #şeyxzaman sözünün düzgün yazılışı #şeyxzaman leksik mənası #şeyxzaman sözünün sinonimi #şeyxzaman sözünün yaxın mənalı sözlər #şeyxzaman sözünün əks mənası #şeyxzaman sözünün etimologiyası #şeyxzaman sözünün orfoqrafiyası #şeyxzaman rusca #şeyxzaman inglisça #şeyxzaman fransızca #şeyxzaman sözünün istifadəsi #sözlük