Şiller sözü azərbaycan dilində

Şiller

Yazılış

  • Şiller • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Götenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Göte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk növbədə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir.
Robert Şiller
Robert Şiller (ing. Robert James Shiller; d. 29 mart 1946) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Lars Piter Hansen və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Robert Şiller haqqında faktlar. Robert Şillerin şəkilləri. Robert Şillerin müsahibəsi. Robert Şillerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Leon Şiller
Leon Şiller (pol. Leon Schiller; 14 mart 1887[…], Krakov, Sisleytaniya[…] – 25 mart 1954[…], Varşava[…]) — polşalı teatr rejissoru, teatr tənqidçisi və nəzəriyyəçisi, teatr və radio tamaşalarının ssenari müəllifi, bəstəkar. == Həyatı == Leon Şiller 1887-ci il martın 14-də Avstriya-Macarıstanın Krakov şəhərində avstriyalı polyak ailəsində anadan olub. O, Krakovda Müqəddəs Anna gimnaziyasında təhsil almış (1897–1905), 1906-cı ildə qiyabi bakalavr təhsilini başa vurduqdan sonra Yagellon Universitetində və Sorbonnada fəlsəfə və polonistika üzrə təhsil almışdır. == Fəaliyyəti == Kabare müğənnisi kimi debütünü 1906-cı ildə edən Leon Şiller 1917-ci ildə Varşavada Polşa Teatrında rejissorluğa başladı. 1922-ci ildə "Redut" teatrında çıxış edib. 1924–1926-cı illərdə (V. Xojitsa və A. Zelveroviçlə birlikdə) Varşavada Boquslavski teatrına rəhbərlik etmiş, burada Zeromskinin "Qızılgül" (1926) və Krasinskinin "İlahi komediya" (1926) tamaşalarını səhnələşdirmişdir. Teatr hakimiyyət tərəfindən bağlandıqdan sonra Şiller Polşa Teatrına keçir və burada Polşa və dünya klassikasının dram əsərlərini səhnələşdirir. Şillerin Samuel Zborovski (1927) və Yuliuz Slovatskinin "Kordial" (1930), Stanislav Vispyanskinin "Cəsur Boleslav" (1929) və "Qurtuluş" (1935), Şekspirin "Yuli Sezar" tamaşaları (1928-ci il) romantizmlə zəngindir. Qəhrəmanlıq monumental teatrının yaradılmasında Şillerin müstəsna nailiyyəti Böyük Şəhər Teatrının səhnəsində Adam Mitskeviçin "Dzyadov" əsərinin tamaşaya qoyulması olub (1932, indiki S. A. Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı).

Oxşar sözlər

#şiller nədir? #şiller sözünün mənası #şiller nə deməkdir? #şiller sözünün izahı #şiller sözünün yazılışı #şiller necə yazılır? #şiller sözünün düzgün yazılışı #şiller leksik mənası #şiller sözünün sinonimi #şiller sözünün yaxın mənalı sözlər #şiller sözünün əks mənası #şiller sözünün etimologiyası #şiller sözünün orfoqrafiyası #şiller rusca #şiller inglisça #şiller fransızca #şiller sözünün istifadəsi #sözlük