şind sözü azərbaycan dilində

şind

Yazılış

  • şind • 50.0000%
  • Şind • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elməddin Şindiyev
Elməddin Həmid oğlu Şindiyev (6 mart 1995; Talalar, Balakən rayonu — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Şindiyev 1995-ci il martın 6-da Balakən rayonunun Talalar kəndində anadan olub. 2001—2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elməddin Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013—2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünki Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. == Həyatı == Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünki Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Şindabad
Şindabad və ya Şindivar— İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,797 nəfər və 2,220 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şindan qalası
Şindan qalası — Astara və Nəmin yolununda Şindan ya Çindan dağının başında yerləşibdir və Azərbaycanın Astara şəhərinin böyük tarixi əsərlərindəndir ki, tarixi İslamdan əvvələ aiddir. Daş və sarucdan hörülən qalanın hündürlüyü 20 metrdir. Heyran gədigi və Astara Nəmin yolundan rahatca görünür. Qərb tərəfində qədim qəbristanlıq vardır. Bu qəbirlərin bir dəstəsi Gör qəbiridi və bir dəstəsində qıç tərəf qərbə və baş tərəf şərqə basdırılıbdır ki şah İsmayıl dövrünün Qaraqoyunlularındandır. == Tarixi hadisələr == Şindan qalasında mühüm hadisələrindən biri Şah Abbas zamanında, Talış Həmzə xan, Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfüqar xan Qaramanlı, Ərdəbilin hökmdarı bu qalanı mühasirə də saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır.[mənbə göstərin]Mehranlı İsa xan və Musa xanın döyüşləri və Mir Mustafa xan i talış ibni Mir Cəmaləddinin (Qara xan) Ağa Məhəmməd şah Qacar zamanında bu qalaya sığınagı bu qalada olubdur. Mehranlı İsa xan və Musa xanın qəbiri bu qaladadır. Deyilənə görə bir zamanlar Babək də bu qalada olmuşdur.
Şinden-zukuri
Şinden-zukuri (寝殿造, azərb. Əsas bina mərkəzli tikili‎) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu.Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar.Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi. Dam taxta sütunlarla yerdən yüksəldilmişdi. Divarlar şocilərdən (sürgülü kağız qapı) ibarət idi.
Şindi dağı
Şindi dağı-Qızılkilsə və Şindilər kəndləri ilə ehatələnmiəş hündürlüyü dəniz səviyəsindən 1857 metrə çatan Borçalıda yerləşən dağdır.
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. == Coğrafiyası və iqlimi == Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. == Tarixi == Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.
Şindlerin siyahısı (film, 1993)
Şindlerin siyahısı (ing. Schindler's List) — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmi. Avstraliya yazıçısı Tomas Kenillinin "Şindlerin arkı" romanı əsasında çəkilmişdir. Film Sudet almanı olan Oskar Şindler adlı biznesmenin İkinci dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Qöt) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtzhak Ştern) çıxış edirlər. Şindler yəhudiləri haqqında film ideyası ilk dəfə 1963-cü ildə peyda olmuşdur. Şindler yəhudilərdən biri olan Poldek Pfefferberq Şindlerin hekayəsini işıqlandırmağı öz missiyası kimi təyin etmişdi. Spilberq müdiri Sidney Şeynberqin ona "Şindlerin arkı" kitabının tənqidini göndərməsindən sonra layihə ilə maraqlanmağa başlamışdır. Universal Pictures romanın müəlliflik hüquqlarını almış, lakin Spilberq Holokost haqqında film çəkməyə hazır olduğuna əmin olmadığına görə özü filmin rejissoru olmağa qərar verməzdən öncə bir neçə şəxsə filmin rejissoru olmağı təklif etmişdir. Əsas çəkilişlər Polşanın Krakov şəhərində başlamış, 72 gün davam etmiş və 1993-cü ildə başa çatmışdır.
Şindlerin siyahısı
Şindlerin siyahısı (ing. Schindler's List) — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmi. Avstraliya yazıçısı Tomas Kenillinin "Şindlerin arkı" romanı əsasında çəkilmişdir. Film Sudet almanı olan Oskar Şindler adlı biznesmenin İkinci dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Qöt) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtzhak Ştern) çıxış edirlər. Şindler yəhudiləri haqqında film ideyası ilk dəfə 1963-cü ildə peyda olmuşdur. Şindler yəhudilərdən biri olan Poldek Pfefferberq Şindlerin hekayəsini işıqlandırmağı öz missiyası kimi təyin etmişdi. Spilberq müdiri Sidney Şeynberqin ona "Şindlerin arkı" kitabının tənqidini göndərməsindən sonra layihə ilə maraqlanmağa başlamışdır. Universal Pictures romanın müəlliflik hüquqlarını almış, lakin Spilberq Holokost haqqında film çəkməyə hazır olduğuna əmin olmadığına görə özü filmin rejissoru olmağa qərar verməzdən öncə bir neçə şəxsə filmin rejissoru olmağı təklif etmişdir. Əsas çəkilişlər Polşanın Krakov şəhərində başlamış, 72 gün davam etmiş və 1993-cü ildə başa çatmışdır.

"şind" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şind nədir? #şind sözünün mənası #şind nə deməkdir? #şind sözünün izahı #şind sözünün yazılışı #şind necə yazılır? #şind sözünün düzgün yazılışı #şind leksik mənası #şind sözünün sinonimi #şind sözünün yaxın mənalı sözlər #şind sözünün əks mənası #şind sözünün etimologiyası #şind sözünün orfoqrafiyası #şind rusca #şind inglisça #şind fransızca #şind sözünün istifadəsi #sözlük