Şirazi sözü azərbaycan dilində

Şirazi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şirazi • 92.5926%
  • şirazi • 6.3492%
  • ŞİRAZİ • 1.0582%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alfa Şirazi
Alfa Əli qızı Şirazi (1925 – 1943) — İkinci dünya müharibəsi iştirakçısı, partizan. == Həyatı == Alfa Şirazi iranlı Əli Şirazinin qızı idi. O atasını çox kiçik yaşlarında itirmişdi. Şirazinin anası Dora Mixaylovna isə yəhudi idi və onu nasistlər tərəfindən məhv edilməkdən fars dilini mükəmməl bilməsi xilas etmişdi. Nasistlər Dora Mixaylovna və Alfanın mənzilinə gəldikdə, ansı suallara yalnız fars dilində cavab vermiş və Alfa tərcümə etmişdi. Beləliklə, onlar alman zabitini Dora Mixaylovnanın milliyyətcə fars olduğuna inandıra bilmişdilər.Alfa anası ilə Rostovun tam mərkəzindəki üç mərtəbəli evdə yaşayırdı. Alfa 35 nömrəli məktəbdə oxuyurdu və əksər sovet uşaqları və yeniyetmələri kimi pioner, daha sonra isə komsomolçu olmuşdu. Nasist qoşunları Rostovu işğal etdikdən sonra Alfa partizan dəstələrinə qoşulur. Alman dilini yaxşı bilməsi və İran vətəndaşlığının olması ona nasistlərin qərargahına daxil olmaqda kömək edir. Bu dövrdə nasistlər hesab edirdilər ki, Şərqin müsəlman xalqlarının nümayəndələri heç vaxt Sovet hökumətinə sadiq olmayıblar.
Hafiz Şirazi
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. == Həyatı == Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310-1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Mirzə Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. == Həyatı == "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. == Həyatı == 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. == Həyatı == Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
Qütbəddin Şirazi
Qütbəddin Şirazi (1236–1311; farsca:قطب‌الدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi == Həyatı == Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır. Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur.
Sadiq Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma == Həyatı == Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. == Müəllimləri == O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Sədi Şirazi
Sədi (fars. ابومحمد مصلح‌الدین بن عبدالله شیرازی‎; əsl adı Müslihiddin Müşrif ibn Abdulla; təq. 1210, Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti – 9 dekabr 1292, Şiraz) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Sədinin əsərləri dünya ədəbiyyatında həm bədii keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir. == Həyatı == Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır. Sədinin ən məşhur əsərləri "Bustan" (1257) və "Gülüstan"dır (1258). "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir.
Sədrəddin Şirazi
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Talib Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Talıb Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Visali Şirazi
Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz – 1846) — Qacarlar dövrü İran şairi. == Həyatı == Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə rəğmən Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində “Məhcur” təxəllüsünü işlətdi; daha sonra şeyxi ona “Visal” təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı.
Ürfi Şirazi
Ürfi Şirazi (d.1556-ö. 1591) — İran şairi. == Həyatı == 1556-cı ildə Şirazda doğulmuşdudu. Əsl adı Cəmaləddin Məhəmməddir. Şirazda idari və hüquqi vəzifələr daşımış atası Zeynalabidin Əli Bələvinin məsləyinə nisbətlə “Ürfi” təxəllüsünü işlətmişdi. Bəzi təzkirə kitablarında seyyid deyə dəqiqləndirilmişsə də, bunun doğru olmadığı söylənmişdir (Hüccəti, IV, 1760). Şirazda təhsil görən Ürfi xətt və musiqidə məharət qazandı. Kiçik yaşlarından etibarən şeirə olan meyli onu şeir məclislərinə sövq etdi. Tərxi Şirazi, Qədri Şirazi və Molla Qeyrəti kimi şair və ədiblərin məclislərinə qatılaraq şeir yazmaq istedadını inkişaf etdirdi. Ədəbi və elmi fəaliyətləri dəstəkləyən Səfəvi hökmdarları I Şah Təhmasib ilə I Şah Abbasın şeir məclislərində yer aldı.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi.Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. == İstinadlar == == Xarici keçidlər == Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. == Həyatı == 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Bustan (Sədi Şirazi)
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Gülüstan (Sədi Şirazi)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" və "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.
Mirzə Məhəmmədhəsən Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. == Həyatı == "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Mirzə Süleyman Şirazi
Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu Şirazi (1839, Şiraz – 1914, İsfahan) — şair. == Həyatı == Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu 1838-ci ildə Şiraz şəhərində anadan olmuşdu. O, ata tərəfdən Xələf bəy Süfrəçinin nəslindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Rüknülmülk ləqəbini daşıyırdı. İsfahan şəhəri hakiminin müavini vəzifəsində çalışmışdı. Onun babalarından olan İmamverdi bəy Xələfbəyi 1682-ci ildə Şirazda məscid təmir etdirmişdi. Mirzə Süleyman Şirazi şair və ədib idi. Xələf təxəllüsü ilə şeirlər yazırdı. Xoşrəftar və mehriban bir şəxsiyyət idi.
Sadiq Huseyni Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma == Həyatı == Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. == Müəllimləri == O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Əbdi bəy Şirazi
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی‎) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجه‌زین‌العابدین‌علی‎; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi. == Həyatı == Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur. "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir. Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur.
Mirzə Əbülhəsən xan Şirazi
Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi (1776-4 avqust 1846) — Qacarlar dövlətinin xarici işlər naziri, şair. == Həyatı == Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı.
Əbu İshaq əş-Şirazi
Əbu İshaq əş-Şirazi (1003 – 1088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri. == Haqqında == Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır: ”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət еdəndə xan qardaşı Mustafaqulu xanı оra göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıоğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin еtdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum оlmayan bir qəsəbəyə-Tehrana köçürdü və sоnra şimali-şərq əyalətlərini tutmaq üçün qоşun göndərdi. Hüsеynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kоr еdilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah оnu Hüsеynqulu xanın vəzirliyinə təyin еtmişdi.
Hafiz Şirazinin türbəsi
Hafiziyyə və ya Hafiz türbəsi — İran şairi Hafizin Şiraz şəhərindəki türbəsi. Hafiz üçün “Hafiziyyə” olaraq bilinən bəzəkli bir türbə, ölümündən təxminən 20 il sonra ilk dəfə Şirazdakı “Musalla Baxçaları”nda inşa edilmişdir. Bugünkü binanın sələfi olan orijinal tikili və sütunlar 1773-cü ildə Kərim xan Zənd dövründə inşa edilmişdir. Türbənin indiki vəziyyəti 1930-cu illərin sonlarında Fransız arxeoloq və memar André Godard və Maxime Siroux tərəfindən dizayn edilmişdir; Dərviş türbəsinə oxşayan günbəzi 1935-ci ildə tikilib. Türbədə su mərmərindən düzəldilmiş qəbir daşı üzərində Hafizə aid bir şeir həkk olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.62 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 2.70
2006 •• 0.23
2007 •••• 0.42
2008 •• 0.24
2009 •••• 0.48
2010 •• 0.18
2011 •••• 0.51
2012 •••• 0.52
2013 •••••• 0.73
2014 ••••••••••••• 1.72
2016 ••••••••••••• 1.74
2017 •• 0.16
2018 ••••• 0.60
2019 ••••• 0.56
2020 ••••••• 0.93

şirazi sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. coğr. addan] Şirazda qayrılmış, Şiraz səpkisində hazırlanmış. Şirazi kürk. – Xidmətçi qapını açaraq şirazi qəlyanı gətirdi və hələ də qəzetləri eşələyən Hikmət İsfəhaninin qabağına qoydu. M.İbrahimov. [Mərsiyəxan] qara şirazi müştüyünün ucuna taxdığı papirosun uzanan külünü külqabına boşaltdı. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / şirazi

şirazi sözünün rus dilinə tərcüməsi

  • 1 прил. ширазский (сделанный, сшитый в Иранском городе Ширазе, выполненный в стиле Ширазской миниатюрной школы). Şirazi kürk ширазская шуба

    Azərbaycanca-rusca lüğət / şirazi

şirazi sözünün ləzgi dilinə tərcüməsi

şirazi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) Şiraza aid olan; şirazlı; 2) Şirazda qayrılmış.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

Şiraza aid, Şiraz şəhərinə məxsus.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#şirazi nədir? #şirazi sözünün mənası #şirazi nə deməkdir? #şirazi sözünün izahı #şirazi sözünün yazılışı #şirazi necə yazılır? #şirazi sözünün düzgün yazılışı #şirazi leksik mənası #şirazi sözünün sinonimi #şirazi sözünün yaxın mənalı sözlər #şirazi sözünün əks mənası #şirazi sözünün etimologiyası #şirazi sözünün orfoqrafiyası #şirazi rusca #şirazi inglisça #şirazi fransızca #şirazi sözünün istifadəsi #sözlük